GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Kremllə Bakının münasibətləri NƏ YERDƏ OLACAQ? - GƏLİŞMƏ

Kremllə Bakının münasibətləri NƏ YERDƏ OLACAQ? - GƏLİŞMƏ

Tarix: 1-02-2022, 09:30 Bölmə :Siyasət Baxış: 342

"Biz bütün variantları və ssenariləri, o cümlədən ABŞ, Qətər və Azərbaycan kimi tərəfdaşlarla Rusiyanın tədarükünü kəsmək və ya dayandırmaq qərarına gəldiyi halda qaz tədarükü məsələsində işləməyi nəzərdən keçiririk".

Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell söyləyib.
O vurğulayıb ki, diplomatiyanın uğursuzluğa düçar olacağı təqdirdə hazır olmalıyıq. Qeyd edək ki, Avropa Komissiyasının enerji üzrə komissarı Kadri Simson fevralın əvvəlində Avropaya qaz tədarükünün artırılması imkanlarını müzakirə etmək üçün Azərbaycanla danışıqlar aparmağı planlaşdırır.
Proseslər Avropanın proqnozuna uyğun olarsa, Azərbaycan Rusiya qazına neçə faiz altenativ ola bilər? Gundemxeber.az-ın məlumatına görə, neft-qaz məsələləri üzrə ekspert Zəfər Vəliyev Cebhe.info-ya bildirdi ki, Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Avropanın bu il təbii qaza olan tələbatı 521 milyard kubmetr civarında olacaq:
“Hazırda Avropada 100-dən artıq yeraltı qaz anbarlarında aktiv qaz həcmləri 46 milyard kubmetrdir. İsitmə mövsümü başlayandan 2021-ci il noyabrın 1-dən 2022-ci ilin yanvar ayının 26-nə kimi Avropanın mövcud yeraltı qaz anbarlarına 36 milyard kubmetr qaz çıxarılaraq qaz nəql şəbəkəsinə daxil edilib.
2021-ci ilin dekabr ayında yalnız Avropanın mövcud mayeləşmiş qaz terminallarına 7 milyard kubmetrdən yuxarı qaz daxil olub. Yanvar ayında bu rəqəm ən yüksək səviyyəyə qalxıb. Belə bir rəqəm Avropa İttifaqında 2019-cu ildə qeydə alınmışdı.
Cari ilin yanvar ayında Avropaya daxil olan mayeləşmiş təbii qaz həcmləri 10 milyard kubmetri keçib. Ona görə də Avropanın qarşıdakı aylarda təbii qazla bağlı heç bir problemi yoxdur. Sadəcə Ukrayna ətrafında baş verən hadisələrlə bağlı ajiotaj yaradılıb. Rusiya Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə Avropa dövlətləri, ABŞ Rusiya təbii qazının idxalına, bank sisteminə məhdudiyyət qoyacaq. Avropada hazırda təbii qaz qıtlığı yoxdur”.
Ekspet deyir ki, yeraltı qaz anbarlarında kifayət qədər qaz həcmləri var və bununla da isitmə mövsümünü başa vurmaq olar:
“Avropanın likvidli qaz-satış mərkəzlərində spot indekslər 1000 kubmetr 1100 dollar civarındadır.Sual olunur ki, niyə almırsız? Onlar yeraltı qaz anbarlarından təbii qaz həcmlərini ona görə çıxarırlar ki, yaz mövsümündə yeraltı qaz anbarlarına vurulan təbii qazın alış qiyməti hər 1000 kubmetrdə 300 dollar olub. İndi spot indekslə 1100 dollar civarındadır. Təbii ki, Avropada qaz nəql operatorları, yaxud oprerator şirkətlər belə, yüksək qiymətə qaz almazlar.
Digər tərəfdən alternativ variantlar, Avropa strukturları, ABŞ-ın rəsmiləri, hazırda Qətər, ABŞ-da potensial maliyyələşmiş təbii qaz ixrac edən enerji şirkətləri ilə danışıqlar aparacaq. Ötən il Azərbaycan Prezidenti İlham Əliyev və Dövlət Neft şirkətinin mənsubları bir neçə dəfə qeyd etdilər ki, 2022-ci ildə Avropaya əlavə qaz həcmlərinin tədarükünə hazırıq. Bununla bağlı əvvəlcədən sifariş olmalıdır və müqavilə bağlanmalıdır.
Azərbaycan “Cənub qaz dəhlizi” vasitəsilə Avropanın İtaliya, Yunanıstan, Bolqarıstana qaz ixracı uzunmüddətli müqavilələrlə tənzimlənir. Uzunmüddətli olmayacağı təqdirdə qaz ixrac edən dövlətlər əlavə qaz həcmlərinin hasilatı üçün əlavə investisiyalar yönəldə bilmirlər. Təəssüflər olsun ki, Avropa özünün enerji təhlükəsizliyi arxitekturasında 2013-cü ildən başlayaraq dəyişikliklər ediblər. Onlar bir neçə qaz satış formalarına üstünlükl verirlər.

Əsasən Avropanın siyasi mərkəzləri, Avropanın tənzimləyici qurğularına, enerji şirkətlərinə tövsiyə edirlər ki, uzunmüddətli müqavilələrdən imtina edin, ən yaxşı halda qısa müqavilələrə üstünlük verin. Belə olan təqdirdə Avropanın qaz bazarlarına lazım olan tədarük həcmlərin ixrac imkanları məhdudlaşır. Potensial qaz ixrac edən dövlətlər qısamüddətli qaz ixracına maraqlı deyillər”.
Ekspertin sözlərinə görə, Azərbaycan ötən il Avropanın adıçəkilən üç ölkəsinə 8, 1 milyard kubmetr qaz ixrac edib:
“Trans-Adriatik boru kəmərinin (TAP) maksimum ötürücülük qabiliyyəti 10 milyard kubmetrdir. Demək biz Avropaya bu il əlavə 1 milyard kubmetr qaz ixrac etmək imkanlarımız ola bilər. Ölkənin də ildən-ilə qaza olan tələbatı artır. Ötən il illik qaza tələbatı 12, 5 milyard kubmetr olub. Bu həm əhali, həm kommersiya, həm də sənaye qrupuna aiddir. Biz həm tələbatı ödəməliyik, həm də müqavilə öhdəliklərimiz var. Biz Rusiya qazına alternativ axtarsaq bu bir qədər çətin olacaq.
Çünki Avropanın qaz nəql sistemlərinin konfiqurasiyası əsasən, Rusiya istiqamətinə yönəlib. Rusiya bir neçə istiqamətdən Avropanın qaz bazarlarına təbii qaz ixrac edir. Yəni belə böyük bir qaz həcmlərini əvəzləmək çətin olacaq. Avropa Rusiya qazından imtina etməyəcək”. 


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Avropa İttifaqının vitse-prezidenti: "2020-ci ildə Azərbaycan qazını gözləyirik"

    Avropa İttifaqının vitse-prezidenti: ...

    31-05-2017, 13:00

  • 
  • "Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır"

    "Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji ...

    6-05-2016, 14:31

  • 
  • Azərbaycan Türkiyəyə qaz tədarükünü artırıb

    Azərbaycan Türkiyəyə qaz tədarükünü artırıb ...

    26-03-2016, 13:07

  • 
  • TAP ilə Avropaya hidrogen nəqli Azərbaycana nə vəd edir?

    TAP ilə Avropaya hidrogen nəqli Azərbaycana nə ...

    11-12-2020, 13:42

  • 
  • Azərbaycan qaz hasilatını 5 faiz artırıb

    Azərbaycan qaz hasilatını 5 faiz artırıb ...

    15-08-2014, 10:15


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu