Türkiyə ilə Rusiya arasında yeni silah anlaşması imzalana bilər.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Dövlət başçısı Rusiya istehsalı olan “S-400” zenit-raket komplekslərinin ikinci hissəsinin artıq Türkiyəyə çatdırıldığını qeyd edib. V.Putin həmçinin hərbi sahədə əməkdaşlığın davam etdiriləcəyini bildirib. Bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Putinlə birlikdə “MAKS-2019” hava sərgisində olmuş, “SU-35” və “SU-57” qırıcıları ilə maraqlanmışdı. Ərdoğan bildirib ki, tərəflər artıq Rusiya qırıcılarının alınması barədə danışıqlar aparırlar.//oxu.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?