Gundemxeber.az » Siyasət » Ermənistan və Rusiya sülh prosesini ləngitmək üçün hər şeyi edir... - Üfüqdə yeni müharibə görünür?..
Azərbaycan və Ermənistan arasında olan proses ölü nöqtədə qalmaqda davam edir...
Politoloq: “Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatından və söylədiyi fikirlədən belə məlum olur ki, Ermənistan hər vəclə günahı rəsmi Bakının üstünə qoymağa çalışır. Yəni bütün işlərdə Ermənistan məsuliyyəti Azərbaycanın üstünə atmağa cəhd edir”.
“Ermənistan ya sülh yolu ilə danışıqları praktiki olaraq davam etdirəcək, ya da artıq mövcud vəziyyətə uyğun olaraq rəsmi Bakının seçdiyi sülhə məcburetmə əməliyyatı ilə üzləçşəcək”.
Gundemxeber,az bildirir ki, bu sözləri politoloq Samir Hümbətov Azərbaycanla Ermənistan arasında danışıqların demək olar ki, dayanmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.
Sonunci Brüssel görüşündə konkret razılıqlar əldə olunmasına baxmayaraq Azərbaycanla Ermənistan arasında sülh sazişi, sərhədlərini delmitasiyası və nəqliyyat xəttlərinin açılması ilə bağlı inkişaf müşahidə olunmur. Proses ölü nöqtədə qalmaqda davam edir. Paşinyanın son bəyanatları da onu göstərir ki, Ermənistan ancaq danışıqlar naminə danışıq aparır və heç bir halda prosesin inkişafında maraqlı deyil.
Bəs prosesi ölü nöqtədən çıxarmaq üçün Azərbaycan hansı konkret addımlar atmalıdır və bu addımlar arasında yeni müharibə əsas real addım kimi görünürmü?
Azərbaycan və Ermənistan arasındakı son prosesləri PİA.az-ın əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətov ilə müzakirə edib.
Samir Hümbətov: “Rusiya xarici işlər nazirinin Ermənistana səfəri, daha sonra isə Bakıya səfərindən sonra məlum olur ki, Lavrovun verdiyi təkliflər əslində Ermənistanın maraqlarına xidmət edən təkliflərdir”.
Lavrovun Ermənistana danışıqlar prosesini ləngitmələrini tapşırdığını düşünən politoloq PİA.az-a bildirib ki, nə sülh, nə müharibə şəraitinin davam etməsi Rusiyanın maraqlarına xidmət edir və Rusiya Ermənistanın sülh prosseslərinə start verəcək hansısa formada addım atmasına imkan vermək istəm:
“Son günlər Azərbaycanla Ermənistan arasında danışıqlar prosesi demək olar heç bir inkişaf müşahidə olunmur. Ümumiyyətlə müharuibədən ötən il yarımdan artıq müddətdə Azərbaycan və Ermənistan liderləri Moskva və Brüsseldə dəfələrlə görüşmələrinə baxmayaraq, əldə olunan konkret razılaşmalar yerinə yetirilmir və proses Ermənistan tərəfindən bilərəkdən ləngidilir. Nə sərhədlərin delimitasiyası və demarkasiyası işində, nə nəqliyyat xətlərinin çəkilməsində, nə də digər məsələlərdə hansısa addımlar atılmır. Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatından və söylədiyi fikirlədən belə məlum olur ki, Ermənistan hər vəclə günahı rəsmi Bakının üstünə qoymağa çalışır. Yəni bütün işlərdə Ermənistan məsuliyyəti Azərbaycanın üstünə atmağa cəhd edir. Əslində Paşinyanın sərgilədiyi mövqe siyasi ikiüzlülükdən başqa bir şey deyil.
Rusiya xarici işlər nazirinin Ermənistana səfəri, daha sonra isə Bakıya səfərindən sonra məlum olur ki, Lavrovun verdiyi təkliflər əslində Ermənistanın maraqlarına xidmət edən təkliflərdir. Aydın olur ki, Lavrov sülhün əldə edilməsi prossesinin mümkün qədər ləngidilməsini istəyir və bu çəsələdə əslində İrəvan və Moskvanın fikirayrılıqları yoxdur. Belə görünür ki, Lavrov Ermənistana danışıqlar prosesini ləngitmələrini tapşırıb. Prosesin bu şəkildə olması Rusiyanın maraqlarına xidmət edir və Rusiya Ermənistanın sülh prosseslərinə start verəcək hansısa formada addım atmasına imkan vermək istəmir.
Belə olan halda da məlum olur ki, rəsmi İrəvən bu məsələdə özünün iradəsinə uyğun olaraq qərar vermir. Bu məsələdə artıq Ermənistan digər dövlət və dövlətlərin, güc yaxud da güclərin fikir, maraqlarına uyğun olaraq addım atır. Əslində bu Paşinyan hökuməti üçün bir siqnal xarakteri daşıyır. Yəni müxalifətin Ermənistanda keçirdiyi aksiyaların mövcud Paşinyan hakimiyyətinə haradasa, təsirləri olub. Sergey Lavrovun İrəvana səfəri Ermənistan müxalifətinin əlini bir az da gücləndirib. Buna görə də Paşinyan hakimiyyəti yeni addımlar atmamaq və prosesi ölü nöqtədə saxlamaq qərarına gəlib.
Samir Hümbətov: “Rəsmi Bakı hədəf və məqsədlərinə çatmağı təmin etməlidir. Bunun üçün müharibə təhdidini gücləndirməkyin ən doğru yol olduğunu düşünürəm”.
Belə olan halda da rəsmi Bakı üçün iki çıxış yolu var:
1. Danışıqlar prosesində Brüssel formatının yenidən işə salınması və Avropa Birliyi ilə bu məsələləri dördüncü raunda danışıqlarını aparılması. Beləliklə də, əməli praktiki addımların atılmasına nail olmaq;
2. Qarabağda anti-terror əməliyyatları keçirmək. Yaxud da Zəngəzurda Ermənistanı Qarabağda sülhə məcbur etmə əməliyyatlarını keçirmək.
Rəsmi Bakı hədəf və məqsədlərinə çatmağı təmin etməlidir. Bunun üçün müharibə təhdidini gücləndirməkyin ən doğru yol olduğunu düşünürəm. Ermənistan bilməlidir ki, kapitulyasiya sazişinin bütün bəndlərini yerinə yetirməlidir.
Düşünürəm ki, belə olan halda artıq Ermənistan seçim qarşısında qalacaq. Ermənistan ya sülh yolu ilə danışıqları praktiki olaraq davam etdirəcək, ya da artıq mövcud vəziyyətə uyğun olaraq rəsmi Bakının seçdiyi sülhə məcburetmə əməliyyatı ilə üzləçşəcək”.
GUNDEMXEBER.AZ
15-10-2014, 15:08
21-05-2022, 09:55
20-12-2017, 11:19
2-07-2018, 09:14
24-07-2021, 18:39
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?