Gundemxeber.az » Siyasət » İlham Əliyev: “Nikol Paşinyanla Brüsseldə nəzərdə tutulan görüş keçirilməyəcək”
“Dekabrın 7-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan ilə nəzərdə tutulan görüş keçirilməyəcək”.
Bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
“Dekabrın 7-də Brüsseldə görüşün keçirilməsi nəzərdə tutulurdu. Lakin dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə yaradılıb. Bildirilib ki, Ermənistanın baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə bilər. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq”, – dövlət başçısı bildirib.
Gundemxeber.az
31-05-2018, 15:34
29-03-2019, 21:14
27-03-2019, 13:42
8-04-2022, 12:27
29-03-2019, 11:00
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?