Qırğızıstanın Baş naziri Sadır Japarov Bişkekin Köhnə meydanında toplaşan aksiya iştirakçılarına müraciət edərək ölkə Prezidentinin səlahiyyətlərini təhvil aldığını elan edib.
Bu barədə “İzvestiya” nəşri yerli mənbələrə istinadən məlumat yayıb.
“Hörmətli mitinq iştirakçıları, sizi qələbəniz münasibəti ilə təbrik edirəm. Keçmiş prezident istefa verid, parlamentin spikeri Kanat İsaev isə onun vəzifələrini yerinə yetirmək istəmədi. İndi Prezidentin və Baş nazirin səlahiyyətlərini mən icra edirəm. Mənə etibar etdiyinizə görə sizə təşəkkür edirəm”, - S.Japarov meydanda yığışanların qarşısında çıxış edərkən söyləyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?