GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Qarabağda beynəlxalq idarəçilik? - İrəvanın yeni xülyası, yoxsa blef...

Qarabağda beynəlxalq idarəçilik? - İrəvanın yeni xülyası, yoxsa blef...

Tarix: 27-11-2021, 10:51 Bölmə :Siyasət Baxış: 272

Erməni politoloqun iddiasına görə, qətnamə layihəsi hazırdır; ekspertlərə görə, Rusiya buna imkan verməz, Türkiyə isə...

Ataların yaxşı misalı var - ac toyuq yuxusunda darı görər. Deyəsən, ermənilər artıq beynəlxalq sülhməramlı missiya eşqinə düşüblər.

Gundemxeber.Az “Yeni Müsavat”a istinadən bildirir ki, erməni politoloq Andrias Qukasyan belə iddia ilə çıxış edib. Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun himayəsi altında Rusiya, ABŞ və Fransa arasında razılaşdırılmış BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsi hazırdır. Qukasyan bildirir ki, söhbət BMT mandatı altında “artsax”da, keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti” hüdudlarında, yəni Şuşa və Hadrut da daxil olmaqla “beynəlxalq idarəçiliyin” yaradılmasını nəzərdə tutan qətnamə layihəsindən gedir.

Onun fikrincə, digər şərt keçmiş DQMV-nin “sərhədləri” ətrafında beynəlxalq sülhməramlı qüvvələrin nəzarəti altında “təhlükəsizlik zonası”nın yaradılması ilə bağlıdır. Maraqlıdır, bu bir erməni ekspertin iddiasıdır, yoxsa Minsk Qrupuna münasibəti neqativ olan Bakını fakt qarşısında qoymaq və ya ona təzyiq rıçaqı yaratmaq üçün Azərbaycandan gizli ortaq təşəbbüs həyata keçirilir? BMT TŞ-nin 5 daimi üzvündən ikisi, 44 günlük müharibədə veto hüququndan istifadə eləmiş Böyük Britaniyanın və eləcə də Çinin bu məsələyə mövqeyi necə ola bilər?

Başqa yandan, BMT TŞ yaxşı olmazmı ki, öncə Qarabağa dair 4 qətnaməsinin niyə 27-28 il kağız üzərində qalmasını müzakirə etsin? Amma nəzərə alanda ki, hər üç dövlət, xüsusən də Fransa BMT TŞ-nin 5 daimi üzvündən 3-dür və bizə heç də isti münasibətləri ilə tanınmırlar, daima ayağımızın altını qazımaqla məşğuldurlar, o zaman bu iddianı nə dərəcədə ciddi saymaq olar?

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, ermənilər vəziyyəti gərginləşdirmək üçün bu sayaq əsassız iddialar irəli sürməyə davam edəcəklər. “Azərbaycanın 10 noyabr sənədinin mahiyyətinə zidd addım atmasını gözləyirlər ki, bəhanə gətirsinlər və ermənilər əldə bayraq edib prosesi pozsunlar. Ona görə Ermənistanda bu qəbildən iddialar tez-tez səslənir. Bakının diplomatiyası imkan vermir ki, İrəvanın əlində tutarlı arqument olsun. Sadəcə, Fransanın ermənipərəst siyasətini söyləmək olar. Bu da erməni lobbisinin təsirindən irəli gəlir”, - deyə ekspert vurğuladı.  

Siyasi şərhçi Türkiyənin Minsk Qrupunun üzvü olduğunu xatırlatdı: “Bu məsələdə qətnamə olacaqsa, Ankaranın konkret mövqeyi olacaq. BMT-nin 4 qətnaməsi var idi, əvvəlcə onun niyə icra edilmədiyini, kağız parçasına çevrilməsinin izahını versinlər. Ona görə yeni qətnamə qəbul olunsa belə, onun icra ediləcəyi indidən şübhə altına düşür. Sadəcə, bu, erməni tərəfinin yeni təbliğati gedişidir. Ermənistan hansısa qətnamələrlə deyil, 10 noyabr sənədində götürdüyü öhdəliklərlə hərəkət etməlidir”. 

X.Bəşirovun sözlərinə görə, Rusiyanın da beynəlxalq idarəçiliyə razı olacağını gözləmir: “Ümumiyyətlə, bu qətnamə layihəsinin qəbul ediləcəyi ehtimalı azdır. Biz Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təsisatlarla münasibətlərimizi yaxşı səviyyədə qurmuşuq, çalışmışıq ki, keçmiş münaqişənin həlli istiqamətində bu imkanlardan istifadə edək”.

Ramiyə Məmmədova: “Ermənistan sülh məsələsini cəfəngiyyata çevirdi”

Ramiyə Məmmədova

Siyasi təhlilçi Ramiyə Məmmədova erməni politoloqun dediklərinə blef kimi baxmağı təklif edir. Onun sözlərinə görə, ayrı-ayrı erməni analitiklərin ağzından bir söz eşidilir: “Əvvəla, Rusiya sülhməramlı qüvvələri bölgəyə yerləşib və ortada 5 illik müqavilə var. Doğrudur, onların mandatı yoxdur, hansısa status verilməyib, amma gələcəkdə hüquqi bir mexanizmin olması istisna deyil. İkincisi, rus sülhməramlıları erməniləri kifayət qədər qane edir, BMT mandatı altında sülhməramlıya lüzum yoxdur. Eyni zamanda, Moskvanın bu məsələyə birmənalı qarşı çıxacağı şəkk-şübhə doğurmur. Rusiya əlindən gələni edir ki, danışıqlar prosesində şərik olmasın, həmsədr ölkələri kənara sıxışdırır, elə Soçi görüşü də digər vasitəçilərə bir cavab idi. Bundan sonra siyasi masada dominantlığı qoruyub saxlayan Kreml öz sülhməramlı güclərinin çıxarılıb regiona BMT mandatı altında sülhməramlılar gəlməsinə razılaşarmı? Ona görə nəzəri olaraq hazırlanmış olduğu iddia edilən qətnamənin qəbul olunması hələ icra ediləcəyi anlamına gələ bilməz”.

Siyasi şərhçi deyir ki, Azərbaycan üçün “dqr” yoxdur və məsələ erməni politoloqun iddia etdiyi kimi qoyula bilməz: “Biz Qarabağın içində yaranmış anklavı ayrıca müstəqil ölkə kimi tanımırıq, heç Ermənistan da ”artsax"ın müstəqilliyini qəbul etməyib. Biz Qarabağdakı ermənilərə status və muxtariyyət vermirik, Azərbaycan vətəndaşı kimi yaşaya bilərlər. Ona görə həmin ərazilərdə suverenliyin təmin olunması üçün siyasət aparırıq, hansısa beynəlxalq idarəçilik planımızda yoxdur. Əlbəttə, Fransa və ABŞ bunu arzulaya bilər, amma Rusiya status məsələsini dilə gətirmir. Biz Türkiyə və Rusiya ilə birgə məsələləri həll edirik".


Gundemxeber.Az 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ATƏT-də "Artsax"ın OYUNU, BMT-də daşnak qətnaməsi - İLGİNC FAKTLAR

    ATƏT-də "Artsax"ın OYUNU, BMT-də daşnak ...

    25-06-2021, 10:46

  • 
  • Bakının Qarabağla bağlı layihəsi BMT-nin gündəliyinə daxil edildi

    Bakının Qarabağla bağlı layihəsi BMT-nin ...

    29-08-2018, 14:00

  • 
  • ​Türkiyə prezidentinin köməkçisi: "Ermənistan həyasız şəkildə beynəlxalq hüququ pozur"

    ​Türkiyə prezidentinin köməkçisi: ...

    26-12-2018, 12:20

  • 
  • İşğal olunmuş Azərbaycan əraziləri BMT-də müzakirə ediləcək

    İşğal olunmuş Azərbaycan əraziləri BMT-də ...

    6-07-2018, 09:54

  • 
  • ​Fələstin BMT Təhlükəsizlik Şurasına çağırış etdi - QÜDSLƏ BAĞLI

    ​Fələstin BMT Təhlükəsizlik Şurasına çağırış etdi ...

    9-12-2017, 18:16


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu