Rusiya Xarici İşlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Serbiya prezidenti Aleksandr Vuçiç ilə görüşüb.
Tərəflər ikitərəfli əlaqələrin inkişafı ilə bağlı məsələləri və ölkələr arasında strateji tərəfdaşlığı daha da gücləndirmək niyyətlərinin olduğunu müzakirə ediblər.
Görüşdə Serbiya prezidenti Aleksandr Vuçiç Rusiya xarici işlər naziri Sergey Lavrova, “Rusiya Serbiyanın dostu və müttəfiqidir”, - deyib. O, Moskvanın Serbiyanı Kosova və Metoxiyada dəstəklədiyini bildirib. Lavrov isə ona prezident Vladimir Putinin “Rusiya hər zaman Serbiya ilə olacaq” mesajını çatdırdığını deyib.
Qeyd edək ki, oktyabrın 19-da Rusiya Baş naziri Dmitri Medvedyev Belqrada səfər edəcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?