Gundemxeber.az » Siyasət » Çavuşoğlu rusiyalı və ukraynalı həmkarları ilə danışıqlar aparıb
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə ayrı-ayrılıqda telefon danışığı aparıb
Türkiyə XİN başçısının rusiyalı və ukraynalı həmkarları ilə söhbətində əsas müzakirə mövzusu Rusiya-Ukrayna gərginliyi olub. Çavuşoğlu problemin həlli üçün diplomatik təşəbbüslərin vacibliyini vurğulayıb. Bu çərçivədə o, Türkiyənin Rusiya ilə Ukrayna arasındakı danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bir daha vurğulayıb.
Lavrov və Kuleba COVID-ə yoluxan türkiyəli nazirə şəfa diləyib, onun tezliklə sağalmasını arzulayıblar.
Gundemxeber.az
12-03-2021, 15:55
25-12-2020, 10:55
29-03-2019, 15:45
2-04-2016, 21:27
20-12-2016, 01:27
Sorğu
Yeni dizaynımız necədir?