GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Makronun təşəbbüsü və Minsk qrupunun gündəlikdən çıxarılması... - Fransanın yeni diplomatik həmləsi nədən xəbər verir?..

Makronun təşəbbüsü və Minsk qrupunun gündəlikdən çıxarılması... - Fransanın yeni diplomatik həmləsi nədən xəbər verir?..

Tarix: 7-02-2022, 13:27 Bölmə :Siyasət Baxış: 241

Daimi olaraq ermənipərəst mövqedən çıxış edən Makron və Avropa İttifaqı niyə indi nisbətən obyektiv mövqedən çıxış edir?..

Politoloq: “Makron bu addımı ilə həm ölkəsinin Avropa İttifaqında lider ölkə olduğunu, həm də hazırda sədrlik etdiyi qurumun aktivliyini göstərməyə çalışır”.

“Rəsmi Paris son zamanlar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair də konstruktiv addımlar atır”.

Bu sözləri politoloq Turan Rzayev Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə keçirilən görüşün nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Fevralın 4-də Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirildi.

Aparılan müzakirələrə və əldə olunan nəticələrə görə deyə bilərik ki, Makron və Şarl Mişel Azərbaycanla Ermənistan arasında gərginliyin aradan qalxması və normal münasibətlərin qurulması üçün Rusiyaya nisbətən daha obyektiv mövqedən çıxış edirlər.

Ümumilikdə bu görüşü necə dəyərləndirmək olar? Xüsusən Minsk qrupunun görüşdə müzakirə olunmaması nədən xəbər verir? Daimi olaraq ermənipərəst mövqedən çıxış edən Makronun və Avropa İttifaqının nisbətən obyektiv mövqedən çıxış etmələrini nəylə əlaqələndirmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparılması Makronun seçki öncəsi imicinə müsbət təsir edəcək”.

Rəsmi Parisin indiki mərhələdə məqsədi ATƏT-in Minsk Qrupunun aktivliyini artırmaqdan ibarət olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, Fransa bu tədbirə həmsədr ölkədən daha çox Avropa İttifaqına sədrliyi qəbul etmiş ölkə kimi iştirak edirdi:

“Görüş zamanı əvvəlcə Prezident Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə 2021-ci il dekabrın 14-də Brüsseldə keçirilmiş birgə görüşün əhəmiyyəti vurğulandı.

Sonra Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr keçirildi. Bu xüsusda tədbirin əvvəlcədən müəyyən edilmiş gündəliyinə uyğun olaraq, iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparıldı.

Hesab edirəm bu görüşün təşəbbüskarı məhz Fransa Respublikasının Prezidenti Emmanuel Makrondur. Makronun belə bir görüş keçirməkdə iki marağı var:

Birincisi, belə bir görüşün keçirilməsi hər şeydən öncə Makrona aprel ayında baş tutacaq Fransa prezident seçkiləri üçün vacibdir. Makron yenidən namizədliyini irəli sürəcəksə qələbə qazanmaq üçün xarici siyasətdə fəallığını artırmalıdır.

Fransa hazırda onsuz da bir çox məsələyə dair xarici siyasətdə aktivləşib. Misal üçün Afrikada Ukrayna ətrafında baş verən son hadisələrdə bu daha çox hiss olunur. Rəsmi Paris son zamanlar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair də konstruktiv addımlar atır. Xüsusilə son görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparılması Makronun seçki öncəsi imicinə müsbət təsir edəcək.

Turan Rzayev: “Bu görüşdən sonra Fransanın və Avropa İttifaqının yaydıqları açıqlamalarda Dağlıq Qarabağ münaqişəsi, hətta Qarabağ kimi ifadə də yer almayıb. Bu bir daha Qarabağ mövzusunun tamamilə gündəlikdən çıxmasının növbəti nümunəsidir”.

İkincisi, məlum olduğu kimi bu il Avropa İttifaqına sədrlik Fransaya keçib. Rəsmi Paris Böyük Britaniyanın "Brexit" qərarından və Almaniyanın keçmiş kansleri Angela Merkelin vəzifədən getməsi sonrası Avropa İttifaqında lider funksiyasını yerinə yetirmək istəyir. Təsadüfi deyil ki, fevralın 4-də keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə yanaşı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də iştirak etdi. Makron bu addımı ilə həm ölkəsinin Avropa İttifaqında lider ölkə olduğunu, həm də hazırda sədrlik etdiyi qurumun aktivliyini göstərməyə çalışır.

Aydın məsələdir ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir. Bu mənada Fransanın prosesə qayıtması həm də Minsk Qrupu formatının yenidən dirilməsi ilə nəticələnə biləcəyi ehtimallarını yaradır. Lakin düşünmürəm ki, rəsmi Parisin indiki mərhələdə məqsədi ATƏT-in Minsk Qrupunun aktivliyini artırmaqdadır. Fransa bu tədbirə həmsədr ölkədən çox Avropa İttifaqına sədrliyi qəbul etmiş ölkə kimi iştirak edirdi. Məsələ ondadır ki, Şarl Mişel və Emmanuel Makronun birgə görüşü sonrası açıqladığı bəyanatda Minsk Qrupuna istinad edilməyib. Ümumiyyətlə bundan öncəki Moskva, Soçi və Brüsseldə keçirilmiş görüşlərin mahiyyətinə uyğun olaraq Minsk Qrupunun fəaliyyəti müzakirələrdə yer almayıb.

Sonda isə onu deyə bilərəm ki, bu görüşdən sonra Fransanın və Avropa İttifaqının yaydıqları açıqlamalarda Dağlıq Qarabağ münaqişəsi, hətta Qarabağ kimi ifadə də yer almayıb. Bu bir daha Qarabağ mövzusunun tamamilə gündəlikdən çıxmasının növbəti nümunəsidir”.




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Trampın güvəndiyi dağlara qar yağdı — Makronun tənqidi

    Trampın güvəndiyi dağlara qar yağdı — Makronun ...

    26-04-2018, 12:34

  • 
  • Türk siyasətçi Makronun komandasında

    Türk siyasətçi Makronun komandasında ...

    10-05-2017, 23:57

  • 
  • Türkiyə və Fransa Qarabağ münaqişəsi ilə bağlı bir-birlərinə qəzəbli mesajlar verir

    Türkiyə və Fransa Qarabağ münaqişəsi ilə bağlı ...

    1-10-2020, 15:25

  • 
  • Prezident İlham Əliyevin Fransaya səfəri başa çatıb

    Prezident İlham Əliyevin Fransaya səfəri başa ...

    20-07-2018, 22:08

  • 
  • Ərdoğan: "Makronun sözləri ədəbsizlikdir"

    Ərdoğan: "Makronun sözləri ...

    6-10-2020, 20:32


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu