GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İrəvanın çıxış yolu yoxdur - FAKT BUDUR!

İrəvanın çıxış yolu yoxdur - FAKT BUDUR!

Tarix: 5-02-2022, 12:23 Bölmə :Siyasət Baxış: 294


Xarici işlər naziri Ceyhun Bayramov fevralın 3-də Bakıda keçirilən brifinqdə Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiya prosesindən danışıb. XİN başçısı vurğulayıb ki, Azərbaycan sərhədlərin delimitasiyası ilə bağlı Ermənistanın təkliflərini Rusiyanın vasitəsilə alıb. C.Bayramov Ermənistan XİN başçısı Mirzoyanın “rəsmi Bakı təkliflərimizi geri çevirib” sözünə də münasibət bildirib. Bəyan edib ki, Ermənistanın hər hansı şərt irəli sürməyə nə hüquqi, nə siyasi, nə də mənəvi haqqı var. Onun sözlərinə görə, sərhədlərin delimitasiyası məsələsində hansısa “kreativlik” göstərməyə ehtiyac yoxdur. Sadəcə, beynəlxalq sərhədləri tanımaq lazımdır.

Nazir bəyan edib ki, beynəlxalq sərhədlər tanınmalı, komissiyanın işinə başlanılmalıdır: “Bəlli ilkin şərtlər irəli sürülmüşdü. Azərbaycan tərəfi qısa zaman ərzində mövqeyini çatdırdı. Bu prosesə heç bir qeyd-şərt olmadan başlaya biləcəyimiz ifadə olunmuşdu. Bu, təcrübələrə əsaslanan prosesdir, prosesin başlaması üçün “icadlara” ehtiyac yoxdur. Ermənistan 30 il ərzində digər qonşu ölkənin torpaqlarının 20 faizə yaxın bir hissəsini işğal altında saxlayıb. Bütün beynəlxalq hüquq norma və prinsiplərini pozub. Ermənistan tərəfinin mövcud reallığı tez zamanda anlayacağına ümid edirik. Bu, region üçün faydalı olar”. XİN başçısı qeyd edib ki, iki ölkə arasında delimitasiya prosesinin başlanması ilə bağlı birgə ikitərəfli komissiyanın yaradılması istiqamətində davamlı, ardıcıl yanaşma müşahidə edilmir: “Təxminən iki həftə əvvəl Ermənistan tərəfi Rusiya vasitəsilə delimitasiya prosesinin başlanması ilə bağlı yeni təkliflərini göndərib. Müəyyən mənada prosesə başlamaq üçün ilkin şərtlər irəli sürülüb. Komissiyanın işə başlaması üçün belə bir şərtlər qoyulub. Qısa müddət ərzində Azərbaycan öz mövqeyini qarşı tərəfə çatdırıb”. C.Bayramov vurğulayıb ki, Azərbaycan dövləti yeni postmünaqişə dövründə beynəlxalq hüquqa əsaslanaraq münasibətlərin normallaşması istiqamətində konkret addımlar atıb: “Əfsuslar olsun ki, Ermənistan tərəfindən bir neçə dəfə komissiyanın işi pozulub. Komissiyanın işində fəaliyyətlərini dayandırmışdılar. Hələ də biz bu istiqamətdə davamlılıq, ardıcıllıq görmürük”.

Xatırladaq ki, iki həftə öncə erməni tərəfi öz təkliflərini açıqlayıb və bunlar Ermənistan və Azərbaycan qüvvələrinin təmas xəttindən qarşılıqlı çəkilməsini nəzərdə tuturdu. Ermənistanın XİN rəhbəri Arorat Mirzoyan deyib ki, Ermənistan Azərbaycan və Rusiya ilə sərhəddə təhlükəsizlik mexanizmlərinin yaradılmasını müzakirə edir. Onun sözlərinə görə, Ermənistan öz öhdəliklərinə sadiqdir və Ermənistan, Rusiya və Azərbaycan dövlət başçılarının Soçi görüşündə razılaşdırılan delimitasiya üzrə birgə komissiya yaratmağa hazırdır: “İndi biz Azərbaycan və Rusiya tərəfi ilə sərhəddə təhlükəsizlik və sabitlik mexanizmlərinin yaradılmasına gətirib çıxaracaq vasitələri müzakirə edirik. Müxtəlif təkliflərin verildiyini demişdim. Danışıqlar davam edir”. Qeyd edək ki, daha əvvəl Nikol Paşinyan da Bakı ilə Moskvaya sərhəddə təhlükəsizlik və sabitliyin artırılması barədə, həmçinin sərhədlərin delimitasiya və demarkasiyası barədə təkliflər verdiyini açıqlamışdı. Ermənistan baş naziri prosesin bu detallarını açıqlamasa da, həmin komissiyanın mümkün qədər tez formalaşdırılmalı olduğunu demişdi. GUNDEMXEBER.AZ-ın məlumatına görə, millət vəkili Ceyhun Məmmədov “Şərq”ə bildirib ki, Ermənistan öz ənənələrinə sadiq qalaraq danışıqların hansısa mərhələsində müəyyən “qazanc” əldə etməyə çalışır. Deputat vurğulayıb ki, İrəvan çıxış yolunun olmadığını görür və Azərbaycanın yaratdığı reallıqlarla barışmaq məcburiyyətində qalır:

“Bununla yanaşı, Ermənistan xəbis siyasətindən də əl çəkmir. Sülh müqaviləsi imzalanan son ana kimi nəsə qopartmaq istəyir. Şübhə yox ki, Ermənistanın pozucu davranışları rəsmi Bakı tərəfindən qəbuledilməzdir. İrəvan anlamalıdır ki, ölkənin tərəqqisi, ermənilərin sosial rifahı Azərbaycanla sülhdən asılıdır. Məsələ ondadır ki, bir tərəfdən Baş nazir Nikol Paşinyanın nisbətən pozitiv açıqlamalarının şahidi oluruq. Digər yandan isə Mirzoyan kimi şəxslərin dilindən sərsəm bəyanatlar səsləndirilir. Moskva vasitəsi ilə Azərbaycana təzyiq göstərmək niyyəti güdülür. Lakin Azərbaycanı haqq yolundan döndərmək mümkünsüzdür. Rəsmi Bakının qəti mövqeyi ondan ibarətdir ki, sərhədlərin demarkasiya və delimitasiyası tezliklə yekunlaşmalı, sülh müqaviləsi imzalanmalıdır. Ermənistanın səyləri əhəmiyyətsizdir. Azərbaycan bir qarış torpağından belə geri çəkilməyəcək. Proses Azərbaycanın diktə etdiyi formada getməlidir”.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gürcüstan hökuməti Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın tərkibini təsdiqləyib

    Gürcüstan hökuməti Azərbaycanla sərhədin ...

    10-05-2019, 22:21

  • 
  • XİN başçısı: “Ermənistanın hərbi təcavüzünə gec-tez son qoyulacaq”

    XİN başçısı: “Ermənistanın hərbi təcavüzünə ...

    8-08-2020, 11:24

  • 
  • Ceyhun Bayramov Ermənistanın XİN başçısına cavab verdi

    Ceyhun Bayramov Ermənistanın XİN başçısına cavab ...

    25-09-2020, 15:45

  • 
  • Azərbaycan XİN Ermənistan XİN-ə cavab verib

    Azərbaycan XİN Ermənistan XİN-ə cavab verib ...

    21-04-2021, 10:00

  • 
  • Ceyhun Bayramov: "Bir sıra dövlət və beynəlxalq təşkilatla danışıqlar aparılıb"

    Ceyhun Bayramov: "Bir sıra dövlət və ...

    28-09-2020, 12:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu