Ermənistan rəhbərliyi öz var-dövlətini saxlamaq üçün ölkəni həyat qabiliyyətini sübut etməmiş, avtoritar rejimin idarə etdiyi ittifaqa cəlb etmək istəyir.
Virtualaz.org AZE.az-a istinadən xəbər verir ki, bunu dünən Ermənistanın müxalif “İrs” partiyasının sədr müavini Armen Martirosyan bəyan edib.
“Təəssüf ki, Rusiya Qarabağı sövdələşmə obyektinə çevirəcək və Azərbaycana hədiyyə edəcək ki, bu ölkə Rusiyanın nüfuz sahəsində olsun”, - deyə o bildirib.
Armen Martirosyan qeyd edib ki, Rusiyanın iqtisadi problemləri var, Avropa İttifaqına qoşulduqda isə Ermənistanı yaxşı inkişaf perspektivləri gözləyir.
Onun sözlərinə görə, Gömrük İttifaqı üst dövlət qurumu olacaq: “Rusiya səfiri “siz öz müstəqilliyinizə xəyanət edəcəksiniz” söyləyəndə bizim rəhbərlərdən daha şərəfli danışırdı. Avropa İttifaqı ilə assosiasiya haqqında razılaşma isə belə şeyi nəzərdə tutmur, biz özümüz hər şeyi müəyyənləşdirəcəyik, bizi məcbur etməyəcəklər”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?