Gundemxeber.az » Siyasət » Azərbaycan-İran: Yol xəritəsində nələr olacaq? - İNCƏLƏMƏ...
Azərbaycan və İran arasında yeni yol xəritəsi hazırlanır. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla birgə keçirdiyi mətbuat konfransında deyib.
“İranda yeni hökumət formalaşandan sonra bir sıra yeni layihələrlə bağlı konkret işlər görülür. Azərbaycan – Türkmənistan – İran arasında imzalanan qaz nəqli ilə bağlı müqavilə 2022-ci ilin yanvar ayından etibarən icra ediləcək”-, nazir bildirib.
C.Bayramov qeyd edib ki, Azərbaycanla İran əməkdaşlığı dərinləşdirmək üçün yol xəritəsi üzərində də işləyir.
Bu yol xəritəsində nələr ola bilər?
Gundemxeber.az-ın məlumatına görə, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə “Cümhuriyət”ə açıqlamasında bildirib ki, qonşu dövlət olaraq birgə layihələr üzərində işləyə bilərik:
“Yeni ildən etibarən, Türkmənistan qazının İran vasitəsilə Azərbaycana nəqli prosesi başlayacaq. Dünənki görüşdə bu məsələ də müzakirə olundu. Xatırlayaq ki, İran torpaqlarımız işğal altında olduğu illərdə, müharibə dövründə və sonrasında Ermənistana münasibətdə sərgilədiyi mövqe səbəbindən Azərbaycanla gərginlik yaşadı. Lakin dövlətimiz regionda sülh və sabitlik naminə hər zaman qonşu dövlətlərlə dostluq münasibətlərini qoruyub saxlamağın təraftarıdır. Buna görə də, İranla münasibətlərin də normallaşması və gələcəkdə birgə layihələrin işlənməsi nəzərdə tutulur. Eyni zamanda Zəngəzur dəhlizinin açılmasıyla bağlı məsələ də gündəmdədir”.
Partiya sədri bildirib ki, bu dəhliz açıldıqdan sonra da yeni infrastruktur layihələri həyata keçəcək:
“Burada Ermənistan və Azərbaycan üzərindən İrana dəmir yol xəttinin açılması nəzərdə tutulub. Bununla yanaşı, Xudafərin körpüsü yaxınlığında birgə su anbarının tikilməsi və istismarı məsələsi var idi. Düşünürəm ki, bu layihə davam etdirilə bilər. Ümumiyyətlə, İran Azərbaycanın qonşusudur. Ona görə də onlarla iqtisadi münasibətlərimiz normallaşmasının tərəfdarıyıq. Hesab edirəm ki, gələcəkdə işğaldan azad olunan ərazilərimizdə bərpa işlərinə İran şirkətləri də cəlb oluna bilər. Bu isə təbii ki, hər iki dövlətin iqtisadi maraqlarına xidmət edə bilər”.
GUNDEMXEBER.AZ
28-05-2017, 12:42
6-10-2021, 15:49
29-01-2021, 12:30
9-04-2021, 12:20
17-01-2019, 15:36
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?