GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İrəvan bu şansı da qaçırsa, Azərbaycanın qarşısını heç kim ala bilməyəcək... - HƏQİQƏTƏN DƏ...

İrəvan bu şansı da qaçırsa, Azərbaycanın qarşısını heç kim ala bilməyəcək... - HƏQİQƏTƏN DƏ...

Tarix: 8-04-2022, 12:33 Bölmə :Siyasət Baxış: 253


Avropa Birliyinin (AB) moderatorluğu ilə Azərbaycan və Ermənistan liderləri arasında daha bir mühüm görüş reallaşdı. Brüsseldə 4 saat yarım sürən müzakirələrə ilkin reaksiyalar tərəflər arasında yekun sülh müqaviləsinin imzalanması yönündə əhəmiyyətli dönüşün qeydə alındığını söyləməyə imkan verir. Daha dəqiq qiymət üçün əlbəttə, zamana ehtiyac olacaq. Çünki rəsmi İrəvanın bir şey deyib, əməldə başqa şey elədiyinin, yaxud öz vədini dandığını və ya götürdüyü öhdəliyi təftiş elədiyinin dəfələrlə şahidi olmuşuq.

Ancaq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin görüş sonrası bəyanatından belə bir ön qənaət hasil olur ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin qurulması prosesi böyük ölçüdə rəsmi Bakının irəli sürdüyü gündəm, daha dəqiqi, 5 məlum baza prinsipi əsasında irəli aparılacaq - qarşılıqlı etimad mühitinin yaradılmasına yönəlik, humanitar xarakterli müəyyən korrektələrlə. Hansı korrektələrlə? Bunu da yəqin ki, yaxın zamanda görəcəyik.

Əsas olan Ermənistan rəhbərliyinin sülh prosesinə nə dərəcədə hazır olub töhfə verməsi və bundan ötrü yetərli siyasi iradə nümayiş etdirməsidir. Məsələn, aprelin axırınadək iki ölkə arasında sülh müqaviləsinə hazırlıq, sərhəd mübahisələrinin çözülməsi, habelə digər məsələlərlə bağlı birgə işçi komissiyaları yaradılmalıdır. Bundan ötrü Paşinyan hökuməti, nəhayət, sülh istəyən erməni xalqından aldığı mandata söykənərək qərarını verməli, qaragüruhu qulaqardı eləməlidir.

*****

Yeri gəlmişkən, İrəvanda rusiyayönlü müxalifətin 5 apreldə təşkil elədiyi anti-Brüssel mitinqi göstərdi ki, Moskvaya bağlı radikal, revanşist və pozucu qüvvələrin cəmiyyətdən dəstəyi zəif olaraq qalır. Mitinqə cəmi 10-12 min adamın (ölkə əhalisinin 2%-dən də azı!) qatılması bunu əyani təsdiq edir.

Başqa yandan, Şarl Mişelin də vurğuladığı kimi, İrəvan və Bakı arasında sülh prosesi özündə 10 noyabr 2020-si il bəyannaməsi, tərəflər arasında Moskvanın vasitəçiliyi ilə imzalanmış digər sənədlərdəki öhdəliklərə sadiqliyi və onların reallaşması vacibliyini ehtiva edir. Eyni zamanda imkanlı təşkilat olaraq Avropa Birliyi həm də tərəflərin ortaq layihələrinə maliyyə dəstəyi vəd edir. Hansı ki, Moskva bu potensialda deyil. Qısası, rəsmi Brüssel əslində həm də Rusiyanın işini görür.

Ən başlıcası, bəllidir ki, bölgədə yeni müharibənin alovlanması Avropa qədər Rusiyanın da marağında deyil. Yeni müharibəni önləmək üçün isə ən əvvəl Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması tezləşməli (bu məqsədlə Azərbaycan və Ermənistan XİN rəhbərlərinə xüsusi tapşırıq verilməsi nəzərdə tutulur), həmçinin sülh prosesi fonunda bölgədə nəqliyyat və kommunikasiyaların açılması təmin edilməli, beləcə, regionda sabitlik və əməkdaşlıq geridönməz xarakter almalıdır. Yalnız o halda müharibə riski gündəmdən tam çıxmış hesab olunacaq.

*****

Bu xüsusda rəsmi Moskvanın Brüssel zirvəsindən narazı qalması və qıcıqlanması üçün əsası yoxdur. Qalır İrəvanın sülh anlaşması yönündə yenə də “nala-mıxa” vurub-vurmayacağı. Lakin Ermənistanın hələ ki şəriksiz yiyəsi olan Rusiya da əgər AB kimi eyni prinsipiallığı göstərsə, o halda kapitulyant ölkənin yenə vaxt uzatmağa heç bir şansı qalmayacaq və Ermənistanı “sülhə məcburetmə əməliyyatı - 2" real məzmun qazanmış olacaq.

Yox, İrəvan faktiki sonuncu şansı da xərcləsə və növbəti dəfə prosesi pozsa, bundan sonra baş verənlər onun əleyhinə işləyəcək və Azərbaycanın qarşısını heç kim ala bilməyəcək. Çünki Bakıya kimsənin irad tutmaq haqqı olmayacaq. Zatən, bu haqq indi də yoxdur. Sadəcə, Azərbaycan həmişəki kimi, səbirlə, addım-addım, yavaş-yavaş, maksimum hərbi gücə əl atmadan öz hədəflərinə çatmaq taktikası yürüdür.

Bu taktika özünü doğrultmaqdadır. Onlardan növbəti birinə də artıq çatmış sayıla bilərik. Söhbət ondan gedir ki, Brüsseldəki yekun anlaşma sənədində nə Azərbaycan Prezidentinin ləğv etdiyi “Dağlıq Qarabağ” adlı ərazi-inzibati vahidindən, nə də İkinci Qarabağ müharibəsindən sonra siyasi-hüquqi statusunu itirmiş üzdəniraq ATƏT-in Minsk Qrupundan bəhs edilir. Hansı təsisatdan ki, İrəvan israrla “status” məsələsini gündəmə daşımaq üçün istifadə eləməyə çalışırdı. Artıq Brüsseldə də əmin oldular ki, bu qurum daha heç nəyə yaramır və buraxıla bilər.

Bu, hər şeydən öncə o anlama gəlir ki, Ermənistan da daxil, hamı Qarabağda qalmış ermənilərin “təhlükəsizlik məsələsi”nin sırf Azərbaycanın daxili işi olması ilə barışır və heç bir “öz müqəddəratı təyinetmə” iddiası qəbul olunmayacaq. Yəni Ermənistan, erməni xalqı səmimi şəkildə sülh, barışıq, inkişaf istəyirsə, ərazi iddiasından birdəfəlik imtina eləməlidir.

*****

Srağagünkü Brüssel sammitinin yekun sənədlərində ölkəmiz üçün vacib olan daha bir məqam əksini tapıb. Belə ki, Avropa Birliyi 1-ci Qarabağ müharibəsi zamanı itkin düşən azərbaycanlıların taleyinin aydınlaşdırılması, minalardan təmizlənmə və işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin aparılması kimi məsələlərdə Azərbaycana dəstək ifadə edib. Bu, yalnızca humanitar yardım anlamına gəlmir, həm də İrəvana yeni diplomatik təzyiq deməkdir. AB-nin Azərbaycana ərazilərin yenidənqurma və bərpa işlərində yardım etməyə hazır olması isə bu əraziləri təzədən işğal etmək xəyalları ilə yaşayan erməni revanşistlərə və separatçı-quldurlara çox aydın bir mesaj, daha dəqiqi, tərs şillədir. Yəni ki, qatar artıq gedib.../“Yeni Müsavat”/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ etimad mühitinin yaradılmasına əhəmiyyətli töhfə verə bilər - Prezident

    ABŞ etimad mühitinin yaradılmasına əhəmiyyətli ...

    3-07-2021, 16:15

  • 
  • Azərbaycanla Avropa İttifaqı növbəti danışıqlara başlayır

    Azərbaycanla Avropa İttifaqı növbəti danışıqlara ...

    31-08-2017, 11:36

  • 
  • Makronun təşəbbüsü və Minsk qrupunun gündəlikdən çıxarılması... - Fransanın yeni diplomatik həmləsi nədən xəbər verir?..

    Makronun təşəbbüsü və Minsk qrupunun gündəlikdən ...

    7-02-2022, 13:27

  • 
  • Separatçıların tərk-silahı üçün konkret YOL XƏRİTƏSİ... - TƏFƏRRÜAT

    Separatçıların tərk-silahı üçün konkret YOL ...

    9-02-2022, 09:42

  • 
  • Aİ Azərbaycanla Ermənistana humanitar məsələlərin həllində kömək edəcək

    Aİ Azərbaycanla Ermənistana humanitar məsələlərin ...

    7-04-2022, 09:30


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu