Gundemxeber.az » Siyasət » Prezident: Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru Avropanın enerji təhlükəsizliyinə töhfə verir
Cənub Qaz Dəhlizi ölkələrimizi birləşdirir və bütöv bir regionun inkişafına töhfə verir.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistriasın etimadnaməsini qəbul edərkən bildirib.
Dövlət başçısı Yunanıstanın Azərbaycan qazının digər Avropa ölkələrinə çatdırılmasında tranzit ölkə rolunu oynadığını qeyd edib.
Prezident İlham Əliyev Yunanıstan ilə Bolqarıstan arasında interkonnektorun açılış mərasimində iştirakını məmnunluqla xatırlayıb və bu layihənin Avropanın enerji təhlükəsizliyinə töhfə verməsinin əhəmiyyətini vurğulayıb.
Dövlət başçısı ölkələrimiz arasında enerji ilə bərabər, digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu deyib.
GUNDEMXEBER.AZ
23-08-2018, 18:15
29-05-2018, 11:42
3-02-2016, 20:39
23-02-2017, 21:47
6-05-2016, 14:31
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?