Gundemxeber.az » Siyasət » Hikmət Hacıyev: “Sülh müqaviləsinin bağlanmasında iddialıyıq”
“Təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağ münaqişəsi dövründə problemin həlli üçün bir iş görə bilmədi”.
Bunu VIII Qlobal Bakı Forumunun panel müzakirələrində Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
O bildirib ki, Azərbaycan Zəngəzur dəhlizinin açılmasına çalışır.
“Bu dəhliz yeni imkanlar açacaq”, - deyə o əlavə edib.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan sülh müqaviləsinin bağlanması təklifini irəli sürüb, bunu danışıqlar masasına daşıyıb.
“Biz Ermənistanla sülh müqaviləsinin bağlanmasında çox iddialıyıq”, - deyə Hikmət Hacıyev bildirib.
Gundemxeber.Az
21-05-2018, 09:24
10-10-2020, 17:59
10-10-2020, 16:39
5-04-2021, 10:21
16-04-2020, 20:59
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?