GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İrəvanda Azərbaycanla sülh, yoxsa müharibə davası - NƏ BAŞ VERİR?

İrəvanda Azərbaycanla sülh, yoxsa müharibə davası - NƏ BAŞ VERİR?

Tarix: 4-03-2022, 12:43 Bölmə :Siyasət Baxış: 248


Ukraynada yaşanan bəşəri faciə sözsüz ki, ən əvvəl Ermənistan kimi dünənin xırda işğalçı ölkələrinə dərs olmalıdır. Rəsmi İrəvan, ermənilər qonşu ölkələrlə, xüsusən ondan qat-qat güclü qonşularla dil tapmağın, dinc-yanaşı yaşamanın, absurd ərazi iddiaları və yeni işğalçılıq planlarından əl çəkməyin öz xalqı üçün nə dərəcədə həyati önəm daşıdığını nəhayət, anlamalıdırlar. Anlayırlarmı?

Əfsus ki, kapitulyant ölkədən gələn xəbərlər təsdiqi cavab üçün yetmir. Əksinə, orada hələ də dünyanın gedişini tərs başa düşüb köhnə havada qalanlar, Azərbaycanı “işğalçı” qismində görənlər (bir ölkə özü-özünə, görəsən, necə təcavüz edə bilər?!), hətta Rusiya kimi bizim ölkəyə qarşı da sanksiyalar tətbiqi xülyası ilə yaşayanlar var.
Doğrudur, srağagün Ermənistan baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycanla sülh sazişinin imzalanacağını bəyan edib. Sitat: “Gündəlikdə bölgədə kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələləri var”.
Lakin diqqət edin, baş nazir sülh müqaviləsini sərhədlərin demarkasiyasından sonraya qoyub. Halbuki bunların bir-birinə dəxli yoxdur. Daha doğrusu, öncə ölkələr bir-birinin ərazi bütövlüyünü tanıyan sülh müqaviləsi imzalamalı, sonra sərhədlərin dəqiqləşməsi prosesinə başlanmalıdır. Necə ki, Gürcüstan və Rusiya ilə bu cür olub. İrəvan isə neçə vaxtdır “atı arabanın arxasına” bağlamağa çalışır. Üstəlik, Azərbaycanla sülh sazişini vaxtaşırı aparıb “artsax” məsələsinə, “öz müqəddəratını təyinetmə”yə bağlayır.
Biz hələ Ermənistandakı qatı revanşist və radikal müxalifəti, onun nəzarətindəki avantürist erməni mediasını demirik. O müxalifət və media ki, günü bu gün də nəinki Şuşanı və Hadrutu, həmçinin DQMV ətrafındakı 7 rayonu heyrətamiz həyasızlıqla “artsaxın işğal edilmiş əraziləri” kimi təqdim eləməyə davam edir. Onlara eybəcər adlar da veriblər.
Təbii ki, Azərbaycanla sülh müqaviləsini istisna edən belə radikal ovqat ictimai rəyə də yansıyır. Erməni toplumunu yeganə düzgün seçimi eləməyə qoymur. Lakin ümid qalır yenə az-çox praqmatik görünməyə səy edən Paşinyan iqtidarının cəsarətli qərarlarına. Hər necə olmasa, 2021-ci ilin parlament seçkilərində erməni xalqı radikal-revanşistləri, faşist-daşnak tör-töküntüləriiə deyil, onun partiyasını qalib edib...
Bu arada Ermənistan parlamentində ölkənin yeni prezidentinin seçkisi keçirilib. Bəlli idi ki, hakim “Vətəndaş Müqaviləsi” partiyasının yeganə namizədi, yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryan idi. Dünən səsvermənin ilk turunda o, 69 səs toplayıb ki, bu da lazım olan minimum səs sayından (81) az olub. Müxalif “Şərəfim var” və “Hayastan” fraksiyaları prezidentliyə namizədliyin müzakirəsini boykot ediblər. Lakin 2-ci və uzağı 3-vü turda onun prezident seçiləcəyi heç bir şübhə doğurmurdu. Çünki konstitusiyaya görə, 2-ci və 3-cü turda seçilmək üçün müvafiq olaraq 65 və 54 səs kifayətdir. Elə də olub. Vaaqn Xaçatryan 71 səslə ölkənin 5-ci prezidenti seçilib.
Yeni prezidentin seçki öncəsi açıqlaması diqqət çəkir. O hesab edir ki, Ermənistanın hazırkı rəhbərliyinin sülh gündəliyinin alternativi yoxdur. “Ermənistanın müdafiə qabiliyyətli dövlət olması əsas prioritet olaraq qalır. Lakin qonşularla sülh şəraitində yaşamaq lazımdır. Biz yalnız təhlükəsizlik sistemlərimiz işləyəndə, özümüzü təhlükəsiz hiss etdikdə, regionda müharibə təhlükəsi olmayanda, sərhədlər açılanda iqtisadi uğura nail olacağıq”, - Xaçaturyan deyib.
Onun sözlərinə görə, regionda sabitliyin bərqərar olmasına çalışmaq lazımdır. Xaçatryanın fikrincə, dünyada baş verən hadisələr sülhün alternativinin olmadığını nümayiş etdirir: “Ermənistan təcrid olunmamalıdır. Dağlıq Qarabağda 44 günlük müharibə bunun bariz təsdiqidir”.
Paşinyan hakimiyyətinin sülh gündəminə gəlincə, erməni siyasətçinin qənaətincə, o, ölkə üçün başqa inkişaf yolu görmədiyindən bu gündəmi dəstəkləyir. “Biz bütün daxili qorxuları dəf etməli və başa düşməliyik ki, regionumuz əməkdaşlıq platformasına çevrilməlidir. Bütün ölkələrlə mehriban qonşuluq münasibətləri qurmaq lazımdır. Bizim qonşularımız var və onlarla sülh şəraitində yaşamalıyıq. Əgər cəmiyyətdə fərqli ovqat üstündürsə, demək, biz məhvə gedirik”, - deyə o əlavə edib.
Müharibəni yox, sülhü tərcih edən, erməni xalqına tək doğru yolu göstərən rasional bir yanaşma. Qalır onu toplumda dominant edib reallığa çevirmək...
Siyasi şərhçi Armen Ohanseyan isə Armenianreport.com saytındakı məqaləsində Ukrayna böhranı kontekstində yazır: “Ukraynadakı müharibəsi bizim üçün ən azı 3 təhdid yaradır. Birincisi, bütün dünya anlayır ki, bu müharibədə kim təcavüzkar, kim onun qurbanıdır. Biz KTMT hərbi-siyasi blokunda kimin yanındayıq? Rusiyanın. Yəni ədalətsiz müharibə aparan təcavüzkarla eyni bağdayıq. Düzdür, BMT-nin İnsan Haqları Şurasının iclasında Ukrayna məsələsində Ermənistan bitərəf qalıb. Amma bu, çox azdır. Xüsusən ona görə ki, Rusiyanın bizdən gözlədiyi kimi, sənədin ”əleyhinə" səs verməmişik. Sivil dünyanın bizdən gözlədiyi “lehinə” də olmamışıq. Bu da o deməkdir ki, Ukrayna və onun separatçı regionları arasındakı münasibətlər modelindən istifadə edən Azərbaycan Avropada məsələni elə təqdim edəcək ki, Bakıya simpatiya bəsləməyə başlayacaqlar. Azərbaycan deyəcək baxın, Rusiya Ukraynadan torpaq qoparır, Rusiyanın müttəfiqi Ermənistan da Azərbaycandan torpaq tələb edir, Dağlıq Qarabağı zəbt edir".
Müəllifə görə, ikinci təhdid odur ki, Bakı Rusiyanın zəifləməsindən Qarabağ kontekstində yararlana bilər: “Təbii ki, Rusiyanın başqa cəbhə açmaq iqtidarında olmadığını anlayaraq. Və üçüncü təhdid - unutqanlıq faktoru. Məsələ burasındadır ki, Rusiyanın Ukraynada törətdikləri fonunda Azərbaycanın ”özbaşınalığı" (dırnaqlar bizimdir - red.) xırda şey kimi görünəcək. Yəni Kiyev və Xarkovun bombalanması fonunda Azərbaycanın hərəkətləri unudulacaq. Baxın, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dəridən-qabıqdan çıxır ki, Avropa və dünya diplomatlarına bizim mövqeyimizi çatdırsın. Ancaq Avropada müharibənin başlanması fonunda görünən odur ki, bizim problemlərimiz, uzaq Cənubi Qafqazdakı hansısa münaqişə onlar üçün önəmli deyil".
Göründüyü kimi, Ukrayna olayları da Ermənistana Azərbaycanla sülh içində yaşamaqdan savayı yol qoymur, nəinki bu sülhü dalana salacaq və yeni müharibəni qızışdıracaq köhnə, artıq keçilmiş fəlakətli yol.
Sonda onu da əlavə edək ki, hələ uzun müddət ağır sanksiyalar altında qalacaq Rusiyanın artıq Ermənistan ordusunu həm də özünün güzəştli silah kreditləri hesabına bərpası müşkülə çevriləcək. Çünki Rusiya öz hayında olacaq, hayların yox.../“Yeni Müsavat”/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya erməni ordusunu guya “gücləndirir”… - GƏLİŞMƏ

    Rusiya erməni ordusunu guya “gücləndirir”… - ...

    16-04-2021, 09:46

  • 
  • Paşinyan və Overçuk kommunikasiyaların blokdan çıxarılmasını müzakirə edib

    Paşinyan və Overçuk kommunikasiyaların blokdan ...

    2-04-2021, 10:36

  • 
  • Paşinyan Azərbaycanla sülh razılaşması istəyir, amma qorxur? - İDDİA

    Paşinyan Azərbaycanla sülh razılaşması istəyir, ...

    8-07-2019, 12:20

  • 
  • İrəvanın Zəngəzur “sancısı” - Azərbaycanla sülhü əngəlləməklə Ermənistan öz ayağının altını qazıyır!

    İrəvanın Zəngəzur “sancısı” - Azərbaycanla sülhü ...

    13-07-2021, 10:30

  • 
  • Nikol Paşinyan: “Ermənistan Azərbaycanla danışıqları bərpa etməyə hazırdır”

    Nikol Paşinyan: “Ermənistan Azərbaycanla ...

    12-08-2021, 11:56


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu