GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İrəvandan Moskvaya şok ittihamların səbəbi - "Lavrov planı" niyə indi yada düşdü?

İrəvandan Moskvaya şok ittihamların səbəbi - "Lavrov planı" niyə indi yada düşdü?

Tarix: 8-12-2021, 10:06 Bölmə :Siyasət Baxış: 286


Erməni spikerin “Qarabağı Rusiya təhvil verib” açıqlamasını Kreml cavabsız qoymadı, İrəvan məğlubiyyətin məsuliyyətini Moskvanın boynuna biçir; deputat: “Onlar kiminsə hesabına yaşayır, kiminsə hesabına da qalib gəlmək istəyirlər”

Ermənistan parlamentinin spikeri Alen Simonyanın Rusiya mediasına müsahibəsində “Qarabağın təhvil verilməsini” bu ölkə ilə əlaqələndirməsi ciddi rezonans doğurub. “Yeni Müsavat”ın məlumatına görə, spikerin açıqlaması Moskvada heç də sükutla qarşılanmayıb.

Simonyan jurnalistlərlə söhbətində “...siz hesab edirsiniz ki, biz Qarabağı təhvil vermişik. Ermənistan cəmiyyətində də belə bir yanaşma və belə bir rəy var ki, Qarabağı Rusiya təhvil verib. Çünki əgər kimsə Qarabağı təhvil vermək istəyirdisə, burada ”Lavrov planı" da daxil, bir neçə variantlar vardı", deyib.

Rusiya XİN dərhal bəyanat yayaraq erməni spikerin “Qarabağı Rusiya təhvil verdi” iddiasına etiraz edib: “Bəzi erməni siyasətçilərin Rusiyanın ona məxsus olmayan Dağlıq Qarabağı təhvil verməsi kimi cəfəng fikirləri təkzib etməməsi və mahiyyət etibarilə belə əsassız mülahizələrlə həmrəylik nümayiş etdirməsi dərin təəssüf hissi doğurur”.

Rusiya XİN “Lavrov planı” haqda da geniş izahat verib: “ATƏT-in Minsk Qrupu həmsədrlərinin tənzimləmə planının son redaksiyası tərəflərə 2019-cu ilin iyununda verilib. Bu sənədə görə ”birinci mərhələdə Azərbaycana beş rayonun, ikinci mərhələdə isə Dağlıq Qarabağın statusunun mütləq şəkildə buna bağlanması şərtilə daha iki rayonun qaytarılması nəzərdə tutulurdu".

Rusiya XİN-in bəyanatında daha sonra deyilir ki, Dağlıq Qarabağın statusuna gəlincə, 2020-ci ilin payızınadək danışıqlar masası üstündə olan təkliflər aşağıdakıları nəzərdə tuturdu: “Dağlıq Qarabağın yekun hüquqi statusu tərəflərin razılaşdığı müddətdə, BMT-nin və ya ATƏT-in egidası altında Dağlıq Qarabağ əhalisinin iradəsini azad ifadə etməsi şəklində ümumxalq səsverməsi yolu ilə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq müəyyən edilir və hüquqi baxımdan icbari xarakter daşıyır”.

Beləliklə, İrəvan məğlubiyyətin məsuliyyətindən yaxa qurtarmaq üçün Rusiyaya qarşı ittiham səsləndirməkdən belə çəkinmir. Bənzər açıqlamalar postmüharibə dönəmində fərqli-fərqli erməni ekspertlərin, siyasətçilərin dilindən səslənib. Lakin bu dəfə danışan rəsmi şəxsdir, spikerdir və birbaşa Kremli günahlandırır. Vaxtilə ironiya ilə baxdıqları həll planlarını, eləcə də “Lavrov planı”nı rədd edən Ermənistanın indi onları yada salmasının anlamı nədir? Sanki Ermənistan həmin plana razılıq veribmiş. Halbuki Ermənistanın hökumət başçısı “Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqları pozmuşdu, nə “Lavrov planı”, nə “Madrid prinsipləri”, yaxud “Kazan formatı” əhəmiyyət kəsb edirdi. Əslində Ermənistanda güclənən anti-Rusiya ritorikasının təsiridir ki, Simonyan da müsahibəsində Moskvanı “baiskar” çıxarır. Bununla Ermənistan Rusiyanı qıcıqlandırmaq, təhrik etmək istəyir, yoxsa Qərbə daha da yaxınlaşmaq üçün Rusiyadan qopmağa bəhanələr gəzir?

Razi Nurullayev

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev “Yeni Müsavat”a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın yaxın keçmişdə dediyini yada saldı: “Paşinyan bir dəfə fikir işlətdi ki, dünya bizim şikayətlərimizdən bezib. Yəni erməni xalqı olaraq deyinirik, tələb edirik, onlar isə yorulublar. Ona görə erməni xalqına tövsiyə etdi ki, davranışımızı dəyişməliyik. Qəribədir ki, ”Böyük Ermənistan" ideyası ilə yaşayırlar, di gəl nə iradəsi, nə normal dövlətçiliyi və toplumu var. Belə görünür ki, tarixdən erməni haqda deyilənlər düz imiş.

Onlar kiminsə hesabına yaşayır, kiminsə hesabına qalib gəlmək və böyük olmaq istəyirlər. Rus şairlərindən birinin “Balıqçı və kəndçi” şeiri var. Orada yazır ki, “dalğalar böyük olsun, qızıl balıq mənim olsun”. İndi ermənilər də o qədər xülya ilə yaşayırdı ki, onların bu zehniyyətinə, avantürüst fikirlərinə dünyanın dəstək verməsini gözləyirdilər. Hətta bir erməni milyarder demişdi ki, rus əsgəri Qarabağda vuruşmasa, Türkiyə və Azərbaycan növbəti dəfə Rusiyanı işğal edəcək. Görün nə qədər axmaq fikirdir. Əlbəttə, bununla Rusiyanı təhrik etmək niyyəti güdülür".

R.Nurullayevin sözlərinə görə, hazırda sosial şəbəkələrin Rusiya seqmentində erməniləri məsxərəyə qoyurlar: “Deyirlər ki, niyə rus əsgəri sizə görə ölməlidir? Sizin hansı özəlliyiniz var? Başqa millətlərdən nə ilə fərqlənirsiniz? Ümumiyyətlə, axı siz kimsiniz ki, sizə görə dünyanın geopolitikası dəyişsin?! Ona görə bu cür çıxışları ilə ermənilər özlərini daha da gözdən salır və bu yanaşma özlərinə quyu qazmaqdır”.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev hesab edir ki, Simonyanın çıxışı özünüifşa və rəzil etirafdır: “Ermənilər boynuna alır ki, onlara ağa lazımdır, sahibsizdirlər və rus ordusu erməni əsgərinin yerinə döyüşməlidir. Bu ağılla yaşayan millətdir və 44 gündə darmadağın olmağın günahını Rusiyada axtarırlar. Belə çıxır ki, rus qoşunları Azərbaycan Ordusu ilə toqquşmaya girməliydi. Bu zehniyyətin sahibindən nə gözləmək olar?!”

Fuad Əliyev

ALDP sədrinin fikrincə, burada Rusiyanı şantaj xətti də görünür: “Demək istəyirlər ki, biz hərbi-siyasi müttəfiq ölkələrik, dəstək vermədiniz, tək qoydunuz, ona görə strateji olaraq Avropanı seçirik. Lakin Rusiya rəsmiləri açıq bəyan ediblər ki, müharibə zamanı Ermənistan silah-sursatla təmin olunub. Elə Şuşada qalıqları tapılan ”İsgəndər - M" raketləri erməni yalanlarını ifşa edir. Sadəcə, onlar deyirdilər ki, silah da verin, özünüz də döyüşüb ölün, qazanan tərəf ermənilər olsun. Sadəcə, zəifliklərini etiraf edirlər".

F.Əliyevin sözlərinə görə, spikerin açıqlaması məsuliyyətsiz çıxışdır: “Paşinyan hökuməti Ermənistanda elə əhval-ruhiyyə yaradıb ki, müharibənin nəticələrini iki qüvvənin ayağına yazsın - Rusiyanın və keçmiş ”Qarabağ klanı"nın... Yəni öz məsuliyyətini azaltmağa çalışır. Amma Cıdır düzündə sərxoş olan, “Qarabağ Ermənistandır” deyib qızışdırıcı mövqe qoyan, qondarma rejimin “parlament” binasını Şuşaya köçürmək istəyən də özü idi. Eyni zamanda Tovuz istiqamətini hədəfə almaq mövcud siyasi-hərbi hakimiyyətin təxribatları idi və nəticədə 27 sentyabrdan əks-hücum əməliyyatlarına başladıq. Yəni ikinci Qarabağ müharibəsinin nəticələrinin memarı Paşinyan və Ermənistandır, Köçəryan-Sərkisyan cəlladları isə ondan beş betər günahkardılar, mühakimə olunmalıdırlar. Yaxşı olar ki, erməni cəmiyyətini yalanlarla doyurmaqdansa, Rusiya əleyhinə danışmaqdansa, İrəvan qonşularla normal münasibətlər qurmaq, iddialarından əl çəkmək yönündə siyasət aparsın".

Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Rusiya Qarabağı Azərbaycana qaytarır" - Erməni politoloq

    "Rusiya Qarabağı Azərbaycana qaytarır" ...

    22-11-2014, 22:22

  • 
  • Erməni siyasətçi: “Rusiya Qarabağı Azərbaycana hədiyyə edəcək”

    Erməni siyasətçi: “Rusiya Qarabağı Azərbaycana ...

    20-11-2013, 13:56

  • 
  • Erməni mediasından Putinə sensasion ittiham: - Qarabağı öz poliqonuna…

    Erməni mediasından Putinə sensasion ittiham: - ...

    19-11-2020, 11:53

  • 
  • Lavrov Nalbandyanla Qarabağı müzakirə edib - YEREVANDA QAPALI GÖRÜŞ

    Lavrov Nalbandyanla Qarabağı müzakirə edib - ...

    21-11-2017, 11:57

  • 
  • Məmmədyarovla Lavrov koronavirusu və Qarabağı müzakirə etdilər

    Məmmədyarovla Lavrov koronavirusu və Qarabağı ...

    13-04-2020, 19:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu