Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarqsyan ölkə parlamentinin 100 illiyi münasibətilə keçirilən toplantıya qatılmayıblar.
gundemxeber.az xəbər verir ki, ölkənin baş naziri Nikol Paşinyan sabiq dövlət başçılarının hər üçünü mərasimə dəvət etsə də, onlar yubiley tədbirinə gəlməyiblər. Toplantıda Ermənistan parlamentinin sədri Ara Babloyan, prezident Armen Sarkisyan, baş nazir Nikol Paşinyan və dünya ermənilərinin katolikosu II Qaregin çıxış edib.
Sorğu
Yeni dizaynımız necədir?