GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycan və Rusiya xarici işlər nazirləri Cənubi Qafqaz regionundakı mövcud durumdan danışıb

Azərbaycan və Rusiya xarici işlər nazirləri Cənubi Qafqaz regionundakı mövcud durumdan danışıb

Tarix: 28-02-2023, 18:31 Bölmə :Siyasət Baxış: 279


Fevralın 27-28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanda səfərdə olub.

Sergey Lavrov Prezident İlham Əliyevlə və xarici işlər naziri Ceyhun Bayramovla görüşlər keçirib. Hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Rusiya-Azərbaycan Ekspert Şurasının 3-cü iclası keçirilib.

Səfərin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirilib ki, danşıqlarda ikitərəfli əlaqələrin inkişafı, regional təhlükəsizlik, nəqliyyat dəhlizi məsələləri müzakirə edilib, Azərbaycanla Ermənistan arasında münasibətlərin perspektivləri gündəlikdə olub.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, iki ölkə arasındakı əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş mehriban qonşuluq münasibətlərinin mütərəqqi inkişafı kimi xarakterizə etmək olar. “Azərbaycan ilə Rusiya arasında çox etibarlı münasibətlər qurulub, ticarət əlaqələri fəal inkişaf edir. Beləliklə, 2022-ci ilin sonuna ticarət dövriyyəsi 24 faiz artaraq 4 milyard dollara, investisiyaların həcmi isə 9 milyard dollara yüksəlib”, o qeyd edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Azərbaycanla Rusiya arasında müttəfiqliklə bağlı əməkdaşlığın dərinləşməsi bütün regiona müsbət impuls verəcək.

Sergey Lavrov qeyd edib ki, siyasi, iqtisadi və ticari əməkdaşlığı fəal şəkildə inkişaf etdirilir.

“Belə ki, ilin sonunda ticarət dövriyyəsinin rekord həcmdə olacağı, həmçinin yanacaq və bir sıra digər sahələrdə əməkdaşlığın artacağı gözlənilir,” o qeyd edib.

Onun sözlərinə görə, tərəflər həmçinin “Şimal-Cənub” layihəsi çərçivəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

“Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması və yanacaq-energetika sektoru daxil olmaqla, digər layihələrin reallaşdırılması regionun dünya miqyasında əhəmiyyətini artıracaq”, o qeyd edib.

Nazir Ceyhun Bayramov da nəqliyyat layihəsinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

“Azərbaycan “Şimal-Cənub” layihəsinin təkcə iştirakçı ölkələr üçün deyil, bütövlükdə region üçün mühüm layihə olması ilə bağlı fikirləri bölüşür”, o deyib.

Nazirlər son günlər Laçın yolu ətrafında yaranmış gərginliyə də toxunub.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistan tərəfi Rusiya və Azərbaycan prezidentləri ilə Ermənistanın baş naziri arasında imzalanmış üçtərəfli bəyanatın tələblərinə məhəl qoymamaqda davam edir. O, Azərbaycanın və Ermənistanın sərhədində nəzarət-buraxılış məntəqələrinin qurulması ilə bağlı təklifini bir daha diqqətə çatdırıb.

“Nəzarət məntəqələri Laçın yolu ilə yüklərin, mülki şəxslərin hərəkətinin şəffaflığını təmin edə biləcək”, nazir qeyd edib.

Sergey Lavrov bildirib ki, Laçın yolunun rejimi və onun funksiyası ən birinci üçtərəfli bəyanata - 10 noyabr 2020-ci il bəyanatına tam uyğun olmalıdır.

“Laçın dəhlizindən istisnasız olaraq mülki və humanitar yüklərin və mülki vətəndaşlarının hərəkətinin təmin olunması vacibdir. Biz hər şeydən əvvəl sülhməramlı kontingentin xətti ilə buna nail olmağa çalışırıq. Orada hansısa nəzarət-buraxılış məntəqələrinin yaradılmasına baxılmır. Lakin dəhlizin təyinatı üzrə fəaliyyət göstərməməsi şübhəsini texniki vasitələrlə aradan qaldırmaq imkanı var ”, o bildirib.

Bundan əlavə Sergey Lavrov Rusiyanın Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların təşkilinə kömək etməyə hazır olduğunu deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi buna hazır olduğunu bildirib, Ermənistan tərəfi isə etiraz etmir, lakin hələlik yekun razılıq vermir.

"Biz Ermənistan və Azərbaycan arasında belə görüşlərin davam etdirilməsi üçün imkanlar yaratmağa hazır olduğumuzu bir daha təsdiqlədik", Lavrov mətbuat konfransında deyib.

Nazir Bayramov qeyd edib ki, Azərbaycan tərəfi üçtərəfli bəyanatların prinsiplərinə tam riayət edilməsinin tərəfdarıdır.

Onun sözlərinə görə, Xankəndi-Laçın yolunda etirazların əsas səbəbi Ermənistanın üçtərəfli bəyanatın bəndlərini, yəni humanitar məsələlərlə bağlı bəndləri pozması olub.

“Azərbaycan yolda baş verən etirazların Qarabağda yaşayan ermənilər üçün hər hansı humanitar nəticələrə səbəb olmaması üçün əlindən gələni edir. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan üçtərəfli bəyanatlara və digər razılaşmalara tam əməl etmək mövqeyindədir”.

Bununla belə Bayramov qeyd edib ki, Azərbaycan Ermənistanla sülh sazişi üzrə danışıqlarda onlayn diplomatiyanı ən səmərəli üsul hesab etmir.

Sülh müqaviləsi layihəsi üzərində işin ilk günündən prosesin modallığı razılaşdırılıb. Bu ondan ibarət idi ki, vaxtaşırı nümayəndə heyətlərinin görüşləri keçirilir, orada o vaxt mövcud olan layihə müzakirə olunur. Görüşün sonunda fikir mübadiləsi aparılır. Bu görüşlər faydalıdır - bir gün ərzində ətraflı danışmaq, qarşı tərəfin mövqeyini başa düşmək, arqumentlərinizi dilə gətirmək olar. Belə görüşlər keçirilib, üçüncüsü isə Moskvada planlaşdırılıb. İndi razılaşdırılmış formatın əyani görüşlərlə bağlı elementi çatışmır. Bu prosesi tam “öldürməmək” üçün Azərbaycan tərəfi şərhləri qəbul etməkdən və göndərməkdən imtina etmir. Onlayn diplomatiya şərhlərin verilməsidir. Biz bunu müqavilə üzrə danışıqların ən məhsuldar üsulu hesab edirikmi? Müəyyən irəliləyiş var, lakin biz hesab edirik ki, yanaşmalar nəticəyönümlü olsaydı, həmçinin müxtəlif növ xoşagəlməz sürprizlərlə qarşılaşma ehtimalımız az olsaydı, daha yaxşı nəticə əldə edə bilərdik. Düşünürəm ki, Ermənistan tərəfi, nəhayət, bu vəziyyətdə bu yanaşmanın qeyri-adekvat olduğunu, bu sənədin mahiyyətini, əhəmiyyətini anlayacaq və danışıqlar masasına qayıdacaq” o qeyd edib.

Mətbuat konfransında hər iki nazir Avropa İttifaqının Ermənistan ərazisinə mülki missiyasını göndərilməsinə münasibət bildirib.

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanda yerləşdirilən Avropa İttifaqı missiyasının legitimlik nöqteyi-nəzərindən ciddi şübhə doğurduğunu deyib.

“Biz Avropa İttifaqının Ermənistan və Azərbaycanla olan münasibətlərindən necə sui-istifadə etdiyini görürük. O cümlədən, Ermənistanda yerləşdirilən Avropa İttifaqı missiyasının legitimlik nöqteyi-nəzərindən ciddi şübhə doğurduğunu görürük. O cümlədən, onun funksiyası, mandatı, onun müddəti, bu missiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına göstərilən səylərə əlavə dəyər qatacağı çoxlu suallar doğurur”, Lavrov qeyd edib.

Nazir Ceyhun Bayramov da bildirib ki, Ermənistanın Azərbaycanla münasibətlərin qurulmasında mövqeyi Avropa İttifaqının missiyasının başlamasından sonra daha destruktiv xarakter alıb.

Xatırlatma

ABŞ Dövlət Katibi Antoni Blinken yanvarın 18-də Ermənistanın Baş naziri Nikol Paşinyan, yanvarın 23-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı regionda yaranmış durumu müzakirə edib, hər iki tərəfi ikitərəfəli danışıqlarda səyləri artırmağa təşviq edib.

2022-ci il dekabrın 12-dən başlayaraq Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşa şəhərinin ətrafında Rusiya sülhməramlılarının postu qarşısında davamlı etiraz aksiyası keçirir

Azərbaycanlı mütəxəssislərin Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edən aksiya iştirakçıları Rusiya sülhməramlı kontingentinin komandiri Andrey Volkovun əraziyə gəlməsini tələb edir.

Ermənistan Baş Naziri Nikol Paşinyan Laçın dəhlizinin bağlanmasının 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın “kobud pozuntusu” olduğunu bildirib. Onun sözlərinə görə, həmin bəyanatın 6-cı maddəsinə əsasən dəhliz Rusiya Federasiyası sülhməramlılarının nəzarətindədir və Azərbaycan vətəndaşların, nəqliyyatın və əmtəənin hərəkətinə təminat verməlidir.

Azərbaycan tərəfi yolun bağlanmadığını və yerli sakinlər üçün həyat əhəmiyyətli nəqliyyatın gediş-gəlişinin təmin olunduğunu bildirir.

Ötən il dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərə gəlsə də, monitorinqə imkan verilməyib.

Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Lavrov Vuçiçə Putinin hansı mesajını çatdırdı?

    Lavrov Vuçiçə Putinin hansı mesajını çatdırdı? ...

    26-09-2019, 11:57

  • 
  • Sergey Lavrov Azərbaycana gəlir

    Sergey Lavrov Azərbaycana gəlir ...

    29-11-2019, 10:45

  • 
  • Ceyun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub

    Ceyun Bayramov və Sergey Lavrov arasında telefon ...

    12-12-2020, 20:09

  • 
  • Məmmədyarovla Lavrov koronavirusu və Qarabağı müzakirə etdilər

    Məmmədyarovla Lavrov koronavirusu və Qarabağı ...

    13-04-2020, 19:20

  • 
  • Lavrov Bakıya və Yerevana səfəri barədə

    Lavrov Bakıya və Yerevana səfəri barədə ...

    14-11-2017, 17:39


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu