GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Rusiyanın QARABAĞ PLANLAMASI... - NƏ ETMƏLİ?

Rusiyanın QARABAĞ PLANLAMASI... - NƏ ETMƏLİ?

Tarix: 24-06-2022, 11:45 Bölmə :Siyasət Baxış: 275

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyunun 22-də keçirdiyi mətbuat konfransında Bakını razı salacaq mövqeyi ilə diqqət çəkib. Əvvəlcə o, Azərbaycanda “RİA Novosti” agentliyinin internet informasiya resursuna girişin məhdudlaşdırılmasını “mətbuat azadlığına növbəti hücum” adlandıran erməni jurnalisti yerinə otuzdurub.

Gundemxeber.az-ın məlumatına görə, erməni jurnalistin sualını cavablandıran M.Zaxarova qeyd edib ki, Rusiya mövcud və yaranan problemləri öz tərəfdaşları ilə ikitərəfli formatda həll edir. “Hesab edirəm ki, KİV-lər və onların fəaliyyəti məsələləri iki əsas məsələyə diqqət ayıraraq həll edilməlidir. Bu, ilk növbədə qanunauyğun olaraq yerinə yetirilməli, ikincisi isə milli və beynəlxalq hüquqda qeyd olunduğu kimi, söz azadlığı və jurnalist hüquqlarına hörmətə əsaslanmalıdır. Ona görə də biz mövcud və yaranan problemləri öz tərəfdaşlarımızla ikitərəfli formatda həll edirik. Ümid etmək istəyirik ki, bu cür presedentlər daha az olacaq, mətbuat sahəsindəki münasibətlərimizi feyk və dezinformasiyalara müqavimətin zəruriliyini rəhbər tutaraq inkişaf etdirmək istəyirik”, - deyə o bildirib.

Məlumdur ki, Rusiyanın “RİA Novosti” agentliyi özünü Azərbaycanın ərazilərində qanunsuz təşkilatın “naziri” adlandıran separatçı Artak Beqlaryanla müsahibə yerləşdirmişdi. Həmin müsahibədən sonra Azərbaycanda “RİA Novosti” agentliyinin internet informasiya resursuna giriş məhdudlaşdırılıb. Daha sonra agentlik həmin müsahibəni silib. Zaxarovanın məhz erməni jurnalistin eşitmək istədiyi cavabın əksinə olaraq, yaranmış problemin Bakının əleyhinə sui-istifadəsinə imkan verməyib, ətraflı izahatında Rusiya mediasının mövqeyinə daha çox “yüklənib”.

Zaxarova Rusiyanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlı olmadığı haqda iddialara da toxunub. O deyib ki, Rusiya iki ölkə arasında münasibətlərin normallaşmasında “heç kimin olmadığı qədər maraqlıdır və imkan verə bilməz ki, ayrı-ayrı xarici oyunçuların siyasiləşmiş addımları regionda sülh və sabitliyin bərpası üzrə onsuz da olmayan səylərə əngəl törətsin”. Bu mesaj vasitəçilik missiyasında xeyli fəallaşan Brüsselədir, amma həm də Azərbaycan ictimaiyyətinə yönəlik fikirlərdir. Çünki Azərbaycanda Rusiyanın sülh müqaviləsini əngəlləyə biləcəyi narahatlığı var. Zaxarovanın açıqlaması bu narahatlıqları aradan qaldırmaq istəyindən doğur. “Bundan sonra da üç ölkə liderlərinin bəyanatlarında qeydə alınmış öhdəlik və tapşırıqların qeyd-şərtsiz icrası üçün bizdən asılı olan hər şeyi edəcəyik”, - deyə o bildirib. Aydındır ki, Azərbaycanın münaqişənin tənzimlənməsində əsas istinad etdiyi sənəd də 10 noyabr üçtərəfli bəyanatıdır.

Nəhayət, XİN rəsmisi Moskvanın ən qısa zamanda Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın ikinci iclasını qəbul etməyə hazır olduğunu bəyan edib. “Azərbaycan və Ermənistanın bəzi sərhəd rayonlarında periodik olaraq yaranan insidentlər, problemlər Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın tammiqyaslı və müntəzəm işinin zəruriliyini və aktuallığını təsdiq edir. Biz ən qısa zamanda Moskvada komissiyanın ikinci iclasını qəbul etməyə hazırıq”, - deyə o bildirib. Zaxarovanın açıqlaması Rusiya XİN başçısı Sergey Lavrovun Bakıya səfərinə təsadüf edir, ola bilsin bu mesajlardakı müsbət tonların səbəbi həm də budur. Amma daha çox ehtimal ediləndir ki, Rusiyanın Azərbaycanla siyasətində çox korrekt mövqeyi Prezident Putin və Əliyev arasında anlaşmadan qaynaqlanır. Bizim mütəxəssislər necə düşünürlər?

Deputat Qüdrət Həsənquliyevin fikrincə, bu tipli səfərlərə böyük ehtiyac var. O bildirib ki, Azərbaycan üçün prioritet məsələ Xankəndi üzərində ölkəmizin suverenliyinin təmin edilməsi və Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır: “Rusiya münaqişədə vasitəçi kimi bu məsələlərin həllində müstəsna rol oynaya bilər. Biz yenidən qan tökülmədən qeyd etdiyim məsələlərin həllini istəyiriksə, Rusiya ilə əməkdaşlığı genişləndirməliyik. Beynəlxalq birlik tərəfindən Rusiyaya ağır sanksiyaların tətbiq edildiyi bir zamanda Türkiyə və Azərbaycanın Rusiya üçün əhəmiyyəti xeyli artıb. Rusiyanın Azərbaycanla bağlı hər hansı narahatlığı olmamalıdır. Bilir ki, Azərbaycan öz öhdəliklərinə ciddi əməl edən etibarlı tərəfdaşdır və Rusiyadan bunu tələb etməyə haqqı var”.

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev isə hesab edir ki, dünyada gedən proseslər səbəbindən Rusiya Cənubi Qafqazda sülhün əldə edilməsində maraqlıdır: “Çünki Ukrayna müharibəsinə görə Qərblə əlaqələri kəsilib və diqqəti Şərqə yönəldib. Bu baxımdan Türkiyə, İran, Cənubi Qafqaz Rusiya üçün strateji baxımdan əhəmiyyətlidir. Moskvanın həm İrəvanda, həm Bakıda maraqları var. Ona görə Lavrovun Bakı səfərində də kommunikasiyaların açılmasının müzakirə ediləcəyi gözləntisi var. Əgər Rusiya yolunu Şərqə yönəldirsə, bu marşrut Zəngəzur dəhlizindən keçdiyi üçün nəqliyyat xətlərinin bərpası prioritet olmalıdır. Ümumiyyətlə, böyük sülhün əldə olunması üçün 10 noyabr sənədinin bütün bəndləri həyata keçməlidir ki, saziş imzalansın. Əks halda, böyük sülh müqaviləsi mümkün olmayacaq”.

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovun sözlərinə görə, Rusiyaya tətbiq olunan son sanksiyalar və bu ölkəyə qarşı formalaşan siyasi blok Moskvanı xarici siyasətində müəyyən dəyişikliklər etməyə vadar edib: “Lavrovun Azərbaycanın rəsmiləri ilə görüşlərdə Cənubi Qafqazda Rusiya-ABŞ qarşıdurması ilə bağlı Moskvanın maraqlarını və istəklərini Bakının nəzərinə çatdırması gözlənilə bilər. Bununla bərabər, Azərbaycan rəhbərliyi də öz növbəsində öz strateji maraqları üçün önəmli olan məsələləri, yəni Zəngəzur dəhlizi, sərhədlərin delimitasiyası və müəyyən qüvvələrin bölgədə sülh prosesinə xələl gətirən davranışları ilə bağlı narahatlığını qaldıra bilər. Hesab edirəm ki, indiki halda Ukrayna müharibəsi ətrafında baş verən hadisələr Rusiyanı qonşu dövlətlərlə münasibətlərdə fərqli davranmaq məcburiyyəti qarşısında qoyur”. Z.Məmmədov Moskva və Ankara arasında bir çox məsələlər ilə bağlı yol xəritələrinin cızıldığını düşünür: “Bu yol xəritələri üzərində Ankara, Bakı və Moskva arasında müəyyən anlaşmalar gözlənilə bilər. Eyni zamanda Azərbaycan Moskvanın Ermənistana təzyiqlər etməsini, bəzi məsələlərin Azərbaycanın xeyrinə həll etməsini istəyir”.

Türkiyədə fəaliyyət göstərən siyasi şərhçi Ramiyə Məmmədovanın bildirdiyinə görə, Zaxarovanın açıqlamalarını iki cür şərh etmək olar: “Birincisi, Lavrovun səfərinə qədər Bakını narazı salan bütün yanlışlıqlar düzəldildi. İstər onun Fərrux açıqlaması, istər ”RİA Novosti"dən müsahibənin silinməsi, Mədəniyyət Nazirliyinin keçirdiyi rəsm sərgisindən “Dağlıq Qarabağ” sözünün çıxarılması... Yəni Rusiya diplomatiyası Azərbaycandan gələn etirazları qulaqardı etmədi. Bu, Bakı səfərinə “təmiz” getmək üçün atılan addımlar idi ki, Lavrov paytaxtımızda həmkarı Ceyhun Bayramovla görüşdə şikayətlər eşitməsin. Və desin ki, iradların hamısı nəzərə alınıb".

Siyasi şərhçinin fikrincə, ikinci faktor Zaxarovanın Kremlin mövqeyini Bakının diqqətinə çatdırmasıdır: “O, erməni jurnalistin suallarına belə də cavab verməli idi. Təbii ki, bu problemlər Bakıda epizodik müzakirə edilə bilər, amma əsas mövzu kommunikasiyaların açılmasıdır. Rusiya moderatorluğu Brüsselə vermək istəmir. Lavrovun ardıcıl səfərləri həm bununla əlaqədardır, həm də Türkiyə-Rusiya-Azərbaycan üçbucağı olduqca vacibdir. Çünki Moskva izolyasiya edilib və Avropa ilə münasibətlər tamamilə korlanıb. Məncə, Zaxarova Putinin mövqeyini çatdırıb, Rusiya lideri Qarabağ müharibəsindən sonra Azərbaycanı qane etməyəcək açıqlama verməyib. Ancaq razı salacaq addımlar da atmırlar. Misal üçün, 4-cü və 6-cı bəndlər icra edilməyib. Söhbət separatçı-terrorçuların bölgədən çıxarılması və nəqliyyat xətlərinin bərpa edilməsindən gedir. Lavrova bu haqda daha çox suallar verilməlidir, Kreml açıq mövqeyini bildirməlidir”./“Yeni Müsavat”/




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zaxarova: Rusiya vətəndaşı Marat Ueldanovun Bakıda həbsinə milli kontekstdə baxmırıq  Böyüt

    Zaxarova: Rusiya vətəndaşı Marat Ueldanovun ...

    19-08-2016, 00:16

  • 
  • Rusiya XİN-in Azərbaycana qarşı yeni təxribatı və həyasızlığı

    Rusiya XİN-in Azərbaycana qarşı yeni təxribatı və ...

    16-06-2018, 17:03

  • 
  • Mariya Zaxarova: "Sergey Lavrov Bakıda Qarabağ münaqişəsini müzakirə edəcək"

    Mariya Zaxarova: "Sergey Lavrov Bakıda ...

    13-12-2018, 15:09

  • 
  • Zaxarova Qarabağ münaqişəsində Rusiyanın mövqeyini açıqladı

    Zaxarova Qarabağ münaqişəsində Rusiyanın ...

    13-09-2018, 23:21

  • 
  • Rusiya XİN: Qarabağ münaqişəsinin həlli üçün yüksək səviyyədə siyasi dialoqu təqdir edirik

    Rusiya XİN: Qarabağ münaqişəsinin həlli üçün ...

    24-12-2015, 18:01


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu