Bunu GundemXeber.Az-a açıqlamasında politoloq Cümşüd Nuriyev Fransa Senatının Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qətnamə qəbul etməsinə münasibət bildirərkən deyib:
“ATƏT-in Minsk qrupunun həmsədri olan, Əlcəzairdə soyqırımla məşğul olan bir dövlətin Azərbaycan əleyhinə qəbul etdiyi qərar daha çox ermənipərəst mövqeyə söykənən bir qərardır. Makronun mənşəcə İran ermənisi olduğunu bilirik. Amma onun bu qədər şərəfsiz addım atacağına inanmırdıq. Azərbaycan Ermənistanla münasibətləri yaxşılaşdırmaq istədiyi və Makronun İlham Əliyevə zəng edib, bu işdə yardımçı olmaq istədiyini bildirməsi fonunda Parisin Tehranla eyni mövqe sərgiləməsinin adı siyasi korluq və siyasi təxribatdır”.
Ekspert bu iddiadadır ki, Fransa Senatının verdiyi qərar ABŞ-ın tapşırığı əsasında həyata keçirilib:
“Makronu da hakimiyyətə ona görə gətiriblər ki, Vaşinqtonun Qafqaz siyasətini həyata keçirsin. Makron da tipik erməni kimi ikiüzlü siyasət yürütdü”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?