Praqa görüşündən sonra Rusiya əl-ayağa düşüb. GundemXeber.Az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, Kreml rəsmiləri bu görüşün ardından davamlı olaraq açıqlamalar verirlər və vəziyyətlə barışmadıqlarını nümayiş etdirirlər.
Bu gün Rusiyadan daha bir açıqlama gəlib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib ki, Moskva Rusiya, Azərbaycan və Ermənistan liderləri səviyyəsində üçtərəfli sammitin keçirilməsini təklif etmək niyyətindədir. “Ümid edirik ki, yaxın vaxtlarda sammitin tarixlərini razılaşdıra biləcəyik”. Uşakovun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev Astanada Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesini müzakirə edəcəklər. “Biz Azərbaycanla əlaqələri yüksək qiymətləndiririk. Təbii ki, biz onlarla təkcə ikitərəfli məsələləri deyil, həm də Ermənistan-Azərbaycan münasibətlərindəki mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparmağa hazır olacağıq”. Kreml nümayəndəsi vurğulayıb ki, Bakı ilə İrəvan arasında münasibətlərin sabitləşməsinin əsasını Putinin vasitəçiliyi ilə əldə olunan üçtərəfli razılaşmalar təşkil edir.“Biz görürük ki, qeyri-regional oyunçular, xüsusən də Avropa İttifaqı və ABŞ bu işə girməyə çalışırlar, lakin daha çox bizim işimizdən istifadə edirlər. Bizim fəal iştirakımızla 2020 və 2021-ci illərdə fundamental razılaşmalar əldə olunub”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?