GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Qırğızıstan prezidentinin Bakı səfəri: Əliyev-Japarov müzakirələri, Türkiyə amili - TƏHLİL

Qırğızıstan prezidentinin Bakı səfəri: Əliyev-Japarov müzakirələri, Türkiyə amili - TƏHLİL

Tarix: 21-04-2022, 11:38 Bölmə :Siyasət Baxış: 245

Aprelin 20-də Bakı Qırğızıstan Prezidenti Sadır Japarovun səfərinə şahidlik etdi, cənab Japarov Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşdü və xoş atmosferdə müzakirələr aparıldı.

Japarovun səfərinin hansı hədəflərə hesablandığını təyin etmək üçün bəzi məqamlara diqqət yetirmək lazımdır.

Japarovun Bakıya yol alması qlobal nizamda özünə həlledici mövqe tutmağa çalışan Türk Dövlətləri Təşkilatının (TDT) güclənməsi baxımından önəmlidir, hərçənd ki, Qırğızıstanın türk dövlətləri içərisindəki potensialı digərlərinə nisbətdə zəifdir.

Ona görə də, zəif nöqtələrin tapılıb boşluqları doldurmaq üçün ikitərəfli münasibətlərə mənaca xeyirli məzmun yükləmək zərurəti yaranır.

Azərbaycan Cənubi Qafqazdakı postmünaqişə reallıqlarında atdığı addımları strateji müttəfiqi Türkiyənin ayaq səsləri ilə uzlaşdırır, eynilə də Ankara analoji mövqedən çıxış edir.

Bu, həm Şuşa Bəyannaməsinin maddələrinin tələblərindən, həm də onun da fövqündə dayanan, lakin açıqlanmayan bəzi məsələlərin tələblərindən irəli gəlir.

Buna görə də Bakı-Bişkek münasibətlərinin mövcud dünya nizamdakı əlaqələrini Türkiyə-Qırğızıstan amili kontekstində dəyərləndirmək lazımdır.

Türkiyə ilə Qırğızıstan bir neçə il öncə bir-birindən soyuyan siyasətə imza atmışdı, hərçənd ki, bu, iki ölkənin strateji tərəfdaşlıq səviyyəsindəki əlaqələrinə zərbə vurmadı.

Türkiyə regional güc olduğundan Qırğızıstanın təhlükəsizliyinə sərmayə yatırır və bu ölkədə sabitliyin, inkişafın qorunmasında maraqlıdır. Əlaqələrin çərçivəsi siyasi və institusional transformasiya prosesini sürətləndirir, lakin Qırğızıstan Mərkəzi Asiya bölgəsinin “barıt çəlləyi” halına gəlməsindən doğan risklərlə də üz-üzədir.

Hələ gələcək riskləri demirik, mövcud iki münaqişəni xatırladırıq:

1. Qırğızıstan və Tacikistan arasında sərhəd münaqişəsi mövcuddur,

2. Qırğızıstanla Özbəkistan arasında su hövzələri uğrunda mübahisələri var.

Bunlar hər iki ölkəni Rusiyanın orbitinə sıxışdırmağa məcbur etsə də, Ankara regionda öz geosiyasi maraqlarını gücləndirmək əzmini göstərir. Ancaq dediyimiz kimi, Qırğızıstanın yerləşdiyi coğrafiya, Rusiya amili, regionda geosiyasi oyunçuların mövcudluğu Bişkekin Ankaraya münasibətdə xarici siyasət vektorunu tezliklə dəyişdirməyəcək.

Ümumilikdə Mərkəzi Asiyada strateji maraqları olan Türkiyə maksimum dərəcədə perspektiv risklərə qarşı sədd çəkməyə çalışır və Azərbaycanın da prosesdəki siyasi rolunu iqtisadi əsaslarla regiona gətirir (İlham Əliyevlə Sadır Japarovun müzakirələrində iqtisadi məsələlər ön planda olub).

Türkiyənin Qırğızıstandakı iqtisadi enerjisi də artan xətt üzrə gedir, Qırğızıstan Ankara üçün orta dəhliz imkanlarına malik ölkə kimi də əhəmiyyətlidir.

Azərbaycanla Türkiyə bundan sonra Qırğızıstanda qarşılıqlı müştərək iqtisadi maraqlar müəyyən edəcək və iqtisadi-siyasi əsaslarla da TDT-dəki mövqelərini möhkəmləndirəcək.

İlham Əliyev Sadır Japarovla mətbuata bəyanatında deyib ki, həmkarı ilə nəqliyyat infrastrukturu ilə və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səyləri necə birləşdirməklə bağlı məsələlər ətraflı müzakirə olunub.

Digər mühüm məqam Azərbaycanla Qırğızıstanın Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalamasıdır, bu, münasibətləri keyfiyyətcə yeni mərhələyə çıxaracaq və qarşılıqlı investisiyaların həcmini artıracaq. 

Bu sənəd siyasi mövzuları da əhatə edir və gələcəkdə qarşılıqlı dəstək mexanizmlərini formalaşdırır.

İlham Əliyevin “Biz bundan sonra da bütün məsələlərdə bir-birimizi dəstəkləyəcək, əməkdaşlıq edəcək və müvafiq strukturlarımızın fəaliyyətində konkret nəticələrə nail olacağıq” deməsi də bu arqumenti gücləndirir.

Nəticədə, TDT ikitərəfli və çoxtərəfli münasibətlər zəminində daha da möhkəmlənəcək, amma Rusiya da Qırğızıstanı öz qabığından çıxarmamağa çalışacaq./oxu.az/




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qırğızıstanın yeni Baş naziri Prezidentin səlahiyyətlərinə icra edəcəyini açıqladı

    Qırğızıstanın yeni Baş naziri Prezidentin ...

    15-10-2020, 21:28

  • 
  • Qırğızıstan prezidentinin keçmiş müşaviri Rusiyadan ekstradisiya olundu

    Qırğızıstan prezidentinin keçmiş müşaviri ...

    20-10-2018, 12:30

  • 
  • Azərbaycan və Qırğızıstan prezidentlərinin təkbətək görüşü oldu (YENİLƏNİB)

    Azərbaycan və Qırğızıstan prezidentlərinin ...

    20-04-2022, 11:37

  • 
  • Qırğızıstanda seçkilərin tarixi açıqlandı

    Qırğızıstanda seçkilərin tarixi açıqlandı ...

    16-10-2020, 11:19

  • 
  • Bu ölkə Azərbaycana yeni səfir təyin etdi

    Bu ölkə Azərbaycana yeni səfir təyin etdi ...

    2-01-2015, 22:49


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu