“Ötən ilin iyununda Prezident Rəcəb Tayyib Ərdoğanla imzaladığımız Şuşa Bəyannaməsi imzalanması bizim qardaşlığımızın və əməkdaşlığımızın bariz nümunəsidir”.
GundemXeber.Az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
Azərbaycanın Türkiyə ilə bütün sahələrdə, o cümlədən hərbi və müdafiə sənayesi sahəsində müttəfiq olduqlarını vurğulayan dövlətimizin başçısı qeyd edib:
“Şuşa Bəyannaməsi biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?