"Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu həll edilməsinin tərəfdarıyıq".
gundemxeber.az APA-ya istinadən bildirir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. O bildirib ki, aprel hadisələrinin təkrarlanmaması vacibdir: "Münaqişənin sülh yolu ilə həlli istiqamətində atılan müsbət addımları dəstəkləyirik. Bunu Soçidə Rusiyanın xarici işlər naziri Sergey Lavrova da bildirmişəm".
M. Çavuşoğlu Rusiya ilə münasibətlərin normallaşdırılmasında roluna görə Azərbaycana bir daha təşəkkürlərini ifadə edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?