GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Kreml Ermənistanı cəzalandıracaq, amma necə... - GƏLİŞMƏ

Kreml Ermənistanı cəzalandıracaq, amma necə... - GƏLİŞMƏ

Tarix: 13-11-2021, 10:03 Bölmə :Siyasət Baxış: 270

Sərhədlərin delimitasiyası və sülh razılaşmasına hazırlıq haqda sazişlərin imzalanması məqsədilə noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü planlaşdırılmışdı. Amma son anda görüş baş tutmadı və Ermənistan baş naziri Nikol Paşinyan etiraf etdi ki, görüşü o əngəlləyib. O, hökumətin iclasında Zəngəzur dəhlizi haqda da danışıb.

Bir yandan da xəbərlər yayılır ki, Qarabağda separatçı-terrorçular yeni müharibəyə hazırlaşır. Baş separatçı Araik Arutyunyanın bununla bağlı “proqram” xarakterli çıxışından belə qənaət hasil olur.
Bəs Azərbaycan yaranmış vəziyyətlə bağlı hansı mövqeni tutacaq? Ermənilərin - istər İrəvanın, istər “Stepanakert”in - bu davakar və müharibə anonsuna bərabər davranışlarına necə cavab veriləcək? Rusiya və prezident Putin Paşinyanın onun təşkil etmək istədiyi toplantını pozmasına dözümlü yanaşacaqmı?
Politoloq İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də bölgədəki kommunikasiya xətlərinin açılması ilə bağlı ötən ilin noyabrın 10-da imzalanmış üçtərəfli birgə bəyanatın bir ili tamam olduğu vaxtda üç ölkənin liderləri arasında görüşün keçirilməsi planlaşdırılmışdı: “Əsas məsələlər kimi sərhədlərin tanınması, delimitasiya və demarkasiya ilə bağlı işçi qrupunun formalaşdırılması, həm də nəqliyyat və kommunikasiya xətlərinin açılması ilə əlaqədar işlərin koordinasiyası nəzərdə tutulurdu. Bu iki önəmli tezislə bağlı bir bəyanatın imzalanması da nəzərdən keçirilirdi. Daha sora bu görüşün onlayn formatda keçirilməsinə dair məlumatlar paylaşıldı və bu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov tərəfindən səsləndirilmişdi. Bu görüşün keçirilməsinə əngəl yaradan tərəf Ermənistan və onun baş naziri Nikol Paşinyan oldu. Bunu Paşinyan özü etiraf edib.
Ermənistan bununla kifayətlənmədi və pozuculuq addımlarını davam etdirdi. Laçın rayonu istiqamətində Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazisinə soxulması açıq təxribat pozuculuq əməli idi. Daha bir pozuculuq istiqamətli addım Ermənistanın müdafiə naziri Arşak Karapetyanın Azərbaycan ərazisi olan Xankəndiyə gəlməsi oldu. Bu da ciddi bir təxribat idi. Bütün bu pozuculuq hərəkətləri və təxribatlar regionda gərginliyin artırılmasına xidmət edir. Üçtərəfli birgə bəyanatın 4-cü maddəsi faktiki olaraq Ermənistan tərəfindən icra olunmur və məsələ Ermənistanın bu davranışı üzündən dalana dirənib. İstənilən halda separatçılar və onların dəstəklədiyi terrorçular intiqam hissi ilə yaşayırlar".
Ekspert qeyd etdi ki, Prezident Vladimir Putinin üçtərəfli görüşün keçirilməsi təşəbbüsü faktiki olaraq Paşinyan tərəfindən pozuldu: “Bu, əslində Putinə qarşı çıxmaq, ona meydan oxumaq kimi də qəbul edilə bilər. Ona görə də Ermənistanın və şəxsən Paşinyanın cəzalandırılacağı gözlənilir. Paşinyan Ermənistanda radikal partiya olan ”SastnaTser"in Rusiya əleyhinə mitinq keçirməsinə də icazə verdi. Bu da Rusiyaya qarşı Paşinyanın daha bir addımı sayıla bilər. Bütün bunlar, şübhəsiz ki, Kreml tərəfindən izlənilir və heç də xoş qarşılanmayacaq. Putinin bu vəziyyətə uzun müddət dözəcəyi inandırıcı deyil. Kreml tərəfindən Ermənistana qarşı ciddi tədbirlər həyata keçiriləcək.
Azərbaycan isə Ermənistana xəbərdarlıqlarını artıq edib. Pozuculuq hərəkətlərinə qarşı çox ciddi tədbirlər görüləcək. Sonuncu dəfə 60 erməni hərbi təxribatçı mühasirəyə alındı. Bu, əslində təxribatçıların ələ keçirilməsi idi. Azərbaycan bu dəfə onları buraxdı. Gələn dəfə Azərbaycan daha sərt addım ata bilər və bu hüququnu özündə saxlayır".
Politoloq Azad Məsiyev isə xatırlatdı ki, üçtərəfli bəyanatın həyata keçirilməsinə qarant kimi Rusiya çıxış edib: “Bəyanatın müddəalarından biri Zəngəzur yolunun açılması, sərhədlərin dəqiqləşdirilməsi müəyyən edilməsidir. Ermənistan tərəfi bu sazişin icrasını ləngitməkdədir. Rusiya Cənubi Qafqazda böyük sülhün imzalanmasında maraqlıdır. Çünki münaqişə uzandıqca Rusiyanın Cənubi Qafqazda strateji maraqları zərbə alır. Ona görə də Rusiya sülh sazişinin imzalanmasında maraqlıdır. Böyük sülh sazişinin imzalanması üçün isə 10 noyabr bəyanatı tam olaraq həyata keçirilməlidir. Ermənistanı bu məsələnin həllindən yayınmağa sövq edən ABŞ-dır. 44 günlük müharibə ABŞ-ın Cənubi Qafqaz planlarını pozub. Buna görə də Amerika Nikol Paşinyana sülh sazişinin imzalanmaması üçün təsir göstərir. Paşinyan da bu istəyi yerinə yetirir və hətta Putinin təşəbbüsünün reallaşmasına mane olur. Nikol Paşinyan ABŞ-la Rusiya arasında ikili oyun oynayır. Bu oyun ona baha başa gələ bilər. Kremlin onun bu oyunundan qəzəbləncəyi ehtimalı get-gedə artır. Paşinyana hansı cəzanın veriləcəyini isə dəqiq söyləmək hələ tezdir”.


Gundemxeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistan müharibəyə hazırlaşır - Paşinyanın bəyanatı

    Ermənistan müharibəyə hazırlaşır - Paşinyanın ...

    2-07-2018, 09:14

  • 
  • Paşinyan: Rusiya Qarabağda müharibəyə imkan verməyəcək

    Paşinyan: Rusiya Qarabağda müharibəyə imkan ...

    20-07-2018, 16:25

  • 
  • Ermənilər Qarabağda müharibə hazırlığına başlayıb - GƏLİŞMƏ

    Ermənilər Qarabağda müharibə hazırlığına başlayıb ...

    1-07-2019, 14:03

  • 
  • Paşinyan Qarabağda müharibə riski haqda

    Paşinyan Qarabağda müharibə riski haqda ...

    20-07-2018, 15:37

  • 
  • Putin Paşinyanın görüş təklifini rədd etdi

    Putin Paşinyanın görüş təklifini rədd etdi ...

    19-09-2019, 12:44


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (380)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu