GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » ABŞ və Türkiyə arasında "F-35" qalmaqalı - Vaşinqton qırıcıları satmazsa, nə baş verə bilər?

ABŞ və Türkiyə arasında "F-35" qalmaqalı - Vaşinqton qırıcıları satmazsa, nə baş verə bilər?

Tarix: 15-10-2021, 15:54 Bölmə :Siyasət Baxış: 266


"The Financial Times" (FT) qəzeti ABŞ və Türkiyə arasında "F-35" təyyarələrinin alınması ilə bağlı yaranmış böhranı təhlil edib. Məqalədə qeyd olunur ki, Türkiyənin qırıcı təyyarə problemi var, çünki ABŞ onilliklərdir NATO üzvü olan bu ölkənin sifariş etdiyi 100-dən çox təkmil "F-35" qırıcı təyyarəsi almasını qadağan edib. 

"Halbuki bu qırıcılar Türkiyə hərbi hava qüvvələrinin bel sütununu təşkil etməli idi. ABŞ bununla da Rəcəp Tayyip Ərdoğanı Vladimir Putindən Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemi aldığına görə cəzalandırır",- deyə müəllif bildirir.

FT yazır ki, Ankara bir gün öz hərbi hava qüvvələrini özünün istehsal etdiyi qırıcılarla quracağına ümid edir, amma indilik qocalmaqda olan "F-16" qırıcılarından ibarət donanmasına güvənir.

Məqalədə xatırladılır ki, Ankara elə bu səbəbdən Vaşinqtondan 40 yeni "F-16" istəyib. Türkiyə habelə 80 köhnə təyyarənin yenilənməsi üçün ehtiyat hissələri rica edib.

Türkiyənin müdafiə sənayesi üzərinə ABŞ sanksiyaları 2020-ci ilin dekabrında qoyulub. Halbuki onun qonşusu və köhnə rəqibi Yunanıstan həm Fransadan "Rafale" qırıcıları, həm də ABŞ-dan "F-35" təyyarələri alır. ABŞ Türkiyənin Rusiyadan aldığlı S-400 raket sistemini özünün "F-35" qırıcıları üçün hədə hesab edir. Bu səbəbdən Ankara ümid edir ki, onun "F-16" ricası ilə bağlı problem olmamalıdır.

Məqalədə deyilir ki, Türkiyənin "F-35" sifarişinin yerinə yetirilməsi təkcə ABŞ müdafiə sənayesi üçün sərfəli olmaz, həm də ABŞ və onun müttəfiqləri arasında münasibətləri sağlamlaşdırardı.

FT-nin Türkiyə müxbiri Lora Pitel yazır ki, Qərb müttəfiqləri Ərdoğanın Putinlə yaxınlaşmasında maraqlı deyillər.

Hazırda Vaşinqtondakı "Karnegie" Beynəlxalq Sülh Fondunda çalışan keçmiş diplomat Alper Coşkun qəzetə deyib ki, ABŞ-ın Türkiyənin istəyinə qarşı çıxmaması Qərb üçün son dərəcə faydalı olardı: “Burda əsl imkanlar var. Bu, Türkiyənin müdafiə sisteminin, ən azı onun əhəmiyyətli elementinin transatlantik münasibətlərə bağlılığını təmin edərdi. Bu, bütün başqa sahələrdə də təlatüm yaradan dilemmadan çıxış yolu olardı”.

Lakin məqalədə deyilir ki, ABŞ-ın inadından dönüb-dönməyəcəyi hələlik aydın deyil. "F-35"-lərin Türkiyəyə satışı Ərdoğana çoxsaylı iradları olan Konqres tərəfindən bloklana bilər. Bu iradların arasında Türkiyədə insan haqlarının vəziyyəti və Ankaranın ABŞ-ın Suriyada dəstəklədiyi kürd qüvvələrinə münasibəti də var.

Əgər hətta Co Bayden administrasiyası yola gəlsə belə, Ərdoğanın Rusiyadan S-400-lərin ikinci dəstini almaq qətiyyəti münasibətlərin yaxşılaşmasına xidmət etməyəcək.

Ərdoğan ABŞ-a yeni "F-16"-lar barədə sifarişdən əvvəl CBS telekanalına müsahibəsində demişdi: “Gələcəkdə heç kim bizim hansı ölkədən və hansı səviyyədə müdafiə sistemləri almaq qərarımıza müdaxilə edə bilməyəcək”.

Filadelfiyada mənzillənmiş Xarici Siyasət Tədqiqatları İnstitutunun Yaxın Şərq proqramının direktoru Aaron Steyn qəzetə deyib ki, Türkiyəyə "F-35" qırıcıları verilməsi qərarının Konqresdən keçirilməsinin qarşısındakı ən böyük əngəl Rusiyanın S-400 sistemləridir.

Ekspertin sözlərinə görə qəzəblənmiş Konqres Ərdoğandan S-400 məsələsində kompromis gözləyir, amma Türkiyə Prezidenti çətin ki, belə bir güzəştə hazır ola.

FT yazır ki, bu vəziyyət Bayden administrasiyası üçün dilemma yaradır. Türkiyədən heç bir geri addım görmədən onun "F-16" ricasına əməl olunması Ankara tənqidçilərinə əsassız lütfkarlıq kimi görünə bilər. Əgər "F-16" məsələsində Türkiyəyə rədd cavabı verilsə, onda Ankaranın əlinə Rusiyaya üz tutmaq üçün girəvə düşəcək.

Məqalədə xatırladılır ki, 2019-cu ildə Rusiyada keçirilən aviasiya şousunda Putinlə dondurma yeyən Ərdoğan ondan yarızarafat Su-57 qırıcıları almağın mümkün olub-olmamasını soruşmuşdu. Bəzi Qərb rəsmiləri narahatdırlar ki, indi həmin zarafat gerçəyə çevrilə bilər.

Türkiyənin "F-16" xahişinin yerinə yetirilməsini istəyən bir Avropa diplomatı müxbirə deyib:“Əgər amerikalılar bu satışa razı olmasalar, Türkiyə nə edəcək? Onlar qırıcıları ya Rusiya, ya da Çindən alacaqlar. Onlar bu boşluğu doldurmalıdırlar”.




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyə Rusiyadan qırıcı təyyarə ala bilər

    Türkiyə Rusiyadan qırıcı təyyarə ala bilər ...

    17-09-2019, 11:09

  • 
  • ABŞ qaynaqları: ABŞ Türkiyə olmadan da F-35 döyüş təyyarələri istehsal edə bilər

    ABŞ qaynaqları: ABŞ Türkiyə olmadan da F-35 döyüş ...

    29-03-2019, 14:32

  • 
  • Türkiyə İŞİD-ə aid hədəfləri bombardıman etdi

    Türkiyə İŞİD-ə aid hədəfləri bombardıman etdi ...

    30-08-2015, 12:21

  • 
  • Rusiya üçüncü gündür Türkiyəyə S-400 sisteminin komponentlərini çatdırır

    Rusiya üçüncü gündür Türkiyəyə S-400 sisteminin ...

    15-07-2019, 12:23

  • 
  • Türkiyə silah məsələsində NATO-ya arxa, Rusiyaya üz çevirir?

    Türkiyə silah məsələsində NATO-ya arxa, Rusiyaya ...

    14-07-2017, 18:52


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (294)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu