GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Araiki istefaya razı salırlar, yoxsa... - NƏ BAŞ VERİR?

Araiki istefaya razı salırlar, yoxsa... - NƏ BAŞ VERİR?

Tarix: 10-06-2022, 11:31 Bölmə :Siyasət Baxış: 305

Ermənistanın baş prokuroru Artur Davtyanın Xankəndinə qanunsuz səfəri, baş separatçı Araik Arutyunyanla görüşü narahatlıq və haqlı cavab tələbi yaradır: rəsmi Bakının etirazlarına rəğmən İrəvandan Qarabağa səfərlər davam edir, sülhməramlılar Laçın dəhlizindən Bakının icazəsi olmadan istədiklərini buraxırlar.

Bu, işğalçı ölkə baş prokurorunun 2020-ci ilin 10 noyabrından bəri Azərbaycan dövlətinin icazəsi olmadan Qarabağa artıq 3-cü gəlişidir. Xarici İşlər Nazirliyinin (XİN) bu qanunsuz səfərə şərhində deyilir ki, Ermənistan tərəfinin məsuliyyətsiz və təxribatçı addımı, bu ölkənin normallaşma prosesində səmimi olmadığını, o cümlədən beynəlxalq vasitəçilərin səylərinə kölgə saldığını bir daha nümayiş etdirir.

Sitat: “Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı atılan bu addım beynəlxalq hüququn fundamental norma və prinsiplərini pozmaqla yanaşı, post-münaqişə mərhələsində Ermənistan və Azərbaycan arasında münasibətlərinin normallaşmasına, o cümlədən bölgədə sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində göstərilən səylərə ciddi xələl gətirir”.

Amma erməni baş prokurorunun Xankəndinə belə “meyl” salması səbəbsiz olmaz. Yeri gəlmişkən, Davityan 44 günlük müharibədən sonra orduda özbaşınalıq və digər bu tipli cinayət işlərinin aparılması ilə də məşhurdur. Ermənistanın sabiq prezidenti Robert Köçəryan, üç keçmiş yüksək vəzifəli məmur - Seyran Ohanyan, Yuri Xaçaturov və Armen Gevorqyan haqda da cinayət işləri bilavasitə onun rəhbərliyi ilə aparılıb. Amma qeyri-qanuni və oyuncaq rejim quran separatçıların hansı “hüquqi yardıma” ehtiyacı ola bilər ki?

O halda əsas diqqəti Azərbaycanın barəsində cinayət işi başladığı və axtarışa verdiyi Araik Arutyunyana yönəltmək məntiqli olar. Baş prokuror yaxşı bilir ki, Araik ələ keçərsə, onu ağır cəza gözləyir. Onun barəsindəki cinayət işi Qarabağ ermənilərinin ziyanınadır. O səbəbdən ola bilsin ki, Paşinyan hakimiyyəti baş prokuroru qanunsuz olaraq Xankəndinə göndərir ki, Araiki separatçıların rəhbəri vəzifəsindən uzaqlaşmağa razı salsın.

Deputat Zahid Oruc isə iyunun 8-də deyib ki, Araikin həbsi zaman məsələsidir: “Azərbaycan onsuz da əvvəl-axır öz ərazilərinin hər qarışında suveren hüquqlarını bərpa edəcək. Bu, Qarabağda yaşayan ermənilərin də xeyrinədir. Onlar başa düşürlər ki, Azərbaycanın orta statistik qəsəbəsindəki əhali sayından azdırlar. Onların heç bir ərazi ilə xüsusi bağlantıları mövcud deyil. Ona görə də Arutyunyan və onun kimilərinə Ermənistan hakimiyyəti belə, ciddi yanaşmır. Rəsmi İrəvan özü də Araikə hansısa qurumun rəhbəri kimi baxmır, bu ifadəni dilinə gətirmir. Bu gün heç Nikol Paşinyanın dilindən də ”Dağlıq Qarabağ Respublikası" sözü çıxmır".


Bütün bu detalları nəzərə alaraq, Davityanın Araiklə görüşə gəlməsini separatçıların liderini istefaya razı salmaq məqsədi daşıması kimi qiymətləndirmək olarmı? Ümumiyyətlə, bu səfərlərin ardı-arası kəsilmir, nə zaman tam son qoyulacaq?

Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə analitik Sülhəddin Əkbər “Yeni Müsavat”a qeyd etdi ki, strateji planda baxsaq, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Rusiya imperiyasının cənub strategiyasının bir elementidir. S.Əkbərin sözlərinə görə, birinci və ikinci Rusiya-Qacarlar müharibəsində ikincilər məğlub olduqdan sonra ermənilər torpaqlarımıza köçürüldü, sonra erməni dövləti yaradıldı, getdikcə də hüdudları genişləndirilib indiki vəziyyətə gətirildi: “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması da Ermənistanın genişləndirilməsi üçün Rusiya imperiyasının cənub istiqamətinin strateji məqsədlərinin tərkib hissəsi idi. Ermənilərə gəlincə, iki əsrdir ki, onların elitası bu məsələni milli ideya səviyyəsinə qaldırıb. Burada tək Rusiya yox, digər imperiyaların da rolu olub. Ona görə biz strateji dəyərləndirəndə bu iki faktoru - Rusiya imperiyasının strateji planı və ermənilərin milli ideyası amillərini nəzərə almalıyıq. Yəni Rusiya imperiyası bu gün Qarabağdan və ideyasından vaz keçməyib, ermənilər üçün də milli ideya olaraq yaşayır”.

S.Əkbər operativ-taktiki proseslərə gəlincə, vurğuladı ki, Rusiya Ukrayna ilə müharibə səbəbindən hərbi və iqtisadi cəhətdən dünyada nüfuzunu itirməkdə, zəifləməkdədir: “Rusiya narahatdır ki, xarici dövlətlərdə maraqları zərbə alacaq. Bu narahatlığı faktiki yaşamaqdadır. Suriyada Əsəd qüvvələri ilə birlikdə hava təlimi keçirməsi də təsadüfi deyil. Ona görə qabaqdangəlmişlik edirlər. Eyni zamanda Avropa İttifaqının danışıqlarda aktivləşməsi burada öz rolunu oynayır. Ancaq Ermənistanın baş prokurorunun Araiklə görüşüb onu istefaya razı salması, yaxud seçkiyə gediləcəyi daxili işləridir. Məsələ ondan ibarətdir ki, nə qədər Rusiya imperiyası torpaqlarımızdan çıxmayıb, bu cür təxribatlar, qanunsuz səfərlər davam edəcək. Buna son qoymaq üçün biz çalışmalıyıq ki, azad və sivil dünya ilə birlikdə olaq. Rusiya Ukraynada strateji məğlubiyyətə düçar olmalıdır ki, öz hərbi qüvvələrini Azərbaycandan çıxarmağa məcbur qalsın. Bu strateji planın həyata keçməsinə dəstək verəcəyik. Mən dövlətin addımlarını və milli maraqları anlayışla qarşılayıram, ehtiyatla siyasət aparırıq. Amma necə ki, dünya oktyabr-noyabra hazırlaşır, biz də Qarabağ məsələsini birdəfəlik həll etmək üçün azad dünya ilə birgə olmalıyıq. Bu kontekstdə son günlər ABŞ-la təmaslarımızın artması müsbət haldır. Mən hər zaman deyirdim ki, axsayan ən zəif nöqtəmiz Vaşinqtonla münasibətlər idi. Ona görə bu cür görüşləri müsbət dəyərləndirirəm”.

Siyasi şərhçi Asif Nərimanlı isə bir başqa məsələyə diqqət çəkir və baş prokurorun belə vaxtda gəlişini bu cür dəyərləndirir: “Xankəndindəki separatçı-terrorçu rejimin qondarma ”təhlükəsizlik şurası"nın iclasını keçiriblər. Həmişə “xarici təhlükə” adı ilə Azərbaycanın mümkün antiterror əməliyyatlarına hazırlaşan separatçılar bu dəfə “daxili təhlükəsizliyi” müzakirə ediblər. Əsas məqam “asayişi pozan şəxslərin müəyyən edilməsi”dir və bu, Ermənistandakı proseslər fonunda təsadüfi deyil. “Qarabağ klanı”nın separatçı rejimi ələ keçirmək, İrəvana Xankəndindən təzyiq etmək planı var. Bu məqsədlə Xankəndində silahlı qarşıdurma yaradıla bilər. Ötən ay “general-mayor” Samvel Karapetyanın Xankəndində silahlı atışması da bu ssenarinin mümkünlüyünü aktuallaşdırdı. Araikin “daxili təhlükəsizlik” və “asayişi pozan şəxslər” məsələsini gündəmə gətirməsi buna hesablanıb. Bu ssenari işə düşərsə, Bakı “ictimai asayişin bərpa edilməsi”, “erməni vətəndaşların təhlükəsizliyinin qorunması” əsası ilə müdaxilə etmək məsələsini gündəmə gətirə bilər"./“Yeni Müsavat”/





  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistanın baş prokuroru qanunsuz şəkildə Qarabağa gəlib

    Ermənistanın baş prokuroru qanunsuz şəkildə ...

    9-02-2021, 13:56

  • 
  • XİN: Fransa beynəlxalq hüququn norma və prinsiplərinin aliliyinə hörmətsizlik nümayiş etdirir

    XİN: Fransa beynəlxalq hüququn norma və ...

    15-11-2018, 20:58

  • 
  • XİN-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə göndərilməsi ilə bağlı AÇIQLAMA

    XİN-dən Ermənistan silahlı qüvvələrinin ...

    27-02-2021, 21:41

  • 
  • “Ermənistan törətdiyi bütün qanunsuz əməllərin cavabını verəcək” - XİN

    “Ermənistan törətdiyi bütün qanunsuz əməllərin ...

    13-07-2020, 23:36

  • 
  • Azərbaycan XİN-dən sərt reaksiya

    Azərbaycan XİN-dən sərt reaksiya ...

    23-09-2014, 01:04


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu