GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Yolumuz PUTİN YOLUDUR? - “Özümüz öz əlimizlə qandalı qolumuza vura bilmərik”

Yolumuz PUTİN YOLUDUR? - “Özümüz öz əlimizlə qandalı qolumuza vura bilmərik”

Tarix: 28-01-2022, 15:55 Bölmə :Siyasət Baxış: 360


“Bu və ya digər təşkilata qoşulmaq qərarı, xüsusilə Azərbaycanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmaq qərarı dövlətin suveren haqqıdır”.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“Biz görürük ki, ölkələrin Aİİ-yə inteqrasiyası iqtisadi baxımdan faydalı olub. Aİİ ölkələrinin toplam ümumi daxili məhsulu dörd faizdən çox, qarşılıqlı ticarət 30 faiz, xarici bazarlara ixrac 41 faiz artıb. Hazırda Aİİ ölkələri rəqəmsal texnologiyaların tətbiqi üzrə əməkdaşlıqda, kiçik və orta biznesə dəstək göstərilməsində təcrübəyə malikdir. Bundan başqa, bir sıra ölkələr bu təşkilata üzv olmağa maraq göstərir”, - deyə səfir bildirib.

Qeyd edək ki, ötən il dekabrın 10-da Avrasiya İqtisadi İttifaqının fəxri sədri, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev bildirib ki, Azərbaycan qurumda müşahidəçi statusu ala bilər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə qeyd edib ki, Azərbaycanla Avrasiya İqtisadi İttifaqı arasında qarşılıqlı fəaliyyət ticarətin intensivləşməsinə və irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə töhfə verəcək.

“Əgər regionun dinc inkişafına töhfə verəcəksə, Ermənistan Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının əleyhinə olmayacaq”.

Bunu isə Ermənistanın baş naziri Nikol Paşinyan TASS-ın sualını cavablandırarkən deyib: “Əgər görsək ki, bu addım regionun dinc inkişafı üçün era açacaq, təbii ki, buna qarşı olmayacağıq. Bir sıra məsələlər üzrə danışıqlarda yeni münaqişə mənbəyi yaratmaq məntiqsiz olardı”.

Azərbaycanın, qeyri-rəsmi olaraq “Putin ittifaqı” adlandırılan bu quruma, üzvlüyü və ya hansısa statusla təmsilçiliyi haqda çağırışlar niyə artıb? Azərbaycanın Aİİ-yə üzvlüyü yalnız Ermənistana görəmi baş tutmayıb? Bakının hər hansı statusla bu qurumda təmsilçiliyi lazımdırmı?

GUNDEMXEBER.AZ "Yeni Müsavat"a istinadla xəbər verir ki, beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev məsələyə geniş rakurslardan yanaşır: “Ölkələr arasında yumşaldımış iqtisadi əlaqələr bütün dövlətlər üçün mühüm əhəmiyyət daşıyır. Hamı bu əlaqələrdən öz xeyrinə nələrisə əldə etməyə çalışır. Böyük dövlətlər bundan, eyni zamanda həm də bəzi siyasi maraqlarını təmin etmək üçün istifadə etməyə çalışsalar da, ciddi iqtisadi ittifaq olarsa nəticə etibarı ilə hamı bu əlaqələrdən qazanar. Təbii ki, Azərbaycan da belə bir ittifaqlarda təmsil olunmaq və bununla iqtisadi gücünü və gəlirlərini artırmaq istəyir. O səbəbdən uzun illərdir ki, Avropa İttifaqı ilə assosiativ sazişlə bağlı müzakirələr aparır. Saziş layihəsində tərəflərin razılaşmadığı bir neçə bənd olmasaydı, bu sənəd çoxdan imzalanmışdı və bu gün artıq həmin sazişin iqtisadi dividentlərini götürürdük. Ümid edək ki, Avropa İttifaqı ilə sazişin imzalanması reallaşsın. Rusiyanın yaratdığı Avrasiya İqtisadi İttifaqı isə əslində siyasi birlik mahiyyətini daşıyır. Bunun da təhlükəli tərəfi odur ki, ora üzv olan ölkələr siyasi müstəqilliklərinin əhəmiyyətli hissəsindən qeyri-rəsmi olaraq məhrum olurlar. Bu qurum yaranan gündən bəlli idi ki, ortada iqtisadi inkişafdan heç bir söhbət getmir. Birlikdə olan dövlətlər arasında iqtisadi göstəricilərin müsbətə doğru inkişaf etməsi ilə bağlı göstərilən rəqəmlər də real iqtisadi vəziyyəti əks etdirmir. Orta səviyyəli bir iqtisadçı rahat şəkildə birliyin mövcud olmaması səbəbindən ölkələrin güclənməsinə xidmət edəcək hər hansı iqtisadi inkişafın olmadığını isbatlaya bilər. Əvəzində bu dövlətlərin içində baş verən iqtisadi gərginlikləri, milli valyutalarının dəyər itirməsini və s. görürük. Enerjidaşıyıcıları, pambıq, taxıl və bir sıra təbii sərvətlər istisna olmaqla, gəlirlə işləyən, dünya bazarına çıxa biləcək məhsulları görə bilmirik. Yüksək texnologiyanın inkişafından, İKT sistemindən isə ümumiyyətlə danışmağa dəyməz”.

Ekspert fikirlərinə ünvanladığı bu sualla davam etdi: “8 ildir yaranmış iqtisadi birlik nədən uğurlar əldə edə bilmir? Çünki əsas hədəf iqtisadi birlik adı altında ilk növbədə dövlətlərin siyasi müstəqilliklərini zəiflətmək, gələcəkdə isə daha da irəli gedərək formal dövlətlər halına salmaq və ən nəhayət, siyasi bir ittifaq yaradaraq vahid idarəetmə sisteminə nail olmaqdır. Çoxları yanlış olaraq, yaxud bilərəkdən bu ssenarini SSRİ-nin bərpası kimi təqdim etməyə çalışırlar. Əslində isə burada yaxından-uzaqdan heç bir əlaqə görmürəm. Çünki təkpartiyalı, şəxsi mülkiyyət, fərdi biznesi inkar edən SSRİ tamam başqa bir quruluş idi və onun yenidən bərpası ehtimalları belə mümkün deyil. Postsovet ölkələrinin əksəriyyətində korrupsiya, rüşvət, haqsızlıq və xalqların maddi vəziyyətinin acınacaqlı olması orta nəsildən yuxarı insanlarda həmin dövr üçün bir nostalji hisslər yaradır. Bundan istifadə edərək məkrli planları işə salanlar isə həmişə olub. Ona görə də hesab edirəm ki, Azərbaycanın Avrasiya İttifaqında istənilən statusda təmsil olunması bütün istiqamətlər üzrə ziyanımıza işləyər. Bu bir imperiya planıdır. Özümüz öz əlimizlə qandalı qolumuza vura bilmərik. Baxın son illər nə baş verir? Rusiyanın müxtəlif səviyyəli siyasətçiləri, məmurları açıq şəkildə bəyan edirlər ki, postsovet məkanında olan dövlətlər yüz illərlə Rusiya imperiyasının torpaqları olduğundan bu gün həmin dövlətlər birmənalı Rusiyanın təsir və maraqları altındadırlar. Adamlar gizlətmədən deyirlər ki , dövlətlərin müstəqilliklərini həzm edə bilmirlər və bütün imkanlarla bu müstəqillikləri zəiflədəcəklər. Əgər ortada Qərb və ABŞ faktorları olmasaydı, çoxdan istədiklərini həyata keçirərdilər. Bunun üçün bütün imkanları belə hazırlayıblar. Dediyim kimi, iqtisadi birlik çətiri altında dövlətlərin iqtisadi siyasətinə nəzarət edən mexanizm qurulub, səbəb yaratmaqla KTMT adı altında istədiyi vaxt ”müttəfiq" dövlətlərin ərazisinə hərbi müdaxilə etmək üçün leqal hərbi güc də ortada var. Avrasiya İttifaqının şəriksiz lideri Rusiyadır. Bir müddət öncəyə qədər bu qurumun yaradıcılarından sayılan və fəxri lideri olan Qazaxıstanın keçmiş prezidenti Nazarbayevin birlik içində müstəqil fikir bildirmək, qərarlara təsir etmək imkanları var idisə, Qazaxıstandakı son hadisələrdən sonra o məsələ də artıq qapanıb. Yəni Rusiya artıq heç bir maneə olmadan kollektiv qərar adı altında özünün istədiyi qərarı verə bilir. Tutaq ki, bu gün Azərbaycan nəinki müşahidəçi, hətta tam hüquqlu üzv kimi oraya daxil olmaq istəsə, heç kim, hətta Paşinyan belə səsini çıxara bilməyəcək. Ona görə də Azərbaycanın Rusiya ilə ikitərəfli iqtisadi əlaqələr saxlaması daha doğru və təhlükəsiz olar. Bütün imkanlarımızla yalnız bu istiqamətdə fəaliyyət göstərməliyik. İqtisadi müstəqilliyimizi təhdid edən istənilən ittifaqdan kənarda durmağa çalışmalıyıq".


Gundemxeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putin-Nazarbayev müharibəsi başlandı

    Putin-Nazarbayev müharibəsi başlandı ...

    1-05-2015, 10:58

  • 
  • İrəvanı yenidən etiraz dalğası bürüdü

    İrəvanı yenidən etiraz dalğası bürüdü ...

    14-11-2014, 12:41

  • 
  • Putindən Azərbaycana mesaj "Gəlin bir mərkəzə çevirək"

    Putindən Azərbaycana mesaj "Gəlin bir ...

    23-12-2014, 22:40

  • 
  • Əliyevdən Sərkisyana daha bir zərbə: Ermənistanın planları pozuldu

    Əliyevdən Sərkisyana daha bir zərbə: Ermənistanın ...

    22-09-2014, 15:36

  • 
  • İrəvanı faş edən 6 FAKTOR: Paşinyan Azərbaycanla bağlı nələri hesaba QATMAYIB?

    İrəvanı faş edən 6 FAKTOR: Paşinyan Azərbaycanla ...

    5-10-2018, 11:53


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu