GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Bu şəriatdə Ermənistanın dirçəlməsi, inkişafı qeyri-mümkündür - FAKT BUDUR!

Bu şəriatdə Ermənistanın dirçəlməsi, inkişafı qeyri-mümkündür - FAKT BUDUR!

Tarix: 12-05-2022, 11:00 Bölmə :Siyasət Baxış: 242

Ermənistanın keçmiş rəhbərləri və onlara yaxın çevrələr kütləvi aksiyalar təşkil etməklə ölkədə vəziyyəti gərginləşdirmək istəyirlər. Məqsəd Baş nazir Nikol Paşinyan iqtidarını devirmək və növbəti dəfə hakimiyyəti zəbt etmək planını gerçəkləşdirməkdir. Hazırda Ermənistanda baş verən hadisələr 1998-ci ildə kütləvi itaətsizlik təşkil etməklə Robert Koçaryanın Levon Ter-Petrosyanın istefasına nail olmaq və hakimiyyəti mənimsəmək senarisi ilə eynilik təşkil edir.

Erməni xalqı 20 ildən artıq bir dövrdə Koçaryan-Sarkisyan cütlüyünün oğru, talançı və qaniçən rejiminin idarəçiliyinin acı nəticələrini indi də yaşayır. Lakin son parlament seçkiləri də göstərdi ki, hətta Azərbaycanla müharibədə ağır məğlubiyyət, çoxsaylı insan itkisinə baxmayaraq, erməni xalqı keçmiş cinayətkar və qaniçən rejimin rəhbərlərinə yenidən meydan vermək niyyətində deyil. Revanşist qüvvələrin bütün cəhdlərinə baxmayaraq, Paşinyan hakimiyyətinə təsirli təzyiq göstərmək üçün yüzminlərin küçələrə axmasına nail ola bilmədilər. Koçaryan-Sarkisyan cütlüyü çıxış yolunu Qarabağda vəziyyəti gərginləşdirməkdə görürlər. Yayılan məlumata görə, “general” Samvel Karapetyan Xankəndinin mərkəzində 4 gəncə odlu silahdan atəş açıb. Karapetyan erməni millətçilərinin 1988-ci ildən Azərbaycan ərazilərində başladığı terror siyasətinin fəallarındandır. O, hərbi əməliyyatlarda fəallığı və qəddarlığı ilə seçilib.

Hazırda 2008-ci il martın 1-də Ermənistanda 2008-ci il 19 fevralda keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz edən dinc mitinqçilərin qətlə yetirilməsi ilə bağlı aparılan cinayət işinin nəticələrinə görə, S.Karapetyan aksiya iştirakçılarının gülləbaran edilməsinə birbaşa rəhbərlik edib. Onun Koçaryanın tərəfdarı olduğu və Paşinyan hakimiyyətinə qarşı fəallığı ilə seçildiyi deyilir.

Lakin Koçaryan, Sarkisyan və Karapetyan kimilər unudurlar ki, hazırda 1990-cı ilin əvvəlləri deyil. Bu gün onların hansısa senarini gerçəkləşdirmək və yenidən hakimiyyəti mənimsəmək şansları sıfra bərabərdir. Güclü Azərbaycan ordusu ölkəmizin ərazisində ermənilərin vəziyyətin gərginləşdirilməsinə yönəlmiş istənilən cəhdinin qarşısını dərhal alacaq. Ermənistan növbəti dəfə revanşistlərin özbaşınalığının acı nəticələrini ödəmək məcburiyyətində qalacaq. GUNDEMXEBER.AZ-ın məlumatına görə, Ermənistandakı hadisələri “Şərq”ə təhlil edən politoloq Tofiq Abbasov deyib ki, ölkədə boşluq, vakuum dərinləşir. Analitik qeyd edib ki, bir ölkədə boşluq varsa, istənilən qüvvə prosesə müdaxilə imkanı əldə edir:

“Ermənistanda indiki durumda istənilən dağıdıcı qüvvənin öz ambisiyalarını həyata keçirməsi üçün əlverişli şərait var. Bu baxımdan İrəvanda və digər şəhərlərdə baş vermiş hadisələrə görə bütün məsuliyyət hakimiyyətin, Paşinyan hökumətinin üzərindədir. İrəvan hakimiyyəti olayları dərk etməli, fəaliyyət planının icrasına başlamalıdır. Əgər hökumət məqsədli şəkildə gözləmə mövqeyi tutursa, dinamikanı təmin edə bilmirsə, mərkəzə qarşı çıxan radikal qüvvələrə, eyni zamanda kənar güclərə qapı aralamış olur. Ermənistandakı revanşist güclərin də “hünəri”, “bacarığı” ancaq dağıdıcılığa, pozuculuğa çatır. Ermənistan bir ölkə kimi suverenliyini təsdiqləyə bilməyib və irəli doğru deyil, geriyə addım atır. Yaxşı olar ki, Paşinyan hökuməti pozuculuq hərəkətlərinə nümayişkaranə şəkildə rəvac verməsin. Radikal qüvvələrin qarşısını alaraq Azərbaycanla sülh danışıqları prosesini başlatsınlar. Daha doğrusu, intensiv və dinamik hala gətirsinlər. Azərbaycanla barışıq olmadan, ərazi bütövlüyümüz tanınmadan Ermənistanın dirçəlməsi, inkişafı qeyri-mümkündür. Ölkədəki revanşist qüvvələr məhz bu tərəqqinin qarşısını almaq niyyətindədir. Azərbaycan və Türkiyə təmaslar çox kövrəkdir və bu məqam Ermənistan üçün yaxşı heç nə vəd etmir. Əfsuslar olsun ki, Ankara-İrəvan danışıqları da ləng gedir. Ermənistan bütün prosesləri yarımçıq saxlayır, irəliyə doğru addım atmır. Bunu fürsət bilən radikal müxalifət də Qərb ölkələrindən və Rusiyadan aldıqları dəstəklə ölkəni qarışdırmağa cəhd göstərirlər. Bu da erməni xalqının qaranlıq dərəyə yuvarlanması deməkdir”. 


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistanın keçmiş prezidentləri parlamentin 100 illiyi tədbirinə qatılmayıblar

    Ermənistanın keçmiş prezidentləri parlamentin 100 ...

    21-09-2018, 13:00

  • 
  • Koçaryan və Ohanyanın məhkəməsinin başlayacağı tarix açıqlanıb

    Koçaryan və Ohanyanın məhkəməsinin başlayacağı ...

    9-05-2019, 16:44

  • 
  • Paşinyan və Koçaryan deputatlıqdan imtina ediblər

    Paşinyan və Koçaryan deputatlıqdan imtina ediblər ...

    21-07-2021, 11:34

  • 
  • Paşinyan “vor zakon”larla ittifaq yaradır

    Paşinyan “vor zakon”larla ittifaq yaradır ...

    5-10-2018, 16:05

  • 
  • Robert Koçaryan azadlığa buraxıb

    Robert Koçaryan azadlığa buraxıb ...

    20-05-2019, 11:22


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu