GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycan - dünya azərbaycanlılarının himayəçisi, sığıncaq yeri - ŞƏRH

Azərbaycan - dünya azərbaycanlılarının himayəçisi, sığıncaq yeri - ŞƏRH

Tarix: 22-10-2022, 15:56 Bölmə :Siyasət Baxış: 154

Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini dost dövlətlər alqışladı. Onlar Azərbaycanın bu haqlı savaşına dəstək də verdi. Bu qələbəyə ən çox sevinən, heç şübhəsiz, dünya azərbaycanlılarıdır. Hansı ölkənin vətəndaşı olmalarından asılı olmayaraq, onlar Azərbaycan torpaqlarının işğaldan azad edilməsini istəyiblər, bununla bağlı dünyanın bir çox ölkələrində aksiyalar keçiriblər. Onlar da 8 Noyabr - Zəfər Gününə ürəkdən sevinir, bu bayramı qeyd edirlər.

Azərbaycan Respublikası həm də dünyanın müxtəlif ölkələrinin vətəndaşı olan azərbaycanlıların dövlətidir. Dünya azərbaycanlılarının hüquqlarının müdafiəsi və birliyini nümayiş etdirmək məqsədilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Həmin toplantıda mərhum Prezident Heydər Əliyev Şuranın sədri seçilmişdi. 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II Qurultayı keçirilib və Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilib. Bu iki qurultay Azərbaycan dövlətinin soydaşlarına və həmvətənlərinə verdiyi qiymətin göstəricisidir. Elə bu toplantılara da qarşı çıxanlar tapıldı. Çox təəəsüfləndirici haldır ki, Azərbaycanın torpaqlarını işğaldan azad etməsinə, dünya azərbaycanlılarının həmrəyliyinə qarşı ən çox İran hakimiyyəti çıxır. Belə görünür ki, rəsmi Tehran Azərbaycan Respublikasının uğurlarına sevinə, dünya azərbaycanlılarının həmrəyliyinə dözüm göstər bilmir. İslam dini arxasında pərdələnsə də, bu onun fars şovinisti düşüncəsindən irəli gəlir. Bu ideoloji düşüncə türk etnosuna qarşıdır. Həmin ideologiya İrandakı Azərbaycan türklərini farsdan ayrı etnos olaraq qəbul etmir. Bu düşüncəyə əsasən, türklər (azərbaycanlılar) fars dili və mədəniyyətinin törəməsidir. Ən yaxşı halda iddia edirlər ki, türklər səlcuqlarla farsların qarışığıdır. Həmin panfarsçılar Azərbaycan türklərini “azəri” adlandırırlar.

Azərbaycan torpaqları işğal altında olanda, 44 günlük müharibə zamanı və savaş başa çatandan sonra bir il müddətinə Azərbaycan Respublikasına qarşı yalan və iftira dolu çıxışlar edib. Hətta Rusiyadan silahlar İran ərazisindən keçməklə Ermənistana ötürülürdü. İslam Republikası hakimiyyətinin bu xəyanətinə qarşı çıxan Güney Azərbaycan türklərinə qarşı hakimiyyət orqanları təzyiq göstərirdi. Həmin dönəmdə İslam Respublikasının ən yüksək səviyyəli rəsmiləri Ermənistan hakimiyyəti və erməni lobbisi kimi çıxış, bir sıra hallarda ermənilərdən də artıq ermənilik edirdilər. Niyə? Bu, İrandakı hakimiyyətin mayasının antitürk mahiyyəti təşkil etdiyinin göstəricisidir. İslam Respublikasının rəhbərliyi Tehranda Ermənistanın Baş naziri Nikol Paşinyanın ermənilərlə görüş keçirdiyi “Ararat” idman zalında “Qarabağ Ermənistandır nöqtə!” şüarının yazılmasına şərait yaratmışdı. Bununla da İran hakimiyyəti beynəlxalq hüququn pozulmasına, dövlətlərarası münasibətlərə, Azərbaycanla İran arasında imzalanan müqavilələrə qarşı çıxaraq bu qanun pozuntusuna göz yummuşdu.

İran hakimiyyəti ölkənin indiki və keçmiş tarixində danılmaz, əvəzedilməz xidmətlər göstərmiş Azərbaycan türklərinin milli, qanuni, konstitusiya hüquqlarını addımbaşı pozur. Hazırda İranda etiraz aksiyaları davam edir. Bu hadisələr fonunda Tehran hakimiyyəti Güney Azərbaycanın şəhər və kəndlərində aksiya iştirakçılarına qarşı amansızlıq göstərir, onları təqib edir, işgəncəyə məruz qoyur. Oktyabrın 13-də baş verən hadisə daha dəhşətli olub. Güney Azərbaycanın Ərdəbil şəhərinin “Şahid” adına orta məktəbinin qız şagirdi, Azərbaycan türkü Əsra Pənahi Xangah vəhşicəsinə döyülərək qətlə yetirilib. Rəsmilər hadisə ilə bağlı açıqlama verməyib. Təsdiqlənmiş məlumatlara görə, lisey şagirdləri həyətə çıxarılaraq düzüləndən sonra onlara İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneini vəsf edən “Salam, Fərmande" marşını oxumaq əmr olunub. Əsra Pənahi oxumaqdan imtina edib. Hadisə yerinə çağırılan əxlaq polisləri 16 yaşlı azərbaycanlı qızı amansızcasına döyərək qətlə yetiriblər. Bu, İran hakimiyyətinin Güney Azərbaycan türklərinə münasibətinə dair çoxsaylı mənfi münasibətə bir nümunədir.

Öz dilində təhsil almayan, bağçadan universitetə, sonra bütün həyatı boyu əcnəbi dilin və mədəniyyətin təsiri altında yaşamaq Azərbaycan türkləri üçün doğrudan da məşəqqətdir. İranda azərbaycanlılar doğulan gündən milli haqlarının tapdalanmasına məruz qalır. Çünki ata-analara övladına öz dilinə, mədəniyyətinə uyğun ad qoymaq yasaqlanıb. İranda və ədəbi ictimaiyyət arasında məşhur olan yazıçı Qulamhüseyn Əliəsgər oğlu Saidi müsahibələrindən birində demişdi: “Mən öz ana dilimi zəif bildiyim üçün böyük əsərlər yaza bilmədim. Elə kiçik hekayə və pantomimlər yazmaqla kifayətləndim”. Yeri gəlmişkən, o, 1936-cı il yanvarın 4-də Təbrizdə anadan olub, 1985-ci il noyabrın 23-də Parisdə vəfat edib. Azərbaycan türklərinin milli-mədəni haqlarını tələb edənlər, yaxud İran konstitusiyasının milli dil, mədəniyyət və bərabərliklə bağlı 15, 19, 20-ci maddələrinə əsasən fəaliyyət göstərənlər daim təqib olunurlar. Azərbaycan Respublikası dünya azərbaycanlılarının da mili-mədəni hüquqlarının qorumağa, bu istiqamətdə addımlar atmağa çalışıb. 1918-ci ildən indiyədək Azərbaycanda siyasi-ideoloji baxışlarından asılı olmayaraq, hakimiyyətə gələn qüvvələr Güney Azərbaycan türklərinin milli haqlarının təmin olunmasına səy göstərib. Bunların arasına 1945-1946-cı illərdə mövcud olmuş Azərbaycan Milli Hökumətinə yardım etmiş Əziz Əliyevin komandasını göstərmək olar. Bundan başqa, məhrum Prezident Heydər Əliyev Azərbaycan Kommunist Partiyasnın Birinci katibi olduğu illərdə o vaxtkı Yazıçılar İttifaqında və Azərbaycan Milli Elmlər Akademiyasının Cənubi Azərbaycan şöbəsinin açmasını da vurğulamaq yerinə düşər.

Dünya Azərbaycanlılarının II Qurultayında dövlət başçısı İlham Əliyev 50 milyonluq azərbaycanlının Prezidenti olduğunu bəyan etdi. Prezident bununla Azərbaycan Respublikasının dünya azərbaycanlılarının hamisi olduğunu da beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Dövlət başçısı bu kursu davam etdirdiyini Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən bir daha vurğulayıb: “Azərbaycanda öz tərəfimizdən bizim təşkilatımıza daxil olan ölkələrin birliyini möhkəmləndirmək üçün hər şeyi edəcəyik, dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı, - on milyonlarla qan qardaşlarımızı, - dəstəkləyəcəyik. Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik”.

Dövlət başçısı bu açıqlaması ilə həm də milli-mədəni hüquqlarının təminindən tamamilə məhrum olan 35 milyondan çox İran vətəndaşını, Azərbaycan türkünü nəzərdə tutur. Dünyada milli, haqqı tapdanılan və kimliyi danılan etnos Güney Azərbaycan türküdür. Dünyada onun qədər milli sitəmə, irqi ayrı-seçkiliyə və ədalətsizliyə məruz qalan cəmiyyət, etnos yoxdur. Sayı İran əhalisinin yarısını təşkil etsə də, milli-mədəni hüquqlarının təmin olunması baxımından ən geridədir. Odur ki, Azərbaycan Respublikasının fars şoviniziminin davamlı təzyiqi ilə üz-üzə qalan güneyli soydaşlarına yardımı dünyanın mövcud yazılı bütün qanunlarına uyğundur. Azərbaycanın haqlı olduğunu həm dünyəvi, həm də səmavi qanunlar təsdiqləyir. Əksini edənlər bu gerçəkliyə qarşı olanlar, azərbaycanlıların milli-mədəni haqlarını dananlardır. Odur ki, Tehran hakimiyyəti öz vətəndaşlarına hörmət etmir, onlara nifrət edir. Belələri öz eybəcərliklərini heç İslam pərdəsi ilə də örtə bilmirlər.

 

SƏDRƏDDİN İSMAYILOV



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək

    Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı ...

    10-05-2016, 13:11

  • 
  • Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunur

    Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü ...

    31-12-2015, 01:37

  • 
  • Bu gün - Azərbaycanlıların Həmrəylik Günüdür

    Bu gün - Azərbaycanlıların Həmrəylik Günüdür ...

    31-12-2013, 00:26

  • 
  • Dünya azərbaycanlıları Bakıya toplaşırlar

    Dünya azərbaycanlıları Bakıya toplaşırlar ...

    2-06-2016, 19:00

  • 
  • VHM “31 DEKABR Dünya Azərbaycanlıların Həmrəyliyi Günü” ilə bağlı tədbir keçirdi

    VHM “31 DEKABR Dünya Azərbaycanlıların Həmrəyliyi ...

    23-12-2014, 21:31


Təqvim

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Mart 2023 (558)
Fevral 2023 (613)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu