Gundemxeber.az » Siyasət » Lavrov Ankaraya gedir: Türkiyədə hansı məsələlər masaya yatırılacaq?
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Türkiyənin paytaxtı Ankaraya gedəcək. Rusiya nümayəndə heyəti artıq dünəndən Türkiyədədir. Lavrovun Türkiyəyə səfəri iyun ayının 8-nə nəzərdə tutulsa da, bir gün qabağa salınıb.
Rusiya XİN rəhbəri Ankaradakı təmasları çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.
Masaya yatırılacaq ən kritik məsələ müharibə səbəbindən Qara dənizdə ilişib qalan ticarət gəmiləri üçün təhlükəsizlik dəhlizinin açılması olacaq.
Gəmilərin rahat şəkildə səfərlərini davam etdirmələri üçün Odessa limanında yerləşdirilən minaların çıxarılması və Rusiya gəmilərinə tətbiq edilən sığorta məhdudiyyəti üçün həll yolları axtarılacaq. Ankara bu müddətdə Ukrayna ilə də təmas yaradaraq, iki ölkə arasında vasitəçi rolunu oynayacaq.
Diplomatik qaynaqlar Türkiyədən açılacaq dəhlizlə hədəf bazarlara çatmağın və qlobal ərzaq böhranının böyüməsinin qarşısının alınmasının hədəfləndiyinə diqqət çəkir.
Qara dənizdə təhlükəsiz dəniz ticarət yolunun Türkiyənin təşəbbüsləri ilə formalaşacağı gözlənilir. Yük gəmilərinin silah daşımasının qarşısını almaq üçün BMT, Türkiyə, Rusiya və Ukrayna arasında dördtərəfli nəzarət mexanizmi yaradılacaq. Mexanizmin mərkəzi İstanbulda olacaq.
Türkiyə Odessa limanında minaların təmizlənməsində fəal rol oynayacaq.
Taxıl yüklü gəmiləri Odessadan Qara dənizdəki neytral sulara qədər Türkiyə hərbi gəmilərinin, oradan isə Bosfor boğazına qədər Rusiya hərbi gəmilərinin müşayiət edəcəyi də bildirilir.
GUNDEMXEBER.AZ
29-03-2019, 15:45
14-11-2017, 17:39
29-11-2019, 10:45
3-12-2015, 21:08
13-12-2018, 15:09
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?