Gundemxeber.az » Siyasət » Bu gün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ABŞ-də danışıqların final raundunu keçirəcəklər
Bu gün Azərbaycanın xarici işlər nazir Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-də dövlət katibi Entoni Blinkenin iştirakı ilə danışıqların final raundunu keçirəcəklər.
GUNDEMXEBER.AZ bildirir ki, Trend bu barədə cümə axşamı ABŞ Dövlət Departamentinə istinadən xəbər verir. Bakı vaxtı ilə saat 21.45-də planlaşdırılan görüşdə dövlət katibi də iştirak edəcək.
"Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində Azərbaycanın xarici işlər nazir Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında sülh sazişi üzrə ikitərəfli danışıqların yekun iclasında dövlət katibi Entoni Blinken iştirak edəcək", - Dövlət Departamentinin məlumatında deyilir.
Danışıqların əsas mövzusu sülh sazişidir.
Qeyd edək ki, mayın 1-də ABŞ-də Azərbaycanın xarici işlər naziri C.Bayramov, Ermənistanın xairic işlər naziri A.Mirzoyan və ABŞ-ın dövlət katibi E.Blinken arasında üçtərəfli görüş keçirilib. Bundan sonra Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində iki ölkənin XİN rəhbərinin ikitərəfli görüşü keçirilib. Mayın 2-də danışıqlar ikitərəfli formatda davam etdirilib.
GUNDEMXEBER.AZ
1-05-2023, 16:57
7-08-2019, 16:01
20-10-2020, 14:15
11-01-2017, 01:14
17-01-2018, 11:07
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?