Gundemxeber.az » Siyasət » Fars-molla rejiminin QUDURĞANLIĞI: SEPAH Azərbaycanı hədələdi... - “Çox vaxtınız yoxdur...”
İran İnqilab Keşikçiləri Ordusunun (“SEPAH”) sosial şəbəkə hesabında Azərbaycana hədə-qorxu ehtiva edən paylaşım edilib.
Gundemxeber.az xəbər verir ki, paylaşımda Azərbaycan, İraq, Fələstin, BƏƏ, Bəhreyn, Sokotra arxipelaqı (Yəmən) vahid bir mərkəzdə birləşdirilir.
Sözügedən vahid mərkəz İsrail bayrağının mərkəzində yerləşən Davud ulduzu ilə təsvir edilib.
Daha sonra isə İraqın şimalındakı Ərbil şəhərinin İrana məxsus ballistik raketlərlə vurulması işarə edilərək ivrit dilində bu sözlər yazılıb:
“Sizcə, Ərbildə hər şey bitdi? Çox vaxtınız yoxdur...”
Paylaşımla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva Yeniavaz.com-a bildirdi ki, nazirlik məsələdən xəbərdardır:
“Əgər açıqlama olarsa, mövqe olarsa, hər kəsə bildiriləcək”.
GUNDEMXEBER.AZ
9-06-2021, 10:55
4-02-2016, 22:23
1-09-2014, 13:19
8-01-2020, 10:15
4-01-2020, 01:26
Sorğu
Yeni dizaynımız necədir?