GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İranın yeganə yolu ABŞ ilə barışmaqdır - Ekspert

İranın yeganə yolu ABŞ ilə barışmaqdır - Ekspert

Tarix: 1-09-2022, 18:53 Bölmə :Siyasət Baxış: 314

ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Con Kirbi bildirib ki, Vaşinqton İranla nüvə razılaşmasına daha yaxındır. O, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın,"nüvə razılaşması üçün ABŞ-dan daha güclü öhdəliklər gözlənilir” barədə açıqlamasına da münasibət bildirib:


"İnanırıq ki, ötən həftələr və aylarla müqayisədə indi razılığa daha yaxınıq. Bunun əsas səbəbi İranın razılaşma ilə bağlı bəzi tələblərindən imtina etməyə hazır olmasıdır. Buna görə də müqavilə ilə irəliləyəcəyimizə dair nikbin fikirlər var”.


Qeyd edək ki, son günlər İranın açıqlamaları və davranışında da nüvə razılaşması ətrafında müsbətə doğru irəliləyişlərin olduğu hiss olunur.Kirbidən əvvəl İranın xarici işlər naziri oxşar  açıqlama ilə çıxış edib. Tehran nüvə danışıqlarına qayıtmaq üçün İran İnqilab Keşikçiləri Qvardiyası olan SEPAH-ın terrorçu təşkilat siyahısından çıxarılması tələbindən geri çəkilib. 


Digər tərəfdən, İranın hazırkı vəziyyəti ona nüvə razılaşmasına getməkdən başqa digər çıxış yolu qoymur. Belə ki, cənub ölkəsi ağır iqtisadi durumla üz-üzə qalmaqla yanaşı, artıq ona etiraz edənləri susdurmaqda da acizdir. Əvvəlki dövrlərdə böhranlı vəziyyətə görə etiraz aksiyalarına çıxanları zor gücü ilə yanaşı, müəyyən vədlərlə də sakitləşdirə bilirdilər. İndi isə İran hakimiyyəti əhalinin sosial durumunu yaxşılaşdırmaq üçün verdiyi vədləri belə yerinə yetirmək iqtidarında deyil. Bu isə istər-istəməz ölkə daxilində narazılıq və etirazların artan templə gedə biləcəyi təhlükəsini yaradır. Ehtimal etmək olar ki, iqtisadi böhranın özü ilə gətirdiyi daxili gərginliyin artması və Tehran rejiminin bu gərginliyi yatırmaqda aciz duruma düşməsi İranı nüvə sazişi məsələsində yumşalmağa məcbur edib.


Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib ki, Tehranın nüvə məsələsində Qərblə razılığa getməkdən savayı çıxış yolu yoxdur:


"İranın xarici işlər naziri də nüvə razılaşmasına yaxın olduqları barədə oxşar açıqlama verib. İran ABŞ-ın İnqilab Keşikçiləri Qvardiyasını terrorçu təşkilatlar sıyahısından çıxarmağı istəyib. Lakin Vaşinqton buna razılıq verməyib. İrana hansı güzəştlərin vəd edildiyinin detalları açıqlanmır. Amma Tehranın razı qaldığı məqamlar da var. Əks halda İran rəsmiləri danışıqların nəticəsindən razı qaldıqlarını açıqlamazdı. Məğlub, işğalçı Rusiyanın ardınca İran nə qədər gedəcək ki? Moskvaya qarşı sanksiyaların artdığı bir şəraitdə İran uzun müddət Rusiyanın ardınca gedə bilməz. Onun yeganə çıxış yolu nüvə məsələsində ABŞ-la razılığa gəlməsidir”.


Həmsöhbətimiz qeyd edir ki, nüvə məsələsində razılığın olmasından həm Qərb, həm də Tehran udacaq:"İran dünya bazarına qaz və neftini çıxarmaqla indi düşdüyü iqtisadi böhran vəziyyətindən çıxa bilər. Qərb isə bununla Rusiya qazı və neftinin yerini İranın enerji daşıyıcıları ilə müəyyən mənada doldurur. Rusiya İrana fərqli yol göstərmək gücündə deyil. Çünki onun İran neftini almağa imkanı yoxdur. Alsa belə embarqo səbəbindən onu sata bilməyəcək. Çünki maliyyə vəziyyəti qğırdır”. 

Politoloqun fikrincə, yaxın müddətdə İranla Qərb arasında razılaşma və yaxud ticarət əlaqələrində ayrılan kvotalar barədə məlumatlara rast gələcəyik:

"Sözügedən məsələ ətrafında razılaşmanın olmasında təkcə iqtisadi məsələ deyil, siyasi məsələ də rol oynayır. Rusiya işğalçı siyasətinə görə, beynəlxalq arenada təklənməli, cəzalanmalıdır. Başqa ölkənin ərazisini işğal etmək və ona Mariya Zaxarova və Sergey Lavrovun məntiqilə yanlış formada siyasi don geyindirmək gülüncdür. Bir müddət sonra Çin də Rusiya ilə münasibətlərinə yenidən baxacaq, bəlkə də artıq bu istiqamətdə addım atır. İran Rusiyanın işğalçı siyasətinə don geyindirməyə çalışsa da, bunu sona qədər edə bilməyəcək. Bütün qırmızı xətlərin son mərhələsi var. Rusiya İran münasibətlərində də maraqların qırmızı xətti var. Artıq İranın öz maraqlarını Rusiyaya qurban verməsinin limiti başa çatır. Növbəti dəfə bu istiqamətdə addım atması fonunda İran daxilində daha ciddi fəsadlar baş verə bilər. Bu tip məsələlərə görə Tehran ABŞ-la razılaşma əldə də bilər”.


Gundemxeber.az



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ İranla nüvə sövdələşməsindən çıxdı

    ABŞ İranla nüvə sövdələşməsindən çıxdı ...

    9-05-2018, 11:38

  • 
  • Tramp: İranın heç vaxt nüvə silahı olmayacaq

    Tramp: İranın heç vaxt nüvə silahı olmayacaq ...

    6-01-2020, 20:52

  • 
  • Obama İrana xəbərdarlıq etdi

    Obama İrana xəbərdarlıq etdi ...

    18-01-2016, 11:25

  • 
  • “İranla nüvə sazişi imzalanmamalı idi” – Tramp

    “İranla nüvə sazişi imzalanmamalı idi” – Tramp ...

    24-04-2018, 22:06

  • 
  • İran prezidenti: ABŞ nüvə sazişindən çıxsa peşman olacaq!

    İran prezidenti: ABŞ nüvə sazişindən çıxsa peşman ...

    7-05-2018, 12:32


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu