Rusiya Sarkisyanın əli ilə Qarabağı Azərbaycana satıb Azərbaycan-Ermənistan münaqişəsinə damğasını vuracaq bir açıqlama verilib. İrəvanın “Azadlıq” meydanında təkbaşına aksiya keçirərək, Ermənistanda inqilab başlatdığını söyləyən və buna görə də həbs oluan Tseqarkon Partiyasının rəhbəri Şant Arutyunyan məhkəmə zamanı Dağlıq Qarabağ münaqişəsi barədə fikirlər səsələndirib. O, Rusiyanın Qarabağı Azərbaycana satdığını və buna günahkar kimi də Sarkisyan hökumətini göstərib. Məhkəmə zalında üzünü jurnalistlərə tutan Arutyunyan Rusiyanın Qarabağın Azərbaycana verilməsinə dair gizli saziş imzaladığını deyib: “Qarabağın Azərbaycana verilməsi bizim müqavimətimizə səbəb olmaması üçün Rusiya Ermənistanı beynəlxalq siyasi dəstəkdən məhrum edib.” O, fikirlərinə əsas kimi də Ermənistana ötən il sentyabrın 3-də Avropa Birliyi ilə assosiasiya sazişini bağlamağı qadağan edilməsini göstərib.
Sorğu
Yeni dizaynımız necədir?