GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İrəvanın gizli müharibə hazırlığı – Bakının cavabı gecikmədi

İrəvanın gizli müharibə hazırlığı – Bakının cavabı gecikmədi

Tarix: 11-05-2022, 11:11 Bölmə :Siyasət Baxış: 255

Sülh anlaşmasını uzatmaqla Ermənistan özünə daha dərin quyu qazmaqdadır; bir qrup tanınmış erməni Paşinyana səsləndi: “Azərbaycana qarşı ərazi iddiasından əl çək, vədinə əməl et!..”

Ermənistan rəhbərliyinin sülh oyununun konturları getdikcə daha qabarıq görünməkdədir. Baş nazir Nikol Paşinyan üçün götürdüyü yazılı öhdəliklərdən yayınmaq, deyəsən, ənənə halı almaqdadır. Onun kapitulyasiya aktından az sonra elan elədiyi “sülh erası” isə görünür, vaxtı uzatmağa hesablanmış siyasi-diplomatik fənddir. Hansı ki, belə görünür, rəsmi Moskvanın da işinə yarayır. Rusiyaya bağlı radikal-revanşist qüvvələrin İrəvanda səngiməyən antisülh aksiyaları və isterikası həm də bundan xəbər verir.

Elə olmasaydı, Nikol Paşinyan 14 dekabr 2021 və 6 aprel 2022-ci il tarixli üçtərəfli Brüssel görüşlərində verdiyi vədləri vaxtında yerinə yetirərdi. Onlardan biri də aprel ayının sonunadək Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və sülh müqaviləsi ilə bağlı ortaq işçi komissiyaların hazırlanması ilə bağlı idi. Ancaq Azərbaycan tərəfdən komissiyanın milli tərkibi hazır olsa da, İrəvan hələ də qəti qərara gələ bilmir.

Hikmət Hacıyev Armen Qriqoryanla görüşdü -

Mayın 2-də Brüsseldə Ermənistanın təhlükəsizlik katibi Armen Qriqoryanla Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında baş tutan və prosesi irəli aparmaq, bundan dolayı liderlərin daha bir görüşünü hazırlamaq  niyyəti güdən danışıqlardan isə məlum oldu ki, Hacıyev-Qriqoryan görüşü məhz İrəvanın qeyri-konstruktivliyi üzündən nəticəsiz bitib. Bəlli oldu ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi üçün Bakının 5 məlum şərtini formal olaraq qəbul edib, gerçəkdə isə həmin 5 şərtə özünün 6-cı - “artsax” şərtini əlavə eləməyə çalışır. Başqa sözlə, Qarabağ ermənilərinin “hüquqlarının və təhlükəsizliyinin tam təmin olunmasına” Bakıdan zəmanət istəyir və yalnız bundan sonra sülh müqaviləsinin imzalanmasını mümkün hesab edir.

*****

 

Yəni Azərbaycanın daxili işi ilə bağlı məsələni bəhanə edib bizə şərt qoymağa davam edirlər. Bir qədər fərqli terminlər altında ölkəmizə qarşı rəsmi səviyyədə ərazi iddiasını gizlətmirlər. Eyni hiyləgər yanaşma Paşinyanın 9 mayla bağlı erməni xalqına ünvanlandığı müraciətdə də yer alır.

Müraciətdə deyilir: “Məhz atalarımızın və babalarımızın ruhu 1990-cı illərin əvvəllərində könüllülərin əzmi ilə birləşərək ”artsax"ın yaşamaq uğrunda mübarizəsinin, birinci “artsax” müharibəsində qələbənin və Şuşinin (Şuşanın - red.) azad edilməsinin qarantı oldu. Lakin 44 günlük fəlakətli müharibədən sonra dərin kədər hissi ilə qeyd edirik ki, birinci “artsax” müharibəsindəki uğuru nəinki diplomatik, siyasi, iqtisadi qələbəyə çevirə bilmədik, həm də bu qələbənin bir çox nəticələrini itirdik".

Nikol Paşinyan Naxçıvanla Azərbaycanı birləşdirəcək yoldan danışıb - BBC  News Azərbaycanca

Erməni baş nazir müraciətində həmçinin bildirir: “Vətən uğrunda mübarizədə tökülən qanlara cavab yalnız Ermənistan dövlətçiliyinin möhkəmləndirilməsi, ”artsax" ermənilərinin hüquqlarının tam şəkildə həyata keçirilməsi və regionda dinc yanaşı yaşamaq ola bilər. Ermənistan və “artsax”ın təhlükəsizliyinin yeganə etibarlı təminatı budur. Hazırkı rəhbərlik ölkəni bu yolla aparır və bu yolda yaranan çətinliklərə tab gətirməyə hazırdır".

Diqqət edildi yəqin, N.Paşinyan da Şuşanın işğalını radikal müxalifət kimi “azad edilmə əməliyyatı” adlandırır, Azərbaycanın suveren ərazilərinin işğalını “qələbə” adlandırır, “artsax ermənilərinin öz müqəddəratını təyinetmə” haqqından dəm vurur, Şuşaya “Şuşi” deyir və sülh haqqında şablon və ikibaşlı ifadələrlə maskalanaraq, ölkəni eyni kursla aparacağını söyləyir. Yəni gerçək hədəf heç də sülh yox, müharibə hazırlığıdır. 

Kəsəsi, Ermənistanın hazırkı böhranlı vəziyyətə məhz İrəvanın işğalçılıq siyasətinin gətirdiyini radikal-revanşist çevrələr kimi Paşinyan da faktiki danır, görməzlikdən gəlir. Bu hələ erməni siyasətçilərinin ən praqmatikidir. Halbuki Ermənistanın da tək qurtuluşu davam edən bu fəlakətli yoldan təcili imtinaya bağlıdır.

Dünən rəsmi Bakı xarici işlər naziri Ceyhun Bayramov və nazir müavini Xələf Xələfovun dilindən ərazi iddiaları ilə bağlı İrəvana bir daha sərt ismarış göndərib. Xüsusi vurğulanıb ki, Ermənistanla sülh müqaviləsi yalnız Azərbaycanın irəli sürdüyü 5 məlum prinsip əsasında mümkündür...

*****

Ermənistanla sülh müqaviləsinin hazırlanması üzrə

Əslində kapitulyant ölkə ilyarımdır bataqlıq effekti ilə yaşayır. “Tərpəndikcə”, boş yerə hay-küy qaldırıb vaxt itirdikcə daha dərinə gedir. Nikol Paşinyan iqtidarı da Azərbaycanla sülh müqaviləsini süni surətdə uzatdıqca ən böyük pisliyi öz ölkəsinə və xalqına edir - 2 ildir Bakı və Ankaranın Ermənistana uzatdığı barışıq əlini sıxmaq, atılan “xilas kəmərini” götürmək əvəzinə

Şübhəsiz ki, qonşularla sülh içində yaşamaqdan imtina eləməklə kapitulyant ölkə özünə daha ağır aqibət, daha dərin quyu qazıyır. Təsadüfi deyil ki, Paşinyanı devirməyə çalışan hay-küyçü, radikal-revanşist müxalifətin hakimiyyəti ələ keçirəcəyi təqdirdə hər hansı realist proqramı yoxdur. Ola da bilməz. Yalnız boş və populist vədlər, avantürist şüarlar. Köhnə xunta rejimindən erməni toplumuna yaxşı tanış olan müxalif liderlər də guya müharibə istəmədiklərini bəyan edirlər, ancaq Azərbaycan və Türkiyə ilə barışığa, ədalətli sülhə imkan verməməyin adı nədir, görəsən?

Bu xüsusda Ermənistanda hakimiyyət dəyişikliyi sülhün ziyanına, müharibənin xeyrinə, demək ki, erməni xalqının zərərinə olan boş vaxt itkisindən savayı bir şey ola bilməz. Bunu hesablamaq üçün dərin analitik təfəkkürə ehtiyac yoxdur. 

Maraqlıdır ki, bu arada bir sıra məşhur erməni jurnalistlərin, iqtisadçı alimlər və ekspertlərin də daxil olduğu 70 nəfər Nikol Paşinyandan Azərbaycana qarşı ərazi iddialarını unutmağı tələb ediblər. Onlar bu tələbi Paşinyana ünvanladıqları açıq məktubda bildiriblər (Axar.az).

“Hesab edirik ki, Ermənistanda müharibə partiyalarının zamanı geridə qalıb. Qarabağ məsələsinə aid spekulyasiyalarda özünə haqq qazandırmaq istəyən çevrilişçilərin istifadə müddəti bitib. Onlar vətəndaş müharibəsini qızışdıraraq hakimiyyəti ələ keçirmək cəhdindən başqa heç nə istəmirlər. Tamamilə aydındır ki, qondarma ”millətin xilasediciləri"ndən heç biri nə Azərbaycanla, nə də Türkiyə ilə müharibə etmək niyyətindədir. Bu, günlərdə “erməni intiqamı”nın yeganə hədəfi daxili “türkdür”. Biz və bizim kimi düşünən minlərlə vətəndaşın adından Ermənistan Respublikasının legitim hakimiyyətindən öz vədini yerinə yetirməyi və Qarabağ münaqişəsini sülhlə həll etməyi tələb edirik. Heç bir “amma” olmadan sülh istəyirik!" - deyə müraciətdə vurğulanır.

*****

Ümid eləmək qalır ki, belə tələblər get-gedə ciddi ictimai dəstək ala biləcək. Bunu ən əvvəl elə erməni xalqının düşdüyü acınacaqlı durum diktə edir.../musavat.com/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakının “sülhə məcburetmə əməliyyatı - 2": - İrəvanda ”müharibə partiyası" qaldıqca...

    Bakının “sülhə məcburetmə əməliyyatı - 2": - ...

    26-01-2022, 11:23

  • 
  • İlham Əliyevin şərtləri: Bakının mesajları təkcə Ermənistana deyil... - TƏHLİL

    İlham Əliyevin şərtləri: Bakının mesajları təkcə ...

    29-06-2021, 11:22

  • 
  • “Müharibə partiyası” Brüssel prosesini pozmaq üçün son cəhdlərini edir - Paşinyan devrilə bilərmi?..

    “Müharibə partiyası” Brüssel prosesini pozmaq ...

    5-05-2022, 15:41

  • 
  • Rusiya təşəbbüsü əldən vermir: Moskva görüşü də olacaq... - Belə deyirlər...

    Rusiya təşəbbüsü əldən vermir: Moskva görüşü də ...

    8-04-2022, 12:27

  • 
  • Paşinyanı Putinin hüzuruna aparan kritik səbəb, Bakının aprel gözləntisi

    Paşinyanı Putinin hüzuruna aparan kritik səbəb, ...

    6-04-2021, 10:10


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu