Gundemxeber.az » Siyasət » Prezidentin general rütbəsi verdiyi polislər kimdir? - Siyhı
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
General-mayor rütbəsi alan Canpolad Alı oğlu Daanov DİN-in Polis Akademiyasının rəisidir. O, bu vəzifəyə 2020-ci ilin noyabr ayında təyin olunub. C.Daanov həmin təyinatadək Polis Akademiyasının rəisinin birinci müavini vəzifəsində çalışıb.
Ali xüsusi rütbəyə layiq görülən Namiq Zirəddin oğlu Həsənov 2020-ci ilin noyabr ayından DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisidir. O, bundan öncə Suraxanı rayonunun polis rəisi olub.
General-mayor rütbəsi alan Vüqar Hidayət oğlu Ələkbərov Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavinidir. O, bu vəzifəyə 2020-ci ilin iyun ayında təyinat alıb. Həmin təyinatadək V.Ələkbərov BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi olub.
Prezident tərəfindən ali xüsusi rütbəyə layiq görülən digər polis zabiti isə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, Sərdar Süleyman oğlu Səfərovdur. S.Səfərov bu vəzifəyədək BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi olub.
GUNDEMXEBER.AZ
31-01-2020, 11:50
1-07-2020, 16:12
30-01-2021, 16:49
3-02-2016, 20:46
1-07-2013, 19:38
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?