Gundemxeber.az » Siyasət » “SEPAH ən böyük və ən mürəkkəb terrorçu təşkilatdır”-Britaniyalı jurnalist
Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun baş əməkdaşı Henri Rome sosial şəbəkədə bildirib ki, son bir neçə ay İranda sosial, siyasi və iqtisadi baxımdan qeyri-sabit keçib və davamlı inkişaf üçün çox az perspektiv var...
GUNDEMXEBER.AZ xarici mediaya istinadən xəbər verir ki, o, fikrinin davamında qeyd edib ki, qəribəsi budur ki, İranın xarici siyasətlə bağlı cızdığı son trayektoriya kifayət qədər müsbətdir.
İran əsilli britaniyalı jurnalist Vahid Beheşti isə sosial şəbəkədə aşağıdakıları yazıb: “Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf Ofisi qarşısında keçirdiyim aclıq aksiyasının 55-ci günü Birləşmiş Krallıq hökumətini SEPAH-ı terror təşkilatı elan etməyə çağırıram. SEPAH ən böyük və ən mürəkkəb terrorçu təşkilatdır. Bunu təsdiq edən yüzlərlə sübut var. Baş nazir Rişi Sunak öz vədini yerinə yetirməyincə və SEPAH-ı terror təşkilatı elan etməyincə aclıq aksiyamı dayandırmayacağam”;
“Nüvə İranına Qarşı Birlik” qeyri-hökumət təşkilatının əməkdaşı Ceyson Brodski: “SEPAH terrorçuları ilə əlaqəsi olan “Charming Kitten” (İran hökumətinin kibermüharibə qrupu) indi də ABŞ-nin mühüm infrastrukturunu hədəf alıb. Əlavə olaraq deyim ki, Ukraynanın işğalından bəri İranı daha çox kiber texnologiya ilə təmin edən Rusiya hücum vasitələrinin ötürülməsini sürətləndirdiyi təqdirdə belə bir risk var”.
GUNDEMXEBER.AZ
30-10-2015, 23:16
1-09-2014, 13:19
23-11-2019, 20:11
13-06-2017, 16:04
6-01-2020, 20:52
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?