GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Yalançı Tehran rejiminin qurbanı – vaxtında keçirilməyən Qüds günü - ŞƏRH

Yalançı Tehran rejiminin qurbanı – vaxtında keçirilməyən Qüds günü - ŞƏRH

Tarix: 25-04-2023, 18:07 Bölmə :Siyasət Baxış: 216


Yalan danışmaq, vəd verib əməl etməmək saxtakarlıqdır. Bu baxımdan Tehran hakimiyyəti saxtakardır. Çünki 44 il əvvəl vətəndaşlara verilən vədlərə hələ də əməl olunmayıb. İslam inqilabının əsas şüarları sosial ədalət, azadlıq idi. Mövcud rejim cəmiyyətin bu tələblərini həyata keçirəcəyinin məsuliyyətini üzərinə götürüb. Ancaq təbii sərvətlərlə zəngin olan İran əhalisinin sosial tələbləri və azadlıq arzuları gerçəkləşməyib. Hakimiyyətdə olan bir qrup bu tələbləri həyata keçirməkdənsə, onlar barəsində yalan danışmağı üstün tutub.

Atalarımız yaxşı deyiblər: “Balıq başdan iylənər”. Odur ki, İrandakı saxtakarlığın da mənbəyi ölkənin ali rəhbəri və onun tabeliyindəki ali rəhbərlikdir. İranda rejimin tətbiq etdiyi məcburi hicaba qarşı etiraz aksiyaları başlayanda rejimin başçısı ayətullah Seyid Əli Xamənei keçirdiyi görüşlərdə bildirmişdi ki, yarımhicaba görə ölkədə heç kim məsuliyyətə cəlb olunmayıb. Onun sözlərinə görə, hicaba bu şəkildə əməl etmək pozuntu sayılmaya bilər. Sonrakı günlərdə mədəni sahədə dəyişikliklərə dair çoxsaylı görüşlər keçirib, məsləhətlər verib. Vəziyyət bir qədər sakitləşdiriləndən, daha dəqiqi, rejim etirazçıların bir qismini tutduqdan, hərbi-polis qüvvələri 600-ə yaxın aksiyaçını qətlə yetirdikdən sonra Xaməneinin çıxışlarında və ritorikasında da dəyişikliklər əməl gəldi. O, məcbur hicab qaydalarını pozanların cəzalandırılacağını bildirdi. Bu azmış kimi, cəmiyyətə yalan ismarışlar verməyə başladı. İranın ali rəhbəri aprelin ortalarında etdiyi çıxışda demişdi: “Qərblilərin iranlı qadınlara və onların pozulan hüquqlarına yazığı gəlmir. Onlar iranlı qadınlara yalnız nifrət edirlər”. Ali rəhbər bütün günahları qərbdə görərək farmakoloji sahədə embarqonu “Qərbin İrana hücumu” kimi qiymətləndirib. Rejim lideri bu yerdə də saxtakarlıq edərək baş verməyən hadisəni cəmiyyətə olmuş kimi sırımağa cəhd göstərib: “Əgər onlar xalqı qidadan məhrum etmək üçün bir iş görə bilsəydilər, tərəddüd etmədən onu da görərdilər”

Bu arada, Xamənei aksiyalar zamanı dinc etirazçıların qətlə yetirilməsinə heç vaxt acımayıb. Axı onlar da İran vətəndaşlarıdırlar. Həmin insanlar da bu ölkədə azadlıqların təmin olunması uğrunda mübarizə aparıblar. Rejim başçısı aksiyaların haqlı tələblərinə hələ indiyədək müsbət dəyər verməyib. Onun çıxış və baxışlarında, bir qayda olaraq, etirazçıların ABŞ və İsrailə işlədikləri vurğulanıb. Onun yanaşmasına görə, İranı qarışdıran da bu ölkələrdir. Xamənei deyib ki, etiraz aksiyasında iştirak edənlər bu məsələlərin arxasında kimlərin durduğunu bilsəydilər, heç vaxt belə etməzdilər. Rejim başçısı həmin təşkilatıın və ya qurumların adlarını da açıqlamamaqla yalan danışdığını gizlədə bilməyib. Çünki belə təşkilatlar olsaydı, Xamənei, yaxud İranın müxtəlif rəsmiləri onların adlarını çoxdan açıqlamışdı.

Yeri gəlmişkən, ötən ilin noyabrından indiyədək məktəbli və tələbə qızlar arasında yeməkdən kütləvi zəhərlənmə müşahidə olunur. İndiyədək bu cinayəti törədənlər tapılmayıb. Əvvəlcə bu kimyəvi hücumu hansısa xarici qüvvəyə bağlamağa çalışsalar da, ancaq bu yalanın ifrat olduğunu görüb geri çəkildilər.

Müəllimlərin əməkhaqlarının gecikdirilməsi, neft-qaz sənayesi fəhlələrinə boyun olunan əməkhaqlarının artırılmaması da Xamənei rejiminin saxtakarlığının göstəricisidir. Müəllimlərin maaşlarının gecikdirilməsinə görə, iki “günah keçisi” tapıldı – vitse-prezident Məsud Kazemi və təhsil naziri Yusif Nuri. Onlar da istefaya göndərildi. Bu da mövcud hakimiyyətin daxilində parçalanmanı gizlətməyə cəhd və cəmiyyətə yalan məlumat verməyin nümunələrindəndir.

Hakimiyyət “əxlaq polisi”ni ləğv etdiyi halda onun səlahiyyətlərini hüquq-mühafizə qüvvələrinə verməklə saxtakarlığını gizlədə bilməyib. Çünki cəmiyyət “əxlaq polisi”nin fəaliyyətinə etiraz edirdi. İran hakimiyyəti özünü guya cəmiyyətin tələblərinə önəm verirmiş kimi göstərməklə həmin qurumu sıradan çıxarıb.

İranın ali rəhbəri bu yaxınlarda ölkənin mədəniyyət sisteminin inqilabi şəkildə yenidən qurulması barədə çağırış edib. Ancaq bu çağırışı edən liderin davranışı isə heç də dəyişikliyin baş verəcəyi anlamına gəlmir.

O, son zamanlar çıxışını ABŞ və İsrailin tezliklə dağılacağı tezisləri üzərində qurub. Bununla cəmiyyəti aldadıb arxayın salmaq istəyir ki, həmin dövlətlər dağılandan sonra ölkə əhalisi daha firavan yaşayacaq və s. “Sionistlərin süqutu ehtimal etdiyimdən də tez başlayıb”, - deyə Xamənei vurğulayıb.

İranın keçmiş ali rəhbəri ayətullah Ruhullah Xomeyni hər il Ramazan ayının sonuncu cümə gününü “Beynəlxalq Qüds Günü” elan etmişdi. Bu il həmin tədbir İranda aprelin 14-də qeyd edilib. Başqa sözlə, belə başa düşülürdü ki, aprelin 21-i, yəni cümə günü Ramazan bayramıdır. Ancaq aprelin 20-də İranın ali rəhbəri elan etdi ki, Ramazan bayramı aprelin 22-dir. Yəni Tehranda Ramazanın sonuncu cüməsi aprelin 21-i olmalı idi. Deməli, rejim bir həftə tələsib. Bu tədbirin keçirilməsi də saxtakarlığın göstəricisi olduğu açıq-aydındır. Başqa sözlə, Fələstin məsələsinin Tehran rejimi üçün siyasi ambisiyaları həyat keçirmək məqsədilə alət olduğu görünən qədərdir.

Tehran hakimiyyəti bu hikkə və iddiası ilə müsəlman dünyasını da parçalayır. Qeyd edək ki, İrandakı hakimiyyətin iddiası səbəbindən dünya müsəlmanları bu məsələdə ortaq məxrəcə gələ bilmirlər. Hətta onlar müxtəlif ölkələrin cəmiyyətlərində də bu hikkələri ilə çaşbaş salırlar.

İranda son zamanlar referendumla bağlı fikirlər tez-tez səslənir. Xamənei bu məsələdə də rejimin saxtakarlığını gizlədə bilməyib. O, bu siyasi kampaniyanın tərəfdarlarını məsələləri təhlil etmək iqtidarında olmayan hesab edərək onlardan problemlərin həlli üçün İmam Zamanın zühurunu gözləmələrini istəyib. Halbuki referendumla bağlı təklifi Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin Məkki məscidinin imamcüməsi Əbdülhəmid İsmayılzay, İranın keçmiş Baş naziri Mirhüseyn Musəvi, İranın keçmiş Prezidenti Həsən Ruhani və başqaları irəli sürüblər.

Xamənei İrandakı mövcud sistemi qorumaq üçün məzhəbin müqəddəslərinə insanların inamından belə sui-istifadə edir. O. bu tip yalanları ilə insanların inancına belə zərbə vurur. Bu, İrandakı rejimin başçısının çoxsaylı yalanlarının cüzi bir hissəsidir. İran dövləti 44 ildir bu cür rəsmilərin yalanları ilə idarə olunur. Bu ölkədə yalan və saxtakarlıq hakimdir. Çünki ali rəhbərin əməlləri və çıxışları bunu tələb edir. Odur ki, bütün pisliklərin kökündə yalan və saxtakarlıqlar durur. Rejim yarıməsrə yaxındır belə əməlləri ilə ən böyük günahı edir. Qüds günü ilə bağlı tədbir rejimin saxtakarlığına dair təkzibedilməz hadisədir. Onların 44 illik günahı neçə ilin ibadəti ilə yuyular?


SƏDRƏDDİN İSMAYILOV 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​ABŞ-ın İranda əsas məqsədi... – EKSPERT

    ​ABŞ-ın İranda əsas məqsədi... – EKSPERT ...

    6-01-2018, 11:42

  • 
  • İranda hicaba etiraz aksiyaları vüsət alıb

    İranda hicaba etiraz aksiyaları vüsət alıb ...

    15-05-2019, 11:02

  • 
  • İranda hicabsız foto çəkdirən qadınları 10 il həbs gözləyir

    İranda hicabsız foto çəkdirən qadınları 10 il ...

    31-07-2019, 13:44

  • 
  • Zəhər tuluğu

    Zəhər tuluğu ...

    14-04-2023, 17:20

  • 
  • ABŞ sosial media şəbəkələrini İran liderlərinin hesablarını bağlamağa çağırır

    ABŞ sosial media şəbəkələrini İran liderlərinin ...

    25-11-2019, 10:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu