Bu, Abdulla Gül və Həsən Ruhani arasında ilk rəsmi görüş olub Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində Türkiyə və İran prezidentlərinin təkbətək görüşü baş tutub. Bu Abdulla Gül və Həsən Ruhani arasında ilk rəsmi görüş olub.
Diplomatik mənbələrin məlumatına görə, Abdulla Gül İranın yeni prezidentinin seçildikdən dərhal sonra çox nikbin bəyanatlar verməsini alqışlayıb və bu bəyanatların beynəlxalq arenada İrana olan münasibətin dəyişməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Türkiyə və İran prezidentləri Suriya münaqişəsini də müzakirə ediblər və münaqişənin sona çatması üçün iki ölkə arasında əməkdaşlığın vacib olduğunu bildiriblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?