GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Polşaya düşən raketə görə NATO-nun Moskvaya cavabı nə olacaq? - ŞƏRH

Polşaya düşən raketə görə NATO-nun Moskvaya cavabı nə olacaq? - ŞƏRH

Tarix: 16-11-2022, 17:59 Bölmə :Siyasət Baxış: 329

Rusiya artıq NATO ölkəsinə də raket zərbələri endirməyə başlayıb. Belə ki, Rusiyanın ötən gün Ukraynaya atdığı çoxsaylı raketlərdən ikisi Polşa ərazisinə düşüb. Mərmilər Ukrayna ilə sərhəddə yerləşən Pşevodov kəndindəki fermaya tuş gəlib. Nəticədə iki dinc sakinin öldüyü bildirilir. Bəzi məlumatlarda isə həmin raketlə Avropa Birliyindən Ukraynaya elektrik enerjisi verən magistral xəttin vurulduğu bildirilir. Bu isə onu göstərir ki, Kreml Ukraynanın enerji infrastrukturunu məhv etməyi düşünür. Yəni Rusiyanın bu hərəkəti heç də onun NATO-nu da müharibəyə cəlb etmək niyyətindən qaynaqlanmır. Moskvada da yaxşı anlayırlar ki, NATO-nun birbaşa müharibəyə cəlb olunması Rusiyanın məğlubiyyətini daha da sürətləndirəcəklər. Bu səbəbdən də atılan raketdə məqsədin məhz magistral xətti dağıtmaq olduğu barədə səslənən versiya daha məntiqlidir.  

Yaranmış vəziyyətlə bağlı olaraq Polşa hökuməti Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Polşa Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, faktla bağlı Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev izahat üçün nazirliyə çağırılıb. Polşa Prezidenti Anjey Duda hadisə ilə bağlı açıqlama verib. Prezident bildirib ki, NATO döyüşə hazır vəziyyətdədir: "Bu gün söhbət etdiyim bütün liderlər 5-ci maddə daxil olmaqla nizamnamənin bütün müddəalarına hörmətlə yanaşaraq məni müttəfiq dəstəyində əmin ediblər. Bu məsələni birlikdə müzakirə edəcəyik”.

O qeyd edib ki, Polşa silahlı qüvvələrinin, o cümlədən hava hücumundan müdafiə sisteminin hazırlığı artırılıb: "Təyyarələrimiz müttəfiqlərin təyyarələrini dəstəkləyəcək. Biz sakit və hesablı şəkildə davranırıq”.

Eyni zamanda, Polşa lideri raketin kimin buraxdığına dair qəti sübutun olmadığını açıqlayıb: "Faktla bağlı araşdırmalar aparılır. Çox güman ki, bu, Rusiya istehsalı olan raket idi”.

Polşalı ekspertlər yaranmış vəziyyətdə NATO nizamnaməsinin 5-ci bəndinin icrasının gündəmə gələ biləcəyini istisna etməyiblər. 

GundemXeber.Az qeyd edir ki, bu bənd üzv dövlətlərin ərazisinin bütün alyans dövlətləri tərəfindən birgə müdafiəsini nəzərdə tutur. Moskvanın bu addımı fonunda NATO-nun adekvat addım atacağı elə də ağlabatan deyil. Amma bu hadisə ABŞ başda olmaqla NATO-nun Ukraynaya daha müasir ən güclü silahları verməsini sürətləndirəcək. Bu istiqamətdə həmin ana qədər gözləmə mövqeyi tutan qurumdakı bəzi üzvlərin tərəddüdünə son qoyacaq.  

Rusiya tərəfi isə səhvi boynuna alıb, ən azından üzr istəmək əvəzinə, baş verən təxribatı yenə də Kiyevin üzərinə atıb. 

Bu gün Polşanın tələbi ilə NATO səfirləri Alyansın nizamnaməsinin 4-cü maddəsi əsasında iclas keçirməlidir. Bu maddə NATO üzvü olan ölkələrdən biri onun ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyinin təhdid altında olduğunu hesab edərsə, tərəflərin məsləhətləşmələr aparmasını nəzərdə tutur.

Ukrayna Prezidenti Volodimir Zelenski isə Rusiyanı NATO üzvü olan Polşaya raket zərbəsi endirməkdə ittiham edib. "Bu, Rusiyanın kollektiv təhlükəsizliyə raket hücumudur. Bu, çox əhəmiyyətli eskalasiyadır. Hərəkət etmək lazımdır”, deyə Zelenski bildirib. Görəsən, Rusiyanın NATO ölkəsinə raket atmasına qurum hansı formada cavab verəcək. 

Prosesin gedişi birmənalı şəkildə olayın araşdırılamsından asılı olacaq. Rusiyanın bilərəkdən buna getdiyi öz təsdiqini taparsa, bu halda sözsüz ki, NATO Rusiyaya son xəbərdarlığını edəcək. Amma ilk belə insident fonunda NATO-nun da Rusiyaya adekvat cavab verəcəyi versiyası o qədər də ağlabatan deyil. Düzdür, yaranmış situasiyada Polşa, Baltikyanı ölkələr çalışacaq ki, NATO 5-ci maddəni işə salsın. Bu isə artıq prosesə NATO-nun birbaşa qoşulması demək olacaq. Amma digər NATO ölkələrinin hələlik 5-ci maddənin işə salınmasında maraqlı olmadığı bllidir. Onlar prosesin sonrakı gedişini gözləməyi məsləhət görürlər. Ona görə də əsas gözlənilən variant odur ki, NATO indilikdə Rusiyaya sadəcə nota verməklə kifayətlənəcək.   

Digər tərəfdən, bu olay NATO-nun Ukraynaya rus raketlərini dəf etməyə qadir daha güclü silahlar verməsini sürətləndirəcək. Digər tərəfdən, Polşa və Baltik ölkələrinin ərazisində qurumun müdafiə qüdrətini daha da gücləndirmək istiqamətində addım atmağa sövq edəcək. 


Səlim Əhmədov

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • NATO-nun Ukraynada hərbi əməliyyatları dayandırılır

    NATO-nun Ukraynada hərbi əməliyyatları ...

    27-03-2014, 09:33

  • 
  • NATO Ukraynaya əlavə hərbi dəstək verəcək

    NATO Ukraynaya əlavə hərbi dəstək verəcək ...

    27-06-2015, 05:35

  • 
  • Rusiya NATO təlimlərinə pis baxır

    Rusiya NATO təlimlərinə pis baxır ...

    7-06-2016, 23:42

  • 
  • NATO-nun baş katibindən Rusiya ilə bağlı açıqlama

    NATO-nun baş katibindən Rusiya ilə bağlı açıqlama ...

    16-08-2014, 13:06

  • 
  • NATO Rusiya ətrafında həlqəni daraldır

    NATO Rusiya ətrafında həlqəni daraldır ...

    2-04-2014, 11:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (461)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu