GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli formatda görüşü olub

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli formatda görüşü olub

Tarix: 13-05-2022, 11:25 Bölmə :Siyasət Baxış: 79


Mayın 12-də Düşənbədə Müstəqil Dövlətlər Birliyi Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Rusiyanın xarici işlər nazir Sergey Lavrovun Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla əvvəlcə ayrılıqda sonra isə üçtərəfli formatda görüşü olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ikitərəfli formatda olan görüşdə regionda cari vəziyyətə dair fikir mübadiləsi aparılıb, tərəflər sülhün və təhlükəsizliyin təminatı üçün imzalanmış üçtərəfli bəyanatların (Azərbaycan, Ermənistan və Rusiya liderləri) həyata keçirilməsinin vacibliyini təsdiqləyiblər.

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün tədbirlərin görülməsinin vacibliyi qeyd edilib.

Həmçinin tərəflər təhlükəsizlik sahəsində regional və beynəlxalq gündəliyə dair məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Lavrovun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla da analoji görüşündə sərhədin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Azərbaycan-Ermənistan komissiyasının görüşünün gələn həftə Moskvada keçirilməsi planlaşdırılıb. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

"Biz azərbaycanlı həmkarlarımızla sərhədin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın yaradılması məsələsini müzakirə etdik. Rusiya Federasiyası baş nazirinin müavini Overçuk ilə razılaşma var ki, mayın 16-17-də Moskvada kommunikasiyalar üzrə görüşəcəklər və həmin günlərdə yenə orada delimitasiya və sərhəd təhlükəsizliyi üzrə ikitərəfli görüş olacaq," Ermənistan KİV-i mayın 12-də Düşənbədə Lavrovla görüşən Mirzoyanın sözlərindən sitat gətirib.

Qeyd edək ki, cümə axşamı Rusiya baş nazirinin müavini Aleksey Overçuk Yerevana gedəcək və qarşıdakı görüşün gündəliyini razılaşdıracaq.

Azərbaycan, Rusiya, Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Serqey Lavrov və Ararat Mirzoyan arasında keçirilən üçtərəfli formatda görüşdə tərəflər bölgədə mövcud olan vəziyyət və üçtərəfli bəyanatların yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, o cümlədən dövlət sərhədinin delimitasiya prosesinin başlaması, bütün nəqliyyat və kommunikasiya xətlərinin açılışı, iki dövlət arasında sülh müqaviləsinin razılaşdırılması məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Tərəflər bölgədə sülh və təhlükəsizliyin təmin olunması naminə əldə edilmiş razılaşmaların icrasının vacibliyini vurğulayıb.

Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında isə üçtərəfli görüşlə bağlı deyilir ki, regional kommunikasiyalar və iqtisadi əlaqələrin bərpa edilməsi, demarkasiya və sərhəd təhlükəsizliyi komissiyasının yaradılması və Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasına dair saziş ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qarabağ münaqişəsinin hərtərəfli həlli çərçivəsində Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi, onların hüquq və azadlıqlarının təmin edilməsi, eləcə də Dağlıq Qarabağın statusu ilə bağlı erməni tərəfinin mövqeyini bir daha təsdiqləyib.

O, həmçinin 44 günlük müharibə nəticəsində yaranmış humanitar problemlərin dərhal həllinin vacibliyini, o cümlədən erməni hərbi əsirlərin dərhal vətənə qaytarılmasının vacibliyini vurğulayıb.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının görüşü başlayıb

    Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan XİN ...

    19-07-2017, 10:37

  • 
  • Azərbaycan və Gürcüstan xarici işlər nazirləri görüşdülər

    Azərbaycan və Gürcüstan xarici işlər nazirləri ...

    19-02-2016, 12:27

  • 
  • Azərbaycan, İran və Türkiyə xarici işlər nazirləri görüşəcək

    Azərbaycan, İran və Türkiyə xarici işlər ...

    19-12-2017, 11:51

  • 
  • Putin Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə görüşməyəcək – Peskov açıqladı

    Putin Ermənistan və Azərbaycan xarici işlər ...

    9-10-2020, 15:41

  • 
  • Ceyhun Bayramov amerikalı səfirlə görüşüb

    Ceyhun Bayramov amerikalı səfirlə görüşüb ...

    15-02-2021, 21:27


Təqvim

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Arxiv xəbərlər

May 2022 (432)
Aprel 2022 (646)
Mart 2022 (666)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu