Fələstin BMT Təhlükəsizlik Şurasını Qüdsün statusuna dair qətnamə qəbul etməyə çağırıb.
Bunu Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur bəyan edib. “Biz Qüdsün statusunun Təhlükəsizlik Şurasının qətnaməsində yer almasını istəyirik”, deyə R.Mənsur bildirib. Onun sözlərinə görə, bu, şəhərin statusunun möhkəmlənməsi və onu İsrailin paytaxtı kimi tanıyan ABŞ-a təsir etmək baxımından vacibdir. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 1980-ci ildə Qüdsü özünün paytaxtı elan etdiyinə görə İsrailə qarşı qətnamə qəbul edib./apa/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?