ABŞ prezidenti Barak Obama İran ilə Qərb arasında nüvə razılaşması əldə olunmasına münasibət bildirib.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, prezident Obama deyib ki, bu razılaşma İranın nüvə fəaliyyəti ilə məşğul olmasının qarşısının alınmasına gətirib çıxaracaq: "ABŞ öz düşmənləri ilə olan problemləri aradan qaldırmaq üçün diplomatik yollardan istifadə etməkdən heç zaman qorxmur. Bizim həyata keçirdiyimiz həmin güclü diplomatiyadır ki, bu gün biz onun "meyvələrini" artıq görürük. Əldə olunan razılaşmaya əsasən, İran nüvə silahına sahib ola bilməyəcək. Bununla da region, ABŞ və dünya daha təhlükəsiz yaşayacaq. İranın nüvə bombası əldə etməsi üçün istifadə edə biləcəyi bütün yolların qarşısını kəsmişik".
Obama bəyan edib ki, Qərb dövlətləri İranla əldə olunan razılaşmanın icrasından sonra da ayıq-sayıq olmalıdır: "Əgər İran bizi aldatmağa cəhd edərsə və gizlicə yenə nüvə silahı əldə etməyə çalışarsa, o zaman biz bunu dərhal anlarıq. Bütün bunların cavabı isə ağır olar".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?