Rəsmi Bakı və Yerevan arasında hərbi müstəvidə qeydə alınan atəşkəsin pozulması ittihamlarını diplomatik söz müharibəsi müşayiət edir.
Azərbaycanın Xarici İşlər Nazirliyi martın 25-də yaydığı bəyanatda Ermənistanın Xarici İşlər Nazirliyini sülh sazişi üzrə danışıqların mahiyyətini “təhrif etməkdə və beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaqda” ittiham edib.
Buna əsas səbəb isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın martın 23-də Misirin AlQahera xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycanı Ermənistan ərazisini “işğal etməkdə, razılaşmalara məhəl qoymamaqda və sülh danışıqlarından yayınmaqda” günahlandırması olub.
GundemXeber.Az BBC-yə istinadla bildirir ki, son vaxtlar sülh danışıqlarında maraqlı olduqlarını deyən Bakı və Yerevan arasında diplomatik səviyyədə qarşılıqlı itthamların daha da intensivləşdiyi müşahidə edilir.
Bundan əlavə, Azərbaycan və Ermənistanın Qarabağ ətrafında və sərhəd ərazilərdə atəşkəsin pozulmasına görə bir-birini ittiham etməsi halları da artıb. Bu, tərəflər arasında hərbi müstəvidə də gərginliyin getdikcə yüksəldiyini göstərir.
Sorğu
Yeni dizaynımız necədir?