GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Mərkəzi Asiya təzyiq altındadır

Mərkəzi Asiya təzyiq altındadır

Tarix: 25-04-2022, 14:18 Bölmə :Siyasət Baxış: 329

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çin və Hindistan səfərlərində istədiyi nəticəni əldə etmədikdən sonra (Moskva hesab edir ki, Pekin və Dehli Rusiyanın mövqelərini bölüşməlidir, halbuki Çin və Hindistan Ukraynada işğalçı müharibədən məsafə saxlamağa çalışırlar) həmkarlarını Moskvaya çağırmağa başlayıb. Qazaxıstanın xarici işlər naziri Muxtar Tluberdi bir neçə gün əvvəl Moskvada rusiyalı həmkarı Lavrovla görüşüb.

Qazaxıstan da Çin və Hindistan kimi Rusiyanın Ukraynada apardığı işğalçı müharibəni dəstəkləmir, hətta qazaxıstanlı rəsmilər Qərbin sanksiyaları ilə hesablaşdıqlarına dair fikirlər səsləndiriblər. Bu Moskvanı narahat etməyə bilməz. Çünki Kreml hesab edir ki, Qazaxıstan Rusiyanın müttəfiqidirsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, o cümlədən Avrasiya İqtisadi Birliyinin üzvü kimi Moskvanın planlarını dəstəkləməlidir. Digər tərəfdən Kremldə hesab edirlər ki, Qazaxıstanın Rusiyaya borcu var. Qazaxıstanda yanvarın əvvəllərində qiymət artımına qarşı etirazlar qeydə alınmışdı. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkəsində vəziyyəti sabitləşdirmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından dəstək istəmişdi. Rusiya və təşkilatın digər üzvləri hərbçilərini Qazaxıstana göndərdilər. Həmin qüvvələrin vəziyyətin sabitləşdirilməsində xüsusi rolu olmasa da, Kreml Astanaya dəstəyin həlledici olduğunu düşünür. Buna görə Kreml hesab edir ki, Rusiyanın Ukraynada apardığı işğalçı müharibədə Qazaxıstan ona dəstək verməlidir. Halbuki, Astanada fərqli düşünürlər.

Buna baxmayaraq, iki ölkənin xarici işlər nazirlərinin Moskva görüşündə strateji tərəfdaşlığın güclənidirlməsi barədə fikir mübadiləsi aparıblar. Nazirlər qeyd ediblər ki, Qərbin Rusiyaya qarşı sanksiyaları Qazaxıstanla tərəfdaşlığa mane olmamalıdır. Bu Moskvanın Astanaya mesajıdır ki, Astana Qərbin sanksiyalarına baxmayaraq, Rusiya ilə strateji tərəfdaşlıqdan uzaqlaşmamalıdır. Nursultan bunun əvəzində Rusiya ilə Qərb arasında vasitəçi ola biləcəyini təklif edib. Kremlin isə belə vasitəçiyə ehtiyacı yoxdur.

Kasım-Jomart Tokayev iyun ayında Rusiyaya səfər etməlidir. O Sankt-Peterburqda ənənəvi beynəlxalq iqtisadi forumda iştirak edəcək. Halbuki, forumu artıq beynəlxalq adlandırmaq çətindir. Qərbin Rusiyaya qarşı sərt sanksiyaları fonunda Qərbin iri şirkətlərinin iqtisadi forumda iştirakı gözlənilmir. Bütün hallarda Kreml Qazaxıstan yanında saxlamağa çalışır.

Nursultan Moskvanın istəyi ilə ABŞ və Avropa ilə münasibətlərini azaltmayacaq. Qazaxıstan Prezident Administrasiyasının rəhbəri müavini Timur Süleymanov aprelin 1-də verdiyi müsahibədə bunları demişdi: “Biz Qərbin sanksiyalarını nəzərə alacağıq. Qazaxıstan Rusiya və Belarusla eyni iqtisadi məkanda olsa da, beynəlxalq birliyin tərkib hissəsidir. Biz ABŞ və Avropa İttifaqının Qazaxıstana qarşı sanksiyalar tətbiqini istəmirik”. Şübhəsiz bu yalnız Timur Süleymanovun fikri deyil. O Qazaxıstan hakimiyyətin ümumi fikrini ifadə edib. Təsadüfi deyil ki, xarici işlər naziri Muxtar Tluberdi də açıqlamalarının birində ölkəsinin Luqansk və Donetsk separatçılarını tanımayacağını vurğulamışdı.

Qazaxıstan Çin və Hindistanla eyni mövqedən çıxış edir. Pekin və Dehli beynəlxalq təşkilatlarda Rusiyanın əleyhinə səs verməsələr də, Qərbin sanksiyaları fonunda Rusiya ilə iqtisadi münasibətlərdə ehtiyatlı mövqe tutmağa başlayıblar, Moskva ilə yeni müqavilələr imzalamırlar.

ABŞ Rusiyanın Mərkəzi Asiyada fəallığına seyrçi qalmayıb. ABŞ dövlət katibinin köməkçisi Qzra Zeya aprelin ortalarında Qırzızırtana və Qazaxıstana səfər edib. O Qazaxıstanda olarkən iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi mövzularını müzakirə edib. Amerikalı diplomat Qazaxıstanda həyata keçirilən islahatlarla tanış olub. Bundan başqa amerikalı diplomat Rusiyaya qarşı tətbiq edilən sanksiyalar barədə Qazaxıstan hakimiyyətini məlumatlandırıb. Vaşinqton bununla Qazaxıstan hakimiyyətini anlatmaq istəyib ki, Nursultan bu sanksiyaları nəzərə almasa Qazaxıstan iqtisadiyyatı və şirkətləri üçün ciddi problemlər yaranacaq.

Vaşinqton Mərkəzi Asiyada mövqelərinin gücləndirilməsi baxımından Qazaxıstanla əlaqələrə və dialoqa üstünlük verir. Vaşinqton prezident Kasım-Jomart Tokayev hakimiyyətini legitim hesab edir. Halbuki, Qazaxıstan yanvarın əvvəllərində baş verən hadisələrdə Vaşinqton bir qədər seyrçi mövqedən çıxış edirdi. Ancaq Vaşinqtonda anladılar ki, Kasım-Jomart Tokayevin legitimliyini tanımasalar Qazaxıstan Rusiyadan asılı vəziyyətə düşəcək.

Qazaxıstan Rusiyanın strateji tərəfdaşı sayılsa da, Kremlin istəyi ilə Vaşinqtonla sıx əməkdaşlıqdan imtina etməyəcək. Qazaxıstan xarici işlər nazirinin müavini Akan Rəhmətullin amerikalı diplomatla görüşdə bildirib ki, Qazaxıstanın Rusiya ilə minlərlə kilometr sərhədi olsa da, sanksiyaları nəzərə almaya bilməz. Rusiyada olduğu kimi Qazaxıstanda da məhsulların qiymətləri qalxıb. Qazaxıstanlı diplomat bildirib ki, amerikalı diplomatla görüşdə sanksiyalarla bağlı bütün suallara cavab aldıqlarını bildirib: “ABŞ anlayır ki, Qazaxıstan sanksiyalarla hesablaşır və iqtisadiyyatımız zərər görməməlidir. Bu istiqamətdə Vaşinqtonla gələcəkdə də əməkdaşlığı davam etdirəcəyik”.

Beləliklə, Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə Qazaxıstan üçün də çətinliklər yaradıb. Qazaxıstan hakimiyyəti balanslaşdırılmış xarici siyasət aparmağa çalışsa da, hər tərəfdən təzyiq altındadır. ABŞ-da və Avropada hesab edirlər ki, Kreml Rusiyaya qarşı sanksiyaların təsirini azaltmaq üçün Mərkəzi Asiya ölkələrinin, o cümlədən Qazaxıstanın imkanlarından istifadə edəcək, bank əməliyyatlarını bu ölkələr vasitəsilə həyata keçirməyə çalışacaq. ABŞ və Avropa İttifaqı bu barədə Mərkəzi Asiya hakimiyyətlərini xəbərdar ediblər. Eyni xəbərdarlıq Qırğızıstana da edilib. Bu ölkənin prezident Sadır Japarov da qazaxıstanlı həmkarı kimi Rusiyanın işğalçı müharibəsindən məsafə saxlayır. Qırğızıstan aprelin 11-də Ukrayanaya humanitar yardım da göndərib. Qırğızıstan Avropa İttifaqı ilə əməkdaşlığın genişlənidirilməsi məqsədilə saziş imzalamağa hazırlaşır. Bu səbəbdən Qırğızıstan da Qazaxıstan kimi Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını nəzərə almaq məcburiyyətindədir./“Atlas” Araşdırmalar Mərkəzi/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Lavrovla Kerri görüşür - Mövzu: Dağlıq Qarabağ

    Lavrovla Kerri görüşür - Mövzu: Dağlıq Qarabağ ...

    15-07-2016, 13:30

  • 
  • Lavrov Nalbandyanla Qarabağı müzakirə edib - YEREVANDA QAPALI GÖRÜŞ

    Lavrov Nalbandyanla Qarabağı müzakirə edib - ...

    21-11-2017, 11:57

  • 
  • Lavrov Bakıya və Yerevana səfəri barədə

    Lavrov Bakıya və Yerevana səfəri barədə ...

    14-11-2017, 17:39

  • 
  • “Lavrovun Azərbaycana səfərləri heç zaman xeyrimizə olmayıb” - NƏ ETMƏLİ?

    “Lavrovun Azərbaycana səfərləri heç zaman ...

    1-05-2021, 14:45

  • 
  • Rusiyanın yeni PLANI: Dağlıq Qarabağa qoşun yeritməklə Gürcüstana TƏZYİQ

    Rusiyanın yeni PLANI: Dağlıq Qarabağa qoşun ...

    27-04-2016, 13:23


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu