Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ermənistan Azərbaycanın xoşniyyətli yaxınlaşmalarına cavab verməlidir.
Nazir deyib ki, Azərbaycan qazandığı qələbədən sonra bölgədə sülh və əmin-amanlıq istədiyini dünyaya göstərib, Ermənistana hərtərəfli sülh sazişi təklif edib. Çavuşoğlu qeyd edib ki, Azərbaycan Türkiyə ilə Ermənistan arasında danışıqları dəstəkləyir və bu müsbət haldır. Görünən odur ki, rəsmi Ankara bir daha Türkiyə və Azərbaycanın Ermənistana sülh təklifinin olduğunu xüsusi olaraq qeyd edir. Çavuşoğlunun açıqlamalarında ən çox diqqət çəkən məqam isə Ermənistan hakimiyyətinin təzyiq altında olduğu üçün sülhə gedə bilmədiyini qeyd etməsidir. Maraqlıdır, daxildəki və xaricdəki böyük təzyiqə rəğmən Nikol Paşinyan tezliklə sülh sazişini imzalaya bilər? Gundemxeber.az-ın məlumatına görə, cebhe.info-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib ki, Çavuşoğolu öz açıqlaması ilə göstərir ki, Ermənistan hakimiyyəti böyük təzyiq altındandır: "Mövlud Çavuşoğolu öz açıqlaması ilə göstərir ki, Ermənistan hakimiyyəti böyük təzyiq altındandır. Bu təsir səbəbindən sülh prosesinə tam şəkildə gedə bilmir. Ötən ilin dekabrında Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı Şurası prezidenti Şarl Mişelin moderatorluğu ilə keçirilən görüşdən sonra aprelin 6-da Brüsseldə də mühüm siyasi razılıqlar əld olundu, amma bu razılıqlar həyata keçirilməmiş qalır. Bütün bunlar sülh prosesinə mənfi təsir göstərir. Eyni zamanda, Ermənistan və Türkiyə arasında da mühüm görüş keçirilib. Bütün bu görüşlər tərəflər arasında etimadın daha da gücləndirilməsinə, siyasi dialoqun davam etdirilməsinə yönəlsə də, Ermənistan son anda məsuliyyətdən boyun qaçırır və üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Bu Türkiyəni də, Azərbaycanı da qane etməyən məsələdir. Azərbaycan və Türkiyənin xarici siyasətində vahid xəttin müşahidə edilməsi, bütün fikirlərin kordinə edilməsi də bunu göstərir ki, Azərbaycanla Türkiyə regionda sülhün qorunmasında maraqlıdır. Bunun üçün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasına, sülh müqaviləsinin imzalanmasına ehtiyac var. Eyni zamanda, Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış etməməlidir. Mayın 22-də Rusiyada Azərbaycan və Ermənistan liderləri arasında görüş keçiriləcək. Bu görüşlərə böyük ümidlər var, Azərbaycan sülh prosesinə nikbin yanaşır. Lakin Ermənistanın destruktiv hərəkətləri böyük narahatlıq doğurur. Bu səbəbdən Çavuşoğlu fikirləri ilə sülh prosesinə dəstək verib. Düşünürəm ki, mayın 22-də pozitiv nəticə əldə olunacaq və Bakı və Ankaranın siyasi vizionunu əhatə edəcək".
Sorğu
Yeni dizaynımız necədir?