GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycan və Əlcəzair XİN başçılarının görüşü olub - Yenilənib

Azərbaycan və Əlcəzair XİN başçılarının görüşü olub - Yenilənib

Tarix: 10-08-2022, 15:28 Bölmə :Siyasət Baxış: 307

Azərbaycan Xarici İşlər Nazirliyi XİN başçısı Ceyhun Bayramovla Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Əlcəzair Prezidentinin xüsusi nümayəndəsi Ramtan Lamamranın görüşü ilə bağlı məlumat yayıb

Məlumatda deyilir:

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Əlcəzair Prezidentinin xüsusi nümayəndəsi Ramtan Lamamranın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Təkbətək görüşdən sonra, hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə nazirlər arasında geniş tərkibdə görüş keçirilib.

Nazir Ceyhun Bayramov qonağı salamlayaraq, Əlcəzairin müstəqilliyinin 60 illiyi münasibətilə səmimi təbriklərini çatdırıb. Nazir Azərbaycanla Əlcəzair arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün geniş potensialın olduğunu vurğulayıb. İki ölkə arasında siyasi dialoqun və qarşılıqlı səfərlərin əhəmiyyətindən danışan nazir, 2019-cu ilin oktyabr ayında Əlcəzairin keçmiş Prezidenti Abdelkader Bensalahın Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana tarixi səfərini və Azərbaycan Respublikasının Prezidenti ilə görüşünü, 30 iyun – 1 iyul 2022-ci il tarixlərində Əlcəzairin Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirakını, habelə Qoşulmama Hərəkatının Gənclər Sammittində Əlcəzair nümayəndəsinin iştirakını məmnunluqla qeyd edib.

Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra səmimi qəbula görə minnətdarlığını bildirib və ölkələrimiz arasında mövcud siyasi dialoqun və ikitərəfli təmasların intensivliyinin qorunub saxlanılmasının vacibliyini qeyd edib. Xarici İşlər Nazirlikləri və ölkələrimizin müxtəlif qurumları arasında dialoqun daha da genişləndirilməsi, energetika və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, icmalar arasında dostluq qruplarının yaradılması kimi məsələlərə vurğu edib. Nazir Lamamra Əlcəzairin Qoşulmama Hərəkatının təsisçi üzvlüyündən və sədrlikləri dövründə fəaliyyətlərindən bəhs edib, 2019-cu ildən etibarən Azərbaycanın sədrliyi çərçivəsində ölkəmizin irəlilətdiyi təşəbbüslərin əhəmiyyətli olduğunu bildirib. Yaxın Şərqdə gedən siyasi proseslər, Ərəb Dövlətləri Liqası və Afrika Birliyi çərçivəsində görülən işlər barədə məlumat verib. Beynəlxalq müstəvidə hər bir problemin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacib olduğunu bildirib.

Nazir Ceyhun Bayramov qarşı tərəfə Ermənistan 30 il ərzində ölkəmizə qarşı təcavüzü, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, azad edilmiş ərazilərin yenidən qurulması, sülh quruculuğu ilə bağlı Azərbaycan tərəfindən görülən genişmiqyaslı işlər barədə ətraflı məlumatı qonağın diqqətinə çatdırıb. Ermənistanın öhdəliklərinə zidd olaraq apardığı fəaliyyət və sülh quruculuğuna törətdiyi maneələr barədə məlumat verilib. Əlcəzairin ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsini birmənalı olaraq dəstəklədiyi və bu mövqeyini beynəlxalq təşkilatlar, o cümlədən müxtəlif qətnamələrin qəbulu zamanı nümayiş etdirdiyi vurğulanıb.

Dövlətlərimiz arasında ikitərəfli çərçivə ilə yanaşı, çoxtərəfli beynəlxalq və regional formatlarda, o cümlədən BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Görüşdən sonra, nazirlərin “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Əlcəzair Xalq Demokratik Respublikası Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrə dair Protokol”un və “Azərbaycan Respublikası Hökuməti və Əlcəzair Hökuməti arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında Saziş”in imzalanma mərasini keçirilib.

Daha sonra, mətbuat brifinqində Nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış ediblər.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamranın təkbətək görüşü başa çatıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb.

Hazırda nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilir.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamranın görüşü başlayıb.

Gundemxeber.az XİN-ə istinadən xəbər verir ki, Ceyhun Bayramov həmkarını Xarici İşlər Nazirliyinin binası önündə qarşılayıb.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan və Xorvatiya XİN başçılarının görüşü başa çatıb

    Azərbaycan və Xorvatiya XİN başçılarının görüşü ...

    20-10-2021, 15:01

  • 
  • Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə təkbətək görüş keçirəcək

    Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə təkbətək ...

    11-08-2020, 10:41

  • 
  • Elmar Məmmədyarov 5 həmkarı ilə görüşdü

    Elmar Məmmədyarov 5 həmkarı ilə görüşdü ...

    18-09-2016, 16:38

  • 
  • Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının görüşü başlayıb

    Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan XİN ...

    19-07-2017, 10:37

  • 
  • Ceyhun Bayramovla Volkan Bozkırın görüşü başlayıb

    Ceyhun Bayramovla Volkan Bozkırın görüşü başlayıb ...

    9-04-2021, 12:57


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu