GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İrandan ermənilərə açıq dəstək:Azərbaycana qarşı 

İrandan ermənilərə açıq dəstək:Azərbaycana qarşı 

Tarix: 12-08-2022, 18:21 Bölmə :Siyasət Baxış: 322


Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti İbrahim Rəisi ilə telefon danışığında son günlər baş verən insidentləri barədə danışıb. 

Nikol Paşinyan regionda sabitliyin və sülhün bərqərar olması baxımından 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli Bəyanatların tam icrasının vacibliyini vurğulayıb. Lakin İran Prezidenti həmişəki kimi bu dəfə də Ermənistanın mövqeyindən çıxış edərək Azərbaycana təhdid xarakterli mesajlar verib. Rəisi Cənubi Qafqazda son vaxtlar baş verən gərgin hadisələrə toxunaraq, İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xameneyinin Rusiya və Türkiyə prezidentləri ilə bu yaxınlarda keçirdiyi görüşdə İranın öz sərhədlərinə həssaslıqla yanaşdığı barədə bəyanatına toxunub. 

O bildirib ki, İran Qafqaz regionunda sərhədlərin dəyişdirilməsi ilə bağlı istənilən cəhdə qarşı çıxacaq. 

“İran regionun siyasi coğrafiyasına heç bir dəyişiklik təklif etməyəcək, sərhədlərdəki dəyişiklikləri qəbul etməyəcək və onların dəyişdirilməsi ilə bağlı istənilən cəhdə qarşı çıxmağa hazırdır. Qafqaz regionunda sülh və sabitliyin bərqərar olması üçün bütün imkanlarımızdan istifadə edəcəyik”,- İbrahim Rəisi Nikol Paşinyanla telefon danışığı zamanı belə deyib. 

Qeyd edək ki, bu yaxınlarda İranın ali lideri Ayətullah Seyid Əli Xameneyi şəxsi “Twitter” səhifəsində etdiyi paylaşımda Ermənistan-İran sərhədinin bağlana biləcəyindən narahatlığını bildirib. "Biz Qarabağın Azərbaycana qayıtmasına sevinirik. Amma əgər İran-Ermənistan sərhədinin bağlanması siyasəti olarsa, İran buna qarşı çıxacaq. Ona görə ki, bu sərhəd bir neçə min illik əlaqə yoludur", - deyə Əli Xameneyi yazıb. 

Bu baxımdan, İbrahim Rəisinin sərhədlərin dəyişdirilməsindən danışması Ayətullah Xameneyinin bəyanatının davamı kimi şərh oluna bilər. Əslində, İran hakimiyyəti Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra öz sərhədlərini və ərazi bütövlüyünü bərpa etməsindən narahatlığını ifadə edir. 

Eyni zamanda, İran Zəngəzur dəhlizinin açılmasını özünün Cənubi Qafqazdakı maraqlarına zidd hesab edir. Son günlər Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatı nəticəsində 165 kvadrat kilometr ərazini, o cümlədən strateji əhəmiyyətli yüksəklikləri erməni işğalından azad etməsi, eyni zamanda, ermənilərin Laçından çıxmağa razılaşması, görünür, İranı məmnun etməyib. Bu hadisədən dərhal sonra Prezident Rəisinin Paşinyana zəng edərək İranın sərhədlərin dəyişidirilməsinə qarşı çıxacağını bəyan etməsi Azərbaycana təhdid və ya Ermənistana dəstək məqsədi daşıyır. 

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Cümhuriyət”ə bildirib ki, İran Prezidenti ermənilərin, erməniliyin və onların havadarlarının avantürası ilə hərəkət edir: 


“Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra indi Ermənistan adlandırılan Qərbi Azərbaycan ərazisindəki tarixi toponimlərinin adlarını bərpa etdi. Məsələn, Zəngəzur, İrəvan, Göyçə, Qarakilsə, Basarkeçər və digər erməniləşdirilmiş tarixi Azərbaycan torpaqları öz qədim adları ilə adlandırlmağa başladı. Ermənistana isə sərhədlərin delimitasiyası təklif olunub və bununla bağlı Rusiyanın da daxil olduğu üçtərəfli işçi qrup fəaliyyət göstərir.

Ancaq İran tərəfi tarixi Azərbaycan toponimlərinin bərpasından təşvişə düşüb. İran hakimiyyəti Ermənistanın yürütdüyü siyasəti eynilə Güney Azərbaycanda həyata keçirir. Azərbaycana məxsus tarixi yer adları dəyişdirilərək farslaşdırılıb. Məsələn, Qaradağ mahalına Arazbaran, yaxud Muğana Parsabad adı verilib. Qərbi Azərbaycanın, Ərdəbilin yaşayış yerlərinin, çaylarının adlarını necə dəyişdiribsə, eyni addımları da Ermənistan atıb. Azərbaycan isə bu tarixi ədalətsizliyi aradan qaldırır.

44 günlük müharibə dövründə Ermənistanın havadarlarının guya Qarabağda hansısa terrorçuların Azərbaycanın tərəfində döyüşməsi barədə yalan təbliğatına qoşulan İran indi də Azərbaycanın Ermənistan ərazisini tutub xəritəni dəyişəcəyi barədə təxribatçı mövqedən çıxış edir. Halbuki, Azərbaycan indiyə qədər belə bir addım atacağını deməyib. Azərbaycan sərhədlərin müəyyənləşməsini istəyir və bu istiqamətdə fəaliyyət göstərir. Regionda sərhədlərin dəyişməsini istəyən yeganə ölkə Ermənistandır.

30 ildir Ermənistan Azərbaycana ərazi iddiası irəli sürür, Qarabağ bölgəsini və ətraf rayonları işğal etmişdi, Gürcüstanın Samsxe-Cavaxetiya bölgəsinə, Türkiyəyə qarşı ərazi iddiası ilə çıxış edir. Ermənistan 30 il ərzində Azərbaycanın işğal altındakı torpaqlarında quldurluq fəaliyyətini İranla birlikdə həyata keçirib. Bu gün də Ermənistan Azərbaycanla sərhədlərin müəyyənləşməsini ləngidir. Bütün bunların hamısını Ermənistan etdiyi halda, İbrahim Rəisi və onun rəhbəri Ayətullah Seyid Əli Xameneyi ermənilərin uydurduğu küyü reallıq kimi qələmə verib şişirtməyə çalışır. 

Bu, Azərbaycana qarşı növbəti təbliğat və təzyiq kampaniyasıdır. İran da bu kampaniyanın içərisində yer alır. Çünki İran Ermənistanın Azərbaycana qarşı apardığı pis əməllərin heç birindən uzaqda durmur. Azərbaycan torpaqları işğal altında olduğu dövrdə də, indi də bütün pisliklərin içərisində İran rejimi və onun aparıcı fiqurları iştirak edib. İbrahim Rəisi nə üçün Paşinyana demir ki, sərhədlərin delimitasiyası və demarkasiyasını sürətləndirmək lazımdır?

Zəngəzur dəhlizini açmaq lazımdır. “3+3” formatında regional əməkdaşlıq inkişaf etdirilməlidir. İran Prezidenti niyə bunları demir? İran Azərbaycanın ziyanına və maraqlarına zidd olan tezisləri, çıxışları dilə gətirir”. 

Sədrəddin Soltanın sözlərinə görə, avqustun 3-də keçirilmiş “Qisas” əməliyyatının məqsədi 2020-ci il 10 noyabr Bəyanatının 4-cü bəndində əksini tapmış öhdəliklərin icrasını təmin etmək və Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasına nail olmaq məqsədi daşıyır.

Eyni zamanda, Azərbaycan işğal altındakı torpaqlara, o cümlədən Laçın rayonuna Livan, Suriya və Ermənistandan köçürülərək qanunsuz məskunladırılmış ermənilərin həmin ərazilərə sahib çıxmaq istəyinin qarşısını alıb. Bu da İranı narahat edir. 

“XİX əsrin 30-cu illərində Azərbaycanın İrəvan, Zəngəzur, Göyçə, Qarabağ ərazilərinə köçürülən ermənilər orada yer adlarını dəyişdikləri kimi, indi bu prosesi işğal etdikləri bölgələrdə həyata keçirməyə çalışdılar. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən İran əndişələnir. Çünki Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra həmin torpaqlarda quruculuq işləri aparacaq. Məcburi köçkünlər öz yurdlarına dönəcək.

Azərbaycan iqtisadi cəhətdən qüdrətli, demokratik, insan haqlarının qorunduğu dövlətə çevriləcək. Cənubi Qafqazda Azərbaycan aparıcı söz sahibi olacaq. İstər 1918-ci il AXC dövründə, istərsə də indi hakimiyyətə mane olan əsas problem erməni işğalı idi. Hazırda onun qarşısı alınır. Bu isə İranda Güney Azərbaycan türklərinin, hətta fars olmayan digər milli azlıqların, etnik qrupların milli haqlarının təmin edilməsinə impuls verir. İran da bundan narahatdır.

Azərbaycan Qərbə inteqrasiya edir, Qərbin enerji təhlükəsizliyində aparıcı rol oynayır, Mərkəzi Asiya ilə Türkiyənin yaxınlaşmasında körpü rolu oynayır. Bütün bunlar Azərbaycanı Yaxın və Orta Şərqdə aparıcı fiqura çevirir. İran da, Ermənistan da bundan narahatdır. Ermənistanda Rusiyanın himayə etdiyi qüvvələr Azərbaycanın güclənməsini istəmir, Paşinyan da onların çaldığı havaya oynayır. Rusiya ilə İran da müttəfiqdir. İran Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə müxtəlif şantaj və çirkin üsullarla mane olmağa çalışır.

Dünyada və bölgədə sərhədlərin dəyişdirilməsini istəyən İran hakimiyyətidir. İran rejimi “İsrailə ölüm!” şüarını irəli sürməklə İsrailin dünyanın xəritəsindən silinməsi istiqamətində fəaliyyət göstərir. Azərbaycan isə “Ermənistana ölüm!” şüarı səsləndirmir. Əksinə, Azərbaycan Ermənistana sülh və əməkdaşlıq təklif edir. Amma İran İsraili məhv etməyə çalışır və ətrafındakı bütün ölkələrlə düşmən münasibətdədir”. 


GundemXeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İrandan Türkiyə iqtidarına dəstək

    İrandan Türkiyə iqtidarına dəstək ...

    26-06-2013, 13:20

  • 
  • Türkiyə və İran prezidentləri görüşdü

    Türkiyə və İran prezidentləri görüşdü ...

    26-09-2013, 11:39

  • 
  • Paşinyan İrandan pul istədi

    Paşinyan İrandan pul istədi ...

    26-09-2018, 15:38

  • 
  • Nikol Paşinyan istefa verdi

    Nikol Paşinyan istefa verdi ...

    26-04-2021, 10:47

  • 
  • Səudiyyə ilə İran arasında növbəti QALMAQAL

    Səudiyyə ilə İran arasında növbəti QALMAQAL ...

    10-07-2016, 18:37


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu